çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Daha təkmil statistika - daha yaxşı həyat

Image


Statistika insan həyatını, iqtisadiyyatı, ətraf mühit və digər sahələri özündə ehtiva edir. Demoqrafiya və sosial statistika dedikdə burada həyatımızın bütün mənzərəsi, tələbatımız özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, demoqrafiya və sosial statistika dedikdə bura çox məsələlər - əhali, əmək bazarı, təhsil, elm və mədəniyyət, səhiyyə, sosial təminat, idman, cinayətkarlıq və hüquqpozmalar daxildir.
Həyat tərzimizdə önəmli yer tutan bir statistika növü də var ki, o iqtisadi statistika adlandırılır. İqtisadi statistikaya milli hesablar sistemi, kənd, meşə və balıqçılıq təsərrüfatı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə, qiymət, iaşə və pullu xidmət, turizm aiddir. Ətraf mühit və digər sahələrdən danışarkən burada ətraf mühitin mühafizəsi, regionlar, ev təsərrüfatları büdcəsi, gender, informasiya cəmiyyəti, minilliyin inkişaf məqsədləri, sahibkarlıq, ərzaq balansları məsələləri vurğulanmalıdır. Bu sahələrin hamısı bütövlükdə statistikanın hərəkətverici qüvvəsidir. Həyatımıza dərindən nüfuz edən statistika hər bir ölkədə var və cəmiyyətin mərkəzində oturub hadisələri hesaba alır.
Statistikamızın tarixi bizi ən azından 164 il bundan qabaqkı dövrə aparır. Rəsmi statistikamız isə yavaş-yavaş 100 yaş həddinə yaxınlaşmaqdadır. Məsələn, 1923-cü ildə Mərkəzi Statistika İdarəsində cəmi 52 nəfər çalışıb. Yerli orqanlarda isə bu rəqəm təxminən 200 olub. Müqayisə üçün deyək ki, hazırda Azərbaycanın statistika sistemində 1490 nəfər işləyir və onlardan da 174-ü Dövlət Statistika Komitəsinin mərkəzi aparatında, 1040 nəfəri isə rayon (şəhər) bölmələrində çalışır.
Sovet dövrünün öz tələbləri vardı və Moskvanın bütün göstərişləri yerinə yetirilməli idi. Təbii ki, o illərdə rəqəmlər də sovet ideologiyasına "tabe etdirilmişdi". Sözsüz ki, belə mövcud siyasətin içində statistika işçilərimiz üçün heç də asan keçmirdi. Buna baxmayaraq, Azərbaycanın qeyrətli və peşəkar statistikləri fədakar əməkləri ilə fərqlənir, hətta dövlət tərəfindən mükafatlandırılırdılar. Belələri uğurlu işlərinə görə orden, medallar, fəxri fərmanlarla təltif olunmuş, respublikanın "Əməkdar iqtisadçısı" adına layiq görülmüşdü.
Xatırladaq ki, 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilib.
1991-ci ildə Azərbaycan özünü suveren dövlət elan etdi və öz idarəetmə orqanlarını yaratdı. Onların arasında Dövlət Statistika Komitəsi də var idi.
Heç şübhəsiz ki, ölkəmizdə statistikanın əsl inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət bu sahənin nə qədər vacib və önəmli olmasını bildiyindən, hələ sovet dövründə Bakının görməli yerlərindən birində sözügedən qurum üçün bu gün də gözəl arxitektura nümunəsi sayıla biləcək möhtəşəm bir bina tikdirmişdi.
Hazırda Dövlət Statistika Komitəsi sistemi Mərkəzi Aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 83 rayon (şəhər) statistika idarəsindən (şöbəsindən) və Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan - Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindən, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən və Tədris Mərkəzindən ibarətdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət idarəetmə orqanlarından biri kimi Dövlət Statistika Komitəsinin (DSK) yaradılması və 1992-ci ildən başlayaraq, dövlət statistika orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni inkişaf və istiqamət mərhələsinə qədəm qoyması ölkəmizin gələcək perspektivi üçün çox əhəmiyyətli oldu. Çünki həmin dövrlərdə Azərbaycan bazar iqtisadiyyatına keçid mərhələsində idi. Statistika isə bazar münasibətləri şəraitində hər şeyi bilmək qüdrətinə malik idi. Həmin dövrlərdə DSK tərəfindən statistika praktikasında istifadə olunan qayda və standartlar tədricən beynəlxalq və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılır və bu zaman ölkədə aparılan islahatlara xüsusi diqqət yetirilirdi. Məhz statistikadan istifadə etməklə, bazar münasibətlərinin ən yüksək səviyyədə qurulması mümkünləşdi. Çünki sosial-iqtisadi hadisələrin dərk edilməsində, onların inkişaf qanunauyğunluqlarının öyrənilməsində qüdrətli vasitə olan statistika sosial-iqtisadi qanunların qəbulu üçün lazımi materiallar verməklə bərabər, konkret məkan və zaman daxilində həmin qanunların icrasını rəqəmlərlə işıqlandırmaqla, onların dərk edilməsini və istifadə olunmasını asanlaşdırdı. Digər tərəfdən, əvvəllər tətbiq edilən sahələr statistikasından mövcud müəssisələr statistikasına keçidlə əlaqədar olaraq son illər ölkə iqtisadiyyatında baş verən sosial-iqtisadi proseslərin müxtəlif aspektlərini daha düzgün əks etdirən statistik hesabatların və göstəricilərin tərkibi müəyyənləşdirilib və təkmilləşdirilib. Hesabat formalarının inteqrasiyası həyata keçirilib, hesabatlarda əsas fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri haqqında göstəricilərə də yer ayrılıb, ölkədə bütün fəaliyyət növləri üzrə vahid statistika formalarının tətbiqinə başlanıb. Hesabatlardan söhbət düşmüşkən, müxtəlif hesabatların elektron qaydada qəbulu və təqdimatı məsələsi DSK-nin informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi önəm verdiyini göstərir.
Eyni zamanda, hesabatlarla bağlı elektron xidmətlərin yaradılması kargüzarlığın ləğvi, əlavə xərclərin, əməyin və vaxt itkisinin qarşısının alınması baxımından təqdirəlayiqdir. Eyni zamanda, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əsasında rəsmi statistika orqanlarında statistik informasiyaların toplanması, işlənməsi, saxlanması və yayılması statistika sisteminin yeniləşdirilməsinə, statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına gətirib çıxarıb. Bunlardan əlavə, statistika sistemində informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının yeniləşdirilməsi, daha müasir standart proqram təminatı paketlərinin, informasiya bazalarının, məlumat bazalarının idarə edilməsi sistemlərinin alınması və tətbiq edilməsi də statistika sahəsində uğurlu nailiyyətlərin əldə edilməsi ilə nəticələnib və bu sahədə uğurların davamlı olacağı gözlənir.
Xatırladaq ki, Azərbaycanın statistika təcrübəsində öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilib. 1990-cı ildən üzü bəri əhalinin, istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, kənd təsərrüfatının, elmi təşkilatların və fərdi sahibkarların və hüquqi şəxslərin və sairin siyahıyaalmalarının keçirilməsi nəticəsində əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, həmçinin demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilib. Bu da statistikanın ölkəmiz üçün xüsusi əhəmiyyətə malik olduğunu göstərir.
Azərbaycanın dünya iqtisadi sisteminə və dünya birliyinə fəal inteqrasiyası, respublikamızda beynəlxalq standartlara cavab verən rəsmi statistikanın formalaşdırılması, istifadəçilərin düzgün və müfəssəl məlumatlara olan tələbatlarının ödənilməsi, statistik müşahidələrin aparılmasında yerli təcrübədə qəbul edilmiş prinsiplərlə yanaşı, beynəlxalq standartlardan da istifadə edilməsi, həmçinin ölkəmizin rəsmi statistikasının daha da təkmilləşdirilməsi üçün DSK beynəlxalq əməkdaşlığın qurulmasına daim maraq göstərib.
Beynəlxalq statistika təşkilatları və digər ölkələrin milli statistika idarələri ilə əməkdaşlığın qurulması və davam etdirilməsi isə məhz statistika sahəsində müasir metodologiyanın və beynəlxalq standartların mənimsənilməsinə xidmət edir.
Heç şübhəsiz ki, Azərbaycan statistikləri də qarşılarında duran məsul vəzifələri dərindən dərk edir. Onlar inanırlar ki, dünya standartlarına uyğunlaşdırılan, bütün ölkə əhalisi tərəfindən dəstəklənən keyfiyyətli və obyektiv statistikanın yaradılması işi yaxın gələcəkdə başa çatdırılacaq. Bu işdə istiqamətverici sənəd 1999-cu il iyulun 1-də qüvvəyə minmiş "Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında razılıq"ın 68-ci, "Statistika sahəsində əməkdaşlıq maddəsi, Azərbaycan hökuməti tərəfindən 2006-cı il noyabrın 14-də qəbul olunan Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında Fəaliyyət Planının statistikaya həsr olunan bölməsi, statistikanın inkişafına dair hər 5 ildən bir qəbul edilən dövlət proqramları və digər mühüm konsepsiyalar olacaq.
Yuxarıda göstərilənlərin həyata keçirilməsi nəticəsində dövlət statistika sistemində işlərin daha yüksək səviyyədə yerinə yetirilməsinə, gələcəkdə günün tələblərinə uyğun layihələrin hazırlanmasına və reallaşdırılmasına peşəkar mütəxəssislər və gənc kadrlar sayəsində müvəffəq olunacaq.
İnanırıq ki, məhz görülən işlər və həyata keçiriləcək tədbirlər sayəsində Azərbaycanda yaxın gələcəkdə dünya standartlarına uyğunlaşdırılmış, bütün ölkə əhalisi tərəfindən dəstəklənən keyfiyyətli və obyektiv statistikanın yaradılması işi başa çatdırılacaq, məhz təkmilləşdirilmiş statistika ölkəmizin və xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyacaq.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ