çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Daha təkmil statistika - daha yaxşı həyat
Tarix: 14.10.2015 / 02:20
Bölmə: İqtisadiyyat
Dövlət və cəmiyyət fəaliyyətinin bütün sahələrini əhatə edən statistika (latınca status-dövlət), ictimai həyatda baş verən bütün kütləvi hadisələrin kəmiyyət qanunauyğunluqlarını keyfiyyət qanunauyğunluqlarından ayırmadan xarakterizə edən məlumatların toplanmasına, işlənməsinə və təhlilinə yönələn ictimai fəaliyyət növüdür.
Bu mənada statistikanın aparıcı rolu ondan ibarətdir ki, o, dövlət və cəmiyyət üçün əhəmiyyəti olan və mühasibat uçotu, yaxud operativ uçot yolu ilə toplanan bütün informasiyaları son nəticədə işləyir, təhlil edir və lazım gələrsə, buna uyğun tövsiyələr verir. Statistika həm də bir elmdir. Bu baxımdan o, ictimai elm sahəsi və buna müvafiq tədris fənni olaraq, kütləvi kəmiyyət nisbətləri və qarşılıqlı əlaqələrin ölçülməsi və təhlilinin ümumi məsələlərini şərh edir. Göründüyü kimi, ictimai-sosial qanunauyğunluqları dəqiq və doğru təsvir etmək və ölçmək statistikanın əsas vəzifələrindən biridir, lakin yeganə vəzifəsi də deyil. Statistika hadisələrin inkişaf meyllərini və müxtəlif formalarını nəzərə almağa imkan verir. Bu fəaliyyət növü həmçinin hadisələrin səbəbiyyət asılılığı və qanunauyğunluğunu aşkar və təhil etməyə kömək edir.
Ümumi nəzəriyyə, sahə (əhali, kənd təsərrüfatı, sənaye və s.), iqtisadi, sosial və digər statistikalar ümumi statistikanın tərkib hissələridir. Statistika elmi və onun tətbiqinin inkişafında C.Qraunt, L.Ketle, S.Hacıyev və digər alimlərin xüsusi xidmətləri olub.
Arxiv materiallar və digər mənbələr göstərir ki, Çar Rusiyası vaxtı Azərbaycanda rəsmi statistika ilə XIX əsrdən məşğul olunub. Bu tədbirlər ümumən Rusiyanın Tiflisdə yerləşən Qafqaz canişininin nəzdindəki statistika qrupu vasitəsilə həyata keçirilib. Müəyyən sahələr üzrə aparılan o vaxtkı statistika əsasən vergi məqsədləri üçün aparılıb. Ölkəmizdə statistikanın müntəzəm təşkili Şamaxı (1846-1859-cu illər), Bakı (1859-cu il) və Gəncə (Yelizavetpol, 1867-ci il) quberniyalarının yaradılması ilə eyni vaxta təsadüf edib. 1802-ci ildən 1917-ci ildək tərtib edilən cədvəllərdə quberniyaların statistik məlumatları: əhalinin, mal-qaranın, yarmarkaların, fabrik və zavodların sayı, gömrük və digər məlumatlar öz əksini tapmışdı. Təbii ki, bu əməliyyatlar əsasən Rusiya statistika orqanları tərəfindən aparılırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa dövründə ölkədə statistika sahəsində vahid müstəqil orqan fəaliyyət göstərməsə də, fəqət, ayrı-ayrı nazirliklərin tərkibində bu işi yerinə yetirən qurumlar olub. Həmin qurumlar 15 noyabr 1918-ci ildən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi, 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq fondu şöbəsində Statistika bürosu kimi fəaliyyət göstərib.
Sovetlər vaxtı sosialist uçotu və statistikası işinə 1918-ci ildə yaradılan SSRİ Mərkəzi Statistika İdarəsi (MSİ) rəhbərlik edib. Buna müvafiq olaraq Azərbaycan SSR-də 1920-ci ildə Respublika Mərkəzi Statistika İdarəsi təsis edilib. Respublikanın xalq təsərrüfatı sahəsində uçot və statistika işini aparan bu qurum 1930-cu ildən SSRİ Dövlət Plan Komitəsi, 1948-ci ildən SSRİ MSİ tabeliyində, 1959-cu ildən isə Azərbaycan SSR Nazirlər Soveti yanında MSİ olub. Həmin idarə 1978-ci ildən Azərbaycan SSR MSİ adlanıb. Bu qurum 1987-ci ildən Azərbaycan SSR Dövlət Statistika Komitəsi kimi fəaliyyət göstərib. Komitə SSRİ-nin tabutuna son mismar vurulanadək respublikanın sosial-iqtisadi inkişafına dair dövlət planlarının yerinə yetirilməsinin gedişini, sahələr arasında inkişaf nisbətini, ictimai istehsal və elmi-texniki tərəqqinin səmərəsini, əmək məhsuldarlığının göstəricisini, xalqın rifahının necəliyini, məhsuldar qüvvələrin yerləşdirilməsini əks etdirən və elmi cəhətdən əsaslandırılan statistik göstəriciləri toplayıb, işləyib və respublika hökumətinə, SSRİ DSK-ya təqdim edib. Həmin dövrdə Azərbaycan DSK bütün fəaliyyətini Naxçıvan MSSR, DQMV, Bakı şəhər statistika idarələri, dövlət statistikasının rayon (şəhər) məlumat-hesablama mərkəzləri vasitəsilə həyata keçirib.
Müstəqillik əldə etdiyimiz 1991-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsində (DSK) struktur dəyişiklikləri həyata keçirilib, rayon (şəhər) məlumat hesablama mərkəzləri ləğv edilərək onların bazasında müvafiq statistika idarələri (şöbələri) yaradılıb. Məlumatların işlənməsi texnologiyasında və kompyuter texnologiyasının inkişafında inqilabi dəyişikliklər baş verib. Yeni proqramlaşdırma dillərini öyrənmək və onların tətbiqinin vacibliyini nəzərə alaraq, DSK-nın Mərkəzi Aparatında 36 işçi stansiyanı özündə birləşdirən məlumat şəbəkəsi yaradılıb. DSK-nın inzibati binasında yeni lokal məlumatlar şəbəkəsi istismara verilib, serverlər mərkəzi yaradılıb, korporativ məlumat şəbəkəsi qurulub. Bütün struktur vahidləri ilə məlumat mübadiləsinə imkan verən internet əlaqələri yaradılıb. Bunun nəticəsində dövlət idarəetmə orqanları və nazirliklərlə çevik məlumat mübadiləsinə nail olunub. DSK "Vahid pəncərə" qaydası əsasında sahibkarlıq subyektlərinin qeydiyyatını həyata keçirən Vergilər Nazirliyi ilə daimi qarşılıqlı məlumat mübadiləsi aparır.
1998-ci ildə hazırlanan "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində məlumat texnologiyalarının inkişafı konsepsiyası" 2005-ci ildə yenidən işlənib. Bu isə, öz növbəsində, statistikanın bütün sahələrini əhatə edən makro göstəricilər yaradılması bazasına, interaktiv rejimdə informasiyanın daxil edilməsi və təqdim olunmasına imkan yaradıb. Komitədə müasir tələblərə cavab verən və məlumat tutumu yüksək olan veb səhifəsi fəaliyyət göstərir. Hesabat blankları, onların tərtib olunmasına dair təlimat və hesabatların elektron formada təqdim edilə bilməsi üçün proqram vasitələri həmin səhifədə yerləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Statistikanın bütün sahələrini əhatə edən illik, rüblük və digər məcmuələrin yeni məlumatları da həmin səhifədə yer alıb. Hazırda DSK sistemində və tabeliyində hüquqi statusa malik Statistika Məlumatları Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi və yüksək ixtisaslı kadrların hazırlanması üçün Tədris Mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, 1994-cü ildə mərhum prezident Heydər Əliyev tərəfindən "Statistika haqqında" Qanunun imzalanması ilə ölkə tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışlar, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri müəyyənləşdi. Bu qanun dövlət statistika orqanlarının nüfuzunun artmasında, hesabat intizamının yüksəlməsi və dövlət məlumatlandırma sisteminin əsas tərkib hissəsi sayılan dövlət statistika sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. DSK yanında Statistika Şurası yaradıldı.
Əvvəllər respublikamız üçün əhəmiyyətsiz sayılan, fəqət, müstəqil ölkəmiz üçün çox vacib olan xarici ticarət statistikasının yaradılması valyuta vasitələrinin hərəkəti, ixrac və idxal məhsullarının fiziki həcmi, bu məhsullar üzrə xarici və daxili qiymətlərin nisbətləri haqqında məlumatları əldə etməyə imkan verib. Hazırda ölkəmizdə xarici ticarət statistikası dünyada qəbul edilmiş qaydada-gömrük bəyannaməsi əsasında qurulub. DSK tərəfindən həyata keçirilən və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması üçün irihəcmli işlərdən biri də statistik vahidlərin dövlət registrinin yaradılmasıdır. "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" AR Prezidentinin 25.10.2007-ci il tarixli Sərəncamına müvafiq olaraq, 2008-ci il yanvar ayının 1-dən hüquqi və fiziki şəxslərin statistik vahidlərin dövlət registrinin aparılması müntəzəm həyata keçirilir.
Statistikada islahatların sistemli qaydada həyata keçirilməsində əsas yerlərdən birini statistik müşahidələrin bütün mərhələlərində iştirak edən və onları vahid kompleksdə birləşdirən təsnifatlar tutur. Bu istiqamətdə DSK xeyli iş görüb. Belə ki, beynəlxalq standartlara cavab verən "İqtisadi fəaliyyət növləri", "Məhsul növləri", "Xarici iqtisadi fəaliyyətdə xidmətlər", "Təhsil", "Məşğulluq" və digər çoxlu təsnifatlar hazırlanıb və tətbiq olunub. Bundan başqa, DSK-nın yaxından iştirakı və BVF ilə razılaşdırılan metodologiya əsasında Respublika Mərkəzi Bankı tərəfindən ölkəmizin xarici iqtisadi əlaqələrinin bütün tərəflərini əks etdirən tədiyyə balansı tərtib edilib.
Bu gün Azərbaycanda sosial, iqtisadi, demoqrafik, ekoloji və digər sahələrin vəziyyəti haqqında tam, doğru, elmi cəhətdən əsaslandırılan rəsmi statistik məlumatların əldə olunmasına və onların beynəlxalq müqayisəliliyinin təmin olunmasına tam şərait yaradılıb.
Ölkəmiz müasir statistikanın qurulması işində beynəlxalq təşkilat və xarici dövlətlərlə sıx əməkdaşlıq edir. Buna misal olaraq Avropa Statistika Bürosu, Almaniya, Hollandiya, İsveç, Finlandiya, Polşa, Türkiyə, Rusiya, İran və digər dövlətlərin müvafiq orqanları ilə sıx əməkdaşlığı göstərmək olar. Onu da qeyd edək ki, beynəlxalq əlaqələrin genişlənməsi və ölkəmizdə statistikanın inkişafında 1999-cu ildən rəsmi qüvvəyə minən Avropa İttifaqı və onun üzvü olan dövlətlərlə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişin böyük rolu olub.
Məlumdur ki, statistik məlumatların keyfiyyəti bilavasitə bu sahədə işləyən mütəxəssislərin- statistiklərin peşəkarlığından asılıdır. Bunu nəzərə alaraq BVF və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən xüsusi kurs və seminarlar keçirilib. Azərbaycan DSK-nın işindən məmnun qalan mərhum prezident Heydər Əliyev deyib: "Bizim Dövlət Statistika Komitəmiz var və o, çox düzgün statistika aparır". Fərəhlə qeyd edirik ki, yüksək texnologiya və müasir texniki avadanlıqlarla işləyən müasir Azərbaycan statistikləri 12-15 il bundan qabaq mərhum prezidentin onlara verdiyi qiyməti doğruldaraq yeni-yeni uğurlara imza atırlar.
Beləliklə, Dövlət Statistika Komitəsinin fəaliyyəti ilə tanışlığımız əminlik yaradır ki, statistiklərimiz yaxın gələcəkdə dünya standartlarına uyğunlaşdırılan, bütün ölkə əhalisi tərəfindən dəstəklənən keyfiyyətli və obyektiv statistikanın yaradılmasını təmin edəcəklər.
Məlumdur ki, bu il ölkəmizdə statistikanın təşkilindən 169 il keçib. Rəsmi statistikamız isə yaxın günlərdə 95 yaşını qeyd edəcək. Bu münasibətlə statistiklərimizi təbrik edirik.
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
statistika
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ