DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhərinin girişində yaradılmış stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlandığı zaman sürücü və həmin vaxt avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Onların Biləsuvar sakinləri Y.Şahmarov, İ.Abdullazadə, F.Əlizadə, və R.Quliyev olduqları, hər 4 şəxsin karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Barələrində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunub.