çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Daha təkmil statistika - daha yaxşı həyat

Image


İnformasiya - günümüzün reallığıdır. Bəşəriyyət tarixinin bütün mərhələlərində informasiyanın rolu çox mühüm idi. Lakin bugünkü gündə həyatımızı informasiyasız təsəvvür belə edə bilmərik. Yəni informasiya artıq gündəlik həyat tərzimizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Məhz elə bu səbəbdəndir ki, yaşadığımız dövr informasiya əsri adlandırılır. Bu yerdə ingilis siyasi və dövlət xadimi Uinston Çörçilin sözləri yerinə düşərdi:
"Kim informasiyaya sahibdirsə, o da dünyanı idarə edəcək". Bu informasiyanın formalaşmasında isə statistikanın müstəsna rolu var. Statistik göstəricilər vətəndaşların həyatına, sənaye, müəssisə, dövlət idarələri və eləcə də beynəlxalq təşkilatların fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Dünyada baş verən hadisələrin istiqamətləndirilməsində, sosisal-iqtisadi proseslərin mənimsənilib öyrənilməsində və əldə olunmuş nəticələrə səmərəli təsir vasitələrinin üzə çıxmasında, ölkədə layihələrinin hazırlanmasında, əhalinin rifah halının yaxşılaşdırılmasına doğru atılan addımların məcmusunda və ən əsası-ölkənin prioritet sahələrinin aşakarlanıb hədəf və məqsədlərinin müəyyən olunmasında statistikanı əsas informasiya bazası kimi qeyd etmək vacib olardı. Demək, statistika faktlarla və rəqəmlərlə yaşadığımız bütün dövrləri əhatə edir.
Statistikamızın tarixi və mərhələləri
Ümumiyyətlə, "statistika" terminin yaranışına nəzər salaq: 1746-cı ildə alman alimi Qotfrid Axenval tərəfindən elmə gətirilmiş "statistika" sözü dilimizə "mövcud vəziyyət" kimi tərcümə olunur. Termin olaraq 18-ci əsrin ortalarında kəşf olunmasına baxmayaraq, statistik hesablamalar hələ çox-çox əvvəllər Qədim Çin və Qədim Roma xalqlarının əlyazmalarında müşahidə olunurdu. Ölkəmizdə isə statistikanın tarixi 19-cı əsrin ortalarına təsədüf edir. Məhz həmin dövrdə Şamaxı, Bakı və Gəncə quberniyalarının tərkibində statistik komitələr yaradılmışdır. 1917-ci ilə qədər tərtib edilən, özündə 20-27 statistik cədvəli birləşdirən illik hesabatlar mülk dövriyyələrini, ticari qiymətləri, müəssisə saylarını, işçi qüvvələrini, hərbçi saylarını və bir çox mühüm göstəricilərin rəqəmlərlə ifadəsi idi. Respublikamızda yerli statistka orqanlarının yaradılması 1924-cü ildən başlanılmışdır və sonrakı illərdə bütün ölkə ərazisində bu orqanların yaradılması təmin olunmuşdur. 1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir. 1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, ölkəmizdə statistikanın inkişafı üçün mühüm addım idi. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.
Bu sahədə çox mühüm addım isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.
Müasir dövrdə rəsmi statistikanın inkişaf etdirilməsi, statistik sahədə islahatların aparılması, cəmiyyətin daha çox maarifləndirilməsi və statistikanın dövlətin siyasətinə uyğun daha da təkmilləşdirilməsi respublikamızın sosial-iqtisadi və bir çox digər sahələrin rifahı üzrə informasiya təminatının asanlaşdırılması və statistik faktlar sisteminin dünya standartları səviyyəsinə uyğunlaşdırılması, ən əsası isə yeni statistik məlumatların əldə olunması və onun yeni beynəlxalq mərhələyə qaldırılması daima Dövlət Statistika Komitəsinin önündə duran əsas vəzifə və öhdəlikləri olmuşdur. Bu məqsədlə, qeyd etdiyimiz qurum tərəfindən statistika sahəsində islahatların həyata keçirilməsi və onun daha təkmil formaya salınması haqqında beşillik dövlət proqramları işlənib tərtib olunmuş və reallaşdırılmışdır. Həmin proqramlara 1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci illəri əhatə edən və icrası başa çatdırılmış layihələr aiddir. Məhz bunların nəticəsi olaraq ölkədə statistik göstəricilər müsbətyönümlü istiqamət aldı, statistik rəqəmlər əsasında iqtisadiyyat, sənaye, səhiyyə, nəqliyyat, tikinti, ticarət və bir çox sahələr daha dinamik templə inkişaf etməyə başlamışdır. Sonuncu, 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2012-ci il 21 dekabr tarixində təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır. Bu proqramın məqsədi milli hesablar sisteminin təkmilləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən statistik istiqamətlərin və statistik təsnifatlar sisteminin inkişaf etdirilməsi, dövlət statistika orqanlarının vahid informasiya sisteminin inkişafı və təkmilləşdirilməsi, respondentlərə düşən statistik yükün azaldılması və s. həyata keçirməkdir.
Statistikanın həyatımızdakı ütünlükləri
Demokratik və inkişaf etmiş cəmiyyətimizdə əvəzolunmaz sahə olan statistika özündə demoqrafik, sənaye və sosial, iqtisadi, ekoloji durum haqqında informasiyaları, ictimaiyyətə təqdim olunan bütün növ məlumatları əks etdirən bir güzgüdür. Statistik məlumatlar statistik orqanlar tərəfindən ədalətlilik prinsipi rəhbər tutularaq yığılır. Statistik rəqəmlər ölkəmizdə və eləcə də dünyada ona görə çox vacib hesab olunur ki, şəffaflıq tələb edən dünyada xalqlar arasında qarşılıqlı anlaşma, ticarət əlaqələrinin dəstəklənməsi, əsaslandırılmış qərarların təhlili, sülh və təhlükəsizliyin təmini, sürətlə dəyişən dünyamızın davamlı inkişafı məhz statistik nəticələr əsasında uyğunlaşdırılır. Statistik məlumatlar da statistik metodlar kimi həyatımızın bütün sferalarında vacib məlumatların məcmusu kimi daima istifadə olunur.
Əslində, statistikanın mahiyyətini hər kəs bilməlidir, çünki bu elm toplamağı, sistematikləşdirməyi və analiz edib nəticə çıxartmağı öyrədir. Hansı ki, əldə olunan biliklərdən hər zaman və hər yerdə faydalanma ehtiyacı duya bilərik. Hər bir insanın ətraf mühiti analiz etmək üçün özünəməxsus texnologiyası vardır, statistika isə cəmiyyət üçün lazım olan informasiyanın formalaşmasına kömək edən bir metoddur. İnformasiyaların keyfiyyətli və həqiqi olmağı çox mühümdür, cünki qəbul edilən qərarların əsasında məhz statistik nəticələr durur. Bunun üçün bir çox qurumlar statistik metodunun əsas prinsipi kimi eksperiment nəticəsində məlumatların əldə olunan və işlənilməsilə yanaşı, eyni zamanda sorğu və müşahidə prinsiplərini də rəhbər tutur. Öz işlərinin təkmiləşdirilməsi üçün qurumlar apardıqları müşahidə və sorğuları nəzərə alaraq daha dəqiq statistik rəqəmlər toplayırlar.
Statistik rəqəmlər bir çoxları üçün sıxıcı görünsə də, bu elmin zərurətdən doğan bir elm sahəsi olduğunu vurğulamaq lazımdır. Niyə? Çünki statistika təcrübədə bütün lazımı informasiyaların konkret və rəqəmlərlə nəticəsini əldə etməyimizə şərait yaradan yeganə sferadır. Statistikanın ölkə iqtisadiyyatındakı rolu nəzərəçarpacaq qədər çoxdur. Belə ki, bütün ticarət əlaqələrinin və biznes sahələrinin yaradılması ümumi bazarı analiz etmədən mümkünsüzdür. Demək ki, statistika hər işdə və hər birimiz üçün çox vacibdir.
Hələ keçmişdə vergilərin yığılmasında, hərbi çağırışlarda və bir çox mühüm cəmiyyət işlərində əhalinin sayının, yerdəyişməsinin və məşğuliyyətinin müəyyən edilməsi xüsusi tələbata çevrilmişdi. Tarix günümüzə doğru inkişaf etdikcə bu tələbat daha da artdı, çünki cəmiyyətimizdə yeni sahələr, yeni istiqamətlər formalaşdıqca daha dəqiq nəticələrə ehtiyac duyuldu. Bu nəticələr əsasında ölkəmizin inkişafı üçün mühüm qərarlar verildi. İldən-ilə nəqliyyat infrastrurkturunun yenidənqurulması, yeni sosial obyektlərin - məktəblərin, uşaq bağçalarının, ali məktəblərin, tədris mərkəzlərinin, idman obyektlərinin, mədəniyyət və səhiyyə ocaqlarının, parkların tikilməsi, turizm sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni yaşayış massivlərinin salınması, ticarət obyektlərinin sayının artırılması, abadlıq-quruculuq işlərinin aparılması, ölkəmizin həm iqtisadi, həm də hərbi baxımından güclənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin rifah halının yüksəldilməsi, sosial müavinət və əmək haqlarının artırılması, yeni-yeni iş yerlərinin açılması, yeni sənaye obyektlərinin yaradılması, dövlətlərarası ticarət əlaqələrinin gücləndirilməsi və geniş vüsət alması, demoqrafik vəziyyətin yaxşılaşdırılması, regionlarımızın sürətli inkişafı, sahibkarlar üçün əlverişli şəraitin yaradılması, kənd təsərrüfatı sahəsinin inkişafı, makroiqtisadi göstəricilərin yaxşılaşdırılması, ərzaq balansının formalaşdırılması, mədəni və idman əlaqələrinin gücləndirilməsi məhz bu qərarların nəticəsinin əyani sübütudur. Demək ki, statistika nə qədər təkmil və dəqiqdirsə, veriləcək qərarlar da bir o qədər düzgün, ölkənin gələcək inkişafı üçün daha da faydalı olacaq, həyatımız daha da yaxşı olacaq.
P.S. Azərbaycan öz inkişafı yolunda sürətlə irəliləməkdədir. Bu temp vətəndaş olaraq hər birimizi sevindirir. İnanırıq ki, yaxın gələcəkdə ölkəmiz dünyanın inkişaf etmiş və ən öndə gedən ölkələri sırasında olacaqdır. Bu inkişafda, sözsüz ki, ölkənin bütün qurumlarının, hər birinin ayrı-ayrılıqda öz payı vardır. Bütün bu qurumların fəaliyyətinin nəticələrini ümumiləşdirib hökumətə və ictimaiyytə təqdim edən isə Dövlət Statistika Komitəsidir (DSK). Bu gün Azərbaycanın inkişafında bu komitənin rolunu vurğulamamaq ədalətsizlik olardı. İlkin növbədə ona görə ki, ölkə üçün verilən qərarlar, tərtib olunan layihələr və proqramlar məhz DSK-ın təqdim etdiyi nəticələr əsasında ərsəyə gəlir.
Ümumi inkişaf nəticələrinə nəzər salsaq, əminliklə deyə bilərik ki, Dövlət Statistika Komitəsi öz işinin öhdəsindən lazımınca gəlir. Lakin bu hələ son deyil. Biz əminik ki, bundan sonrakı dövrlərdə də bu qurum daha mükəmməl, daha təkmil nəticələrə imza atacaq və bu nəticələr əsasında verilmiş qərarlar ölkəmizi daha da müasir və yeni inkişaf mərhələsinə aparacaq.
Seymur Məmmədov
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ