çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Daha təkmil statistika - daha yaxşı həyat

Image


Hər gün müxtəlif mövzularla bağlı kütləvi informasiya vasitələrində (KİV) açıqlanan statistik rəqəmlərlə tanış oluruq. Mütəxəssislər XXI əsri statistika dövrü adlandırır. Çünki statistika insan fəaliyyətinin bütün sahələrində geniş miqyasda tətbiq olunur. Statistika həm təbiət hadisələrini, həm də insanların fəaliyyətinin bütün istiqamətlərini özünəməxsus göstəricilər sistemi vasitəsilə xarakterizə edir.
Yəni onlar statistika göstəricilərinin köməyilə ölçülür və ifadə olunur.
Statistik məlumatlar isə müxtəlif sahələrdə proqnozlaşdırmanın aparılmasında, gələcək inkişafla bağlı doğru qərarların qəbul edilməsində də mühüm rol oynayır. Eyni zamanda, tarix kitablarının və tarix barədə sanballı əsərlərin yazılmasında da statistikanın, statistik məlumatların xüsusi rolu var. Tarixi sənədlərdə qeyd olunur ki, 1802-ci ildən 1917-ci ilədək tərtib edilən, özündə 20-27 statistik cədvəli birləşdirən quberniyaların illik hesabatları statistik xarakterli çoxsaylı məlumatı, yəni əhalinin, mal-qaranın, fəhlələrin, yarmarkaların, fabrik və zavodların sayını, əkin və biçin məhsulları, yarmarka dövriyyələrini, əsas malların ticarət qiymətlərini, tütün məhsullarının qiymətini, balıq məhsullarının istehsalını, gömrük məlumatlarını, hərbçilərin sayını və bir çox başqa məlumatları əhatə edirdi. Bu baxımdan da həm Çar Rusiyası, həm də Azərbaycan Xalq Cumhuriyyəti dövründə statistika orqanlarına təqdim edilən və Milli Dövlət Arxivində qorunub saxlanan statistik hesabatlar, statistik cədvəllər, həmçinin, Azərbaycan Demokratik Respublikası dövründə - 1919-cu ildə Fransada nəşr olunan "Azərbaycan rəqəmlərdə" statistik məcmuəsi də statistika fəaliyyəti sahəsində dəyərli tarixi sənədlərdən sayılır.
SSRİ dövründə demoqrafiya, xalqın sağlamlığı və sanitariya, mənəviyyat, torpaqdan istifadə, istehlak və məhsul mübadiləsi, kənd təsərrüfatı istehsalı, kadastr üzrə iş, sənaye, əmək, hərbi və maarifləndirmə, nəqliyyat statistikasının aparılması, əhali, sənaye, peşə, kənd təsərrüfatı və sair ümumdövlət siyahıyaalmalarının keçirilməsi və yekunlarının işlənməsi, nəşrlərin istehsalı, statistik kitabxananın, muzeyin və arxivin təşkili də tarixi faktlar sırasındadır.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət idarəetmə orqanlarından biri kimi Dövlət Statistika Komitəsinin (DSK) yaradılması və 1992-ci ildən başlayaraq dövlət statistika orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni inkişaf və istiqamət mərhələsinə qədəm qoyması ölkəmizin gələcək perspektivi üçün çox əhəmiyyətli oldu. Çünki həmin dövrlərdə Azərbaycan bazar iqtisadiyyatına keçid mərhələsində idi.
Statistika isə bazar münasibətləri şəraitində hər şeyi bilmək qüdrətinə malik idi. Həmin dövrlərdə DSK tərəfindən statistika praktikasında istifadə olunan qayda və standartlar tədricən beynəlxalq və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılır və bu zaman ölkədə aparılan islahatlara xüsusi diqqət yetirilirdi. Məhz statistikadan istifadə etməklə bazar münasibətlərinin ən yüksək səviyyədə qurulması mümkünləşdi. Çünki sosial-iqtisadi hadisələrin dərk edilməsində, onların inkişaf qanunauyğunluqlarının öyrənilməsində qüdrətli vasitə olan statistika sosial-iqtisadi qanunların qəbulu üçün lazımi materiallar verməklə bərabər, konkret məkan və zaman daxilində həmin qanunların icrasını rəqəmlərlə işıqlandırmaqla, onların dərk edilməsini və istifadə olunmasını asanlaşdırdı. Digər tərəfdən, əvvəllər tətbiq edilən sahələr statistikasından mövcud müəssisələr statistikasına keçidlə əlaqədar olaraq son illər ölkə iqtisadiyyatında baş verən sosial-iqtisadi proseslərin müxtəlif aspektlərini daha düzgün əks etdirən statistik hesabatların və göstəricilərin tərkibi müəyyənləşdirilib və təkmilləşdirilib. Hesabat formalarının inteqrasiyası həyata keçirilib, hesabatlarda əsas fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri haqqında göstəricilərə də yer ayrılıb, ölkədə bütün fəaliyyət növləri üzrə vahid statistika formalarının tətbiqinə başlanıb.

Azərbaycan statistikasının "qızıl dövrü"

Azərbaycan statistikasının tarixində 1994-cü ili "qızıl il" də adlandırmaq olar. Mərhum prezident Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra çox keçmədi ki, ölkə statistikası üçün vacib olan bir sərəncam imzaladı. "Statistika haqqında" Qanun Milli Məclis tərəfindən qəbul olundu. Həmin sərəncamın müsbət cəhətlərindən biri o idi ki, qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilən "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınmışdı. Ekspertlərin bildirdiyinə görə, belə bir qanunun qəbul olunması Azərbaycan üçün çox əhəmiyyətli idi. Bundan sonra ölkə tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışlar, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri müəyyənləşdirildi. Qanunda müntəzəm olaraq ölkədə həyata keçirilən islahatlar və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara uyğun müvafiq dəyişikliklər aparılıb. Adıçəkilən sənədə mühüm dəyişikliklərdən biri Milli Məclis tərəfindən 23 dekabr 2005-ci ildə edilib. Həmin əlavədən sonra sözügedən qanun Avropa İttifaqı ölkələrinin statistika orqanlarının qanunlarına və Avropa Statistika Bürosunun tövsiyələrinə uyğunlaşdırılıb.

Statistikanın təkmilləşdirilməsi

Müasir dövrdə statistika işçilərinin üzərinə çox çətin və məsul vəzifələr düşür. Bu mənada Azərbaycan Dövlət Statistika Komitəsinin gördüyü işləri dəyərləndirməmək olmaz. Təkcə onu yada salmaq istərdik ki, 1999-2009-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmayan istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005-ci ildə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların, habelə 2007-ci ildə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıya alınması keçirilib. Əldə olunan məlumatlardan isə ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilib.
Artıq Azərbaycan Avropa İttifaqında istifadə olunan və "Birləşmiş iqtisadi hesabların Avropa sistemi" kimi məşhur olan BMT variantından yararlanır. Ümumdaxili məhsul (ÜDM) göstəricisinin milli hesablar sistemində əsas makroiqtisadi göstərici hesab edildiyini nəzərə alaraq, Dövlət Statistika Komitəsi cari və müqayisəli qiymətlərlə sahə və bölmələr üzrə ÜDM-in illik, rüblük və aylıq hesablamalarını həyata keçirir.
Azərbaycanda rəsmi statistikanı daha da təkmilləşdirmək məqsədilə beynəlxalq statistika təşkilatları və müxtəlif ölkələrin milli statistika idarələri ilə əməkdaşlıq daim davam etdirilir. Qeyd edək ki, 1992-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Türkiyə, Almaniya, Bolqarıstan, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya, Macarıstan, Moldova, İran və digər ölkələrin statistika orqanları ilə əməkdaşlığa dair sazişlər imzalanıb. Bundan əlavə, Dövlət Statistika Komitəsi BMT və onun regional iqtisadi komissiyaları, Avropa Birliyi, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESCO, UNİSEF və onlarla digər beynəlxalq təşkilatla, habelə dünyanın 40-dan çox ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.
Məlumat üçün bildirək ki, ötən əsrin 90-cı illərində ölkədə aparılan yeni inzibati ərazi bölgüsünə uyğun olaraq, statistika sisteminin strukturunda da bir sıra dəyişikliklər edildi və Ağstafa, Qobustan, Hacıqabul, Siyəzən, Xızı, Xocalı və Xocavənd rayonlarında, Naxçıvan Muxtar Respublikasında 1990-cı ildə Sədərək və 2004-cü ildə Kəngərli, 2009-cu ildə Naftalan Şəhər Statistika İdarəsi yaradıldı.
Beləliklə, hazırda Dövlət Statistika Komitəsi sistemində 87 təşkilat mövcuddur: - Mərkəzi Aparat, Naxçıvan MR Dövlət Statistika Komitəsi, Bakı şəhər Statistika İdarəsi, 82 rayon (şəhər) statistika idarəsi (şöbəsi), Baş Hesablama Mərkəzi, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi.
Bu dövrdə bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni struktur bölmələri yaradıldı. Qiymət statistikası, milli hesablar və makroiqtisadi göstəricilər, regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi üzrə informasiya təminatı şöbələri və onun ayrı-ayrı şöbələrinin tərkibində dövlət reyestrinin təşkili və təsnifatlar, xarici ticarət, gizli iqtisadiyyat, maliyyə və bank, turizm sektorları yaradıldı.
Məlumat üçün bildirək ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanıb və təsdiqlənib. Təbii ki, həmin konsepsiyanın daha uğurla həyata keçirilməsi və çoxsaylı nailiyyətlərin qazanılması üçün DSK-nin də üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan adıçəkilən qurum "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-2017-ci illər üçün Strateji Planı"nı hazırlayıb. Həmin planda DSK-nin strateji baxımdan daha önəmli tədbirləri yerinə yetirməsi nəzərdə tutulub. Strateji plana əsasən, bir sıra hədəflərə çatmaq qarşıya əsas məqsəd kimi qoyulub.
Həmin hədəflər arasında statistik məlumatların səmərəliliyinin artırılması, istifadəçilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi və institusional mühitin inkişaf etdirilməsinin təmin olunması, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində rəsmi statistikada istehsal olunan məlumatlardan istifadə üçün statistikaya olan ehtiyacın artırılmasını nəzərə almaqla həyatın keyfiyyəti, biznesin qloballaşdırılması, ətraf mühitin sabitliyi, makroiqtisadi sabitlik, digər iqtisadi və sosial fenomenləri əks etdirən göstəricilərin hazırlanması da var.
Ümid edirik ki, 20 oktyabrda peşə bayramını qeyd edəcək statistiklərimiz uğurlu fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ