çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Daha təkmil statistika - daha yaxşı həyat
Tarix: 13.10.2015 / 02:09
Bölmə: İqtisadiyyat
Müasir dövrdə statistika iqtisadiyyatın özəyini təşkil edir. Bunu şərtləndirən bir sıra faktorlar var. Məsələ ondadır ki, məhz statistik məlumatlar əsasında iqtisadiyyatın ayrı-ayrı sektorları öz fəaliyyətini qururlar. Müasir dünyada sosial-iqtisadi proseslərin öyrənilməsində statistika mühüm və əhəmiyyətli vasitələrdən biridir. Yaşadığımız həyatı statistikasız təsəvvür etmək mümkün deyil. Beynəlxalq iqtisadi qurumların hesabatlarında statistik məlumatlar önəmli yer tutur.
İqtisadi inkişafın faktiki vəziyyətinin güzgüsü olan statistika ölkədə baş verən sosial-iqtisadi prosesləri sistemli şəkildə araşdırıb cəmiyyəti və lazımi qurumları informasiya ilə təmin edən əsas vasitə hesab olunur. Kəmiyyət məlumatı kimi başa düşülən statistik məlumatlar informasiya istehlakçılarına "rəqəm dili" ilə təqdim olunur. Məlum olduğu kimi, statistik məlumatlar ölkə həyatının rəqəmlə ifadə oluna bilən hər bir sahəsinə aid tərtib olunur. Bu baxımdan cari dövr (ay, rüb, yarımil və ya il) üçün tərtib olunmuş informasiya, onun əvvəlki illə və dövrlə müqayisəsi, həmçinin gələcək il və ya illər üçün proqnozlar həm sıravi vətəndaşlar üçün, həm də böyük şirkətlər və investorlar üçün maraq və əhəmiyyət kəsb edir. Bir sözlə, statistika olmasa, dünya və ayrı-ayrılıqda ölkə iqtisadiyyatını qurmaq qeyri-mümkün olar.
Mərhum prezident Heydər Əliyev dövlət siyasətində statistikanın əhəmiyyətini hər zaman yüksək qiymətləndirirdi. Ötən əsrin 70-80-ci illərində respublikamızda uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mərkəzi statistika qurumunun və onun yerli orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və nüfuzunun yüksəldilməsi istiqamətində bir sıra təşkilati-hüquqi tədbirlər həyata keçirilib. Bu sırada respublikamızda 1972-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında fəaliyyət göstərən Mərkəzi Statistika İdarəsinin statusunun yüksəldilməsini xüsusi vurğulamaq lazımdır. 1973-cü ilin noyabrında onun təşəbbüsü ilə Mərkəzi Statistika İdarəsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, DQMV, şəhər və rayon statistika orqanları haqqında əsasnamə yenidən təsdiq edildi. Nazirlər Soveti yanında MSİ-nin Azərbaycan SSR MSİ-yə çevrilərək respublika nazirliklərinin və dövlət komitələrinin sırasına daxil edilməsi milli statistika orqanlarının həyatında çox əlamətdar hadisə idi. 1972-ci ildə isə MSİ üçün yeni inzibati bina istifadəyə verildi. Heydər Əliyevin çox böyük səyləri hesabına yaradılan güclü maddi-texniki baza və qanunvericilik bazası Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızda milli statistika sisteminin yeni dövrün, bazar iqtisadiyyatının prinsiplərinə uyğunlaşmasında etibarlı baza rolunu oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, statistika sahəsində də islahatlara start verilməsinə siyasi iradə nümayiş etdirdi. Onun tövsiyəsi belə idi ki, statistika sisteminin fəaliyyəti də ölkədə yeni formalaşan bazar iqtisadiyyatı prinsiplərinə adekvat olmalıdır. Bu baxımdan mərhum prezident Heydər Əliyevin 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanununu imzalaması böyük tarixi əhəmiyyət daşıyır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınıb. Heydər Əliyevin rəhbərlik etdiyi illərdə statistika orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında həmçinin "1998-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqramı"nın da böyük rolu olub.
Müstəqil Azərbaycanda da dövlət siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilərkən beynəlxalq təcrübə və standartlar nəzərə alınmaqla hazırlanan təkmil statistik hesabatlara istinad olunur.
Son 12 ildə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətləri əhatə edən ayrı-ayrı dövlət proqramları uğurla tamamlanıb və yeniləri qəbul olunub. Bu dövlət proqramlarının hazırlanmasında və qəbul edilməsində, bir qayda olaraq, ölkəmizin reallıqları və statistik göstəricilər əsas götürülür. Bunun təsdiqi kimi, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsini misal göstərmək mümkündür. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramının qəbul edildiyi dövrün statistik hesabatlarında bölgələrin inkişaf göstəricilərinin ölkənin ümumi inkişaf göstəricilərindən geri qaldığı aydın nəzərə çarpır. Həmin dövrdə regionlarda işsizliklə bağlı statistika da kifayət qədər kədərli idi. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı güclü siyasi iradə ortaya qoydu.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il dekabrın 21-də ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən "e-statistika"nın inkişafını təmin etmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, qəbul olunmuş Dövlət Proqramının əsas məqsədi ölkədə statistika sahəsində işlərin təkmilləşdirilməsi, o cümlədən statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması və milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması olub. Dövlət Proqramının əsas istiqamətləri milli hesablar sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı, meşəçilik və ətraf mühit statistikası sahəsində rəsmi statistikanın inkişaf strategiyası, geniş istifadəçi dairəsinin keyfiyyətli məlumat təminatına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, beynəlxalq standartlara cavab verən turizm statistikasının inkişaf etdirilməsi, gənclərin ölkə iqtisadiyyatında iştirakını öyrənmək, ölkə əhalisinin informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə dair seçmə statistik müayinələr aparmaq olub.
Sərəncamda o da göstərilib ki, Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı dövlət büdcəsində Dövlət Statistika Komitəsi üçün nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər xarici və daxili mənbələr hesabına maliyyələşdiriləcək. Maliyyə vəsaitlərindən əsasən Dövlət Proqramında nəzərdə tutulmuş müayinələrin təşkili, struktur bölmələrinin rəhbər kadrlarının və mütəxəssislərinin xarici dövlətlərdə və ölkə daxilində təcrübə keçməsinin təşkili, Komitə sistemində istifadə olunan hesablama texnikasının, telekommunikasiya və digər avadanlıqların, proqram təminatının yeniləşdirilməsi və modernləşdirilməsi üçün istifadə ediləcək. Sözügedən sərəncam bu sahənin daha təkmil qurulmasında mühüm rol oynayıb. Xüsusən də müasir dövrün tələblərinə uyğun informasiya bazasının yaradılması qeyd olunmalıdır.
İndiyədək ölkədə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı uğurla yekunlaşıb və 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Nəticədə Azərbaycanın regionları iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 60 mindən çox müəssisə fəaliyyətə başlayıb.
Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Dövlət proqramlarının uğurlu icrası nəticəsində son 12 ildə respublikada 1,4 milyon yeni iş yeri açılıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkəmizdəki müsbət demoqrafik vəziyyət və əhali artımı ilə bağlı statistikaya əsaslanaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdirib.
Məlumdur ki, dünya üçün çətin keçən illərdə də Azərbaycan öz iqtisadi potensialını artırmağa və buna müvafiq surətdə dərin məzmunlu sosial tədbirlər reallaşdırmağa nail olur. Təbii ki, belə bir şəraitdə statistik hesabatların hazırlanması və ictimaiyyətə çatdırılması da ölkəmizin dinamik inkişafına və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın müasirləşdirilməsi siyasətinə adekvat olmalıdır. Müstəqil Azərbaycanda statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Dövlət Statistika Komitəsi öz fəaliyyətini məhz bu prinsipə uyğun qurub. Bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər normativ-hüquqi sənədləri rəhbər tutaraq fəaliyyət göstərən Dövlət Statistika Komitəsi güclü maddi-texniki bazaya və kifayət qədər səriştəli kadr potensialına malikdir. Bunun da sayəsində Komitənin fəaliyyətinin səmərəliliyi və çevikliyi təmin olunur. Müstəqil Azərbaycanın milli statistika qurumu belə yüksək inkişaf səviyyəsinə çatanadək bir sıra inkişaf mərhələlərindən keçib.
Vidadi XUDAŞOV
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ