Cümə günü, 10 iyul 2026
     

Daha təkmil statistika - daha yaxşı həyat

Image


Hər bir dövlət, xalq və fərdin həyatında hadisələri statistika kimi qeyd edən, öyrənən, təhlil edib gələcəyə tövsiyələr verə bilən ikinci elə bir fəaliyyət növü yoxdur. Bu fəaliyyətin qeyri-rəsmi növü başqa sahələrdən fərqli olaraq, bəşər və dövlətin yarandığı gündən müxtəlif formalarda təşəkkül tapıb. Dünyaya gəlişimizi, dünyadan gedişimizi, sayımızı, ailə tərkibimizi, cinsimizi, nə yeyib-içdiyimizi, səhhətimizi, büdcəmizi, maddi-mənəvi sərvətlərimizin keyfiyyət və kəmiyyətini, uğur və səhvlərimizi, bir sözlə, bütün fəaliyyət sahəmizi əhatə edən statistika dünyanın göstəricilər sərgisində kimliyimizin, rifahımızın, nəyə qadir olduğumuzun güzgüsüdür.
Qısa məlumat
Statistika (latınca status-dövlət) - ictimai həyatda baş verən bütün kütləvi hadisələrin kəmiyyət qanunauyğunluqlarını keyfiyyət qanunauyğunluqlarından ayırmadan xarakterizə edən məlumatların toplanmasına, işlənməsinə və təhlilinə yönələn ictimai fəaliyyət növüdür. Bu mənada statistikanın aparıcı rolu ondan ibarətdir ki, o, dövlət və cəmiyyət üçün əhəmiyyəti olan və mühasibat uçotu, yaxud operativ uçot yolu ilə toplanan bütün informasiyaları son nəticədə işləyir, təhlil edir və lazım gələrsə, buna uyğun tövsiyələr verir. Statistika həm də bir elmdir. Bu baxımdan o, ictimai elm sahəsi və buna müvafiq tədris fənni olaraq, kütləvi kəmiyyət nisbətləri və qarşılıqlı əlaqələrin ölçülməsi və təhlilinin ümumi məsələlərini şərh edir. Göründüyü kimi, ictimai-sosial qanunauyğunluqları dəqiq və doğru təsvir etmək və ölçmək statistikanın əsas vəzifələrindən biridir, lakin yeganə vəzifəsi də deyil. Statistika hadisələrin inkişaf meyllərini və müxtəlif formalarını nəzərə almağa imkan verir. Bu fəaliyyət növü həmçinin hadisələrin səbəbiyyət asılılığı və qanunauyğunluğunu aşkar və təhil etməyə kömək edir.
Ümumi nəzəriyyə, sahə (əhali, kənd təsərrüfatı, sənaye və s.), iqtisadi, sosial və digər statistikalar ümumi statistikanın tərkib hissələridir. Statistika elmi və onun tətbiqinin inkişafında C.Qraunt, L.Ketle, S.Hacıyev və digər alimlərin xüsusi xidmətləri olub.
Azərbaycanda
statistika Çar
Rusiyası, AXC və Sovetlər dövründə
Arxiv materiallar və digər mənbələr göstərir ki, Çar Rusiyası vaxtı Azərbaycanda rəsmi statistika ilə XIX əsrdən məşğul olunub. Bu tədbirlər ümumən Rusiyanın Tiflisdə yerləşən Qafqaz canişininin nəzdindəki statistika qrupu vasitəsilə həyata keçirilib. Müəyyən sahələr üzrə aparılan o vaxtkı statistika əsasən vergi məqsədləri üçün aparılıb. Ölkəmizdə statistikanın müntəzəm təşkili Şamaxı (1846-1859-cu illər), Bakı (1859-cu il) və Gəncə (Yelizavetpol, 1867-ci il) quberniyalarının yaradılması ilə eyni vaxta təsadüf edib. 1802-ci ildən 1917-ci ilədək tərtib edilən cədvəllərdə quberniyaların statistik məlumatları: əhalinin, mal-qaranın, yarmarkaların, fabrik və zavodların sayı, gömrük və digər məlumatlar öz əksini tapıb. Təbii ki, bu əməliyyatlar əsasən Rusiya statistika orqanları tərəfindən aparılırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa dövründə ölkədə statistika sahəsində vahid müstəqil orqan fəaliyyət göstərməsə də, fəqət, ayrı-ayrı nazirliklərin tərkibində bu işi yerinə yetirən qurumlar olub. Həmin qurumlar 15 noyabr 1918-ci ildən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi, 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq fondu şöbəsində Statistika bürosu kimi fəaliyyət göstərib.
Sovetlər vaxtı sosialist uçotu və statistikası işinə 1918-ci ildə yaradılan SSRİ Mərkəzi Statistika İdarəsi (MSİ) rəhbərlik edib. Buna müvafiq olaraq Azərbaycan SSR-də 1920-ci ildə Respublika Mərkəzi Statistika İdarəsi təsis edilib. Respublikanın xalq təsərrüfatı sahəsində uçot və statistika işini aparan bu qurum 1930-cu ildən SSRİ Dövlət Plan Komitəsi, 1948-ci ildən SSRİ MSİ tabeliyində, 1959-cu ildən isə Azərbaycan SSR Nazirlər Soveti yanında MSİ olub. Həmin idarə 1978-ci ildən Azərbaycan SSR MSİ adlanıb. Bu qurum 1987-ci ildən Azərbaycan SSR Dövlət Statistika Komitəsi kimi fəaliyyət göstərib. Komitə SSRİ-nin tabutuna son mismar vurulanadək respublikanın sosial-iqtisadi inkişafına dair dövlət planlarının yerinə yetirilməsinin gedişini, sahələr arasında inkişaf nisbətini, ictimai istehsal və elmi-texniki tərəqqinin səmərəsini, əmək məhsuldarlığının göstəricisini, xalqın rifahının necəliyini, məhsuldar qüvvələrin yerləşdirilməsini əks etdirən və elmi cəhətdən əsaslandırılan statistik göstəriciləri toplayıb, işləyib və respublika hökumətinə, SSRİ DSK-ya təqdim edib. Həmin dövrdə Azərbaycan DSK bütün fəaliyyətini Naxçıvan MSSR, DQMV, Bakı şəhər statistika idarələri, dövlət statistikasının rayon (şəhər) məlumat-hesablama mərkəzləri vasitəsilə həyata keçirib.
Müstəqillik əldə etdiyimiz 1991-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsində (DSK) struktur dəyişiklikləri həyata keçirilib, rayon (şəhər) məlumat-hesablama mərkəzləri ləğv edilərək onların bazasında müvafiq statistika idarələri (şöbələri) yaradılıb. Məlumatların işlənməsi texnologiyasında və kompyuter texnologiyasının inkişafında inqilabi dəyişikliklər baş verib. Yeni proqramlaşdırma dillərini öyrənmək və onların tətbiqinin vacibliyini nəzərə alaraq, DSK-nın Mərkəzi Aparatında 36 işçi stansiyanı özündə birləşdirən məlumat şəbəkəsi yaradılıb. DSK-nın inzibati binasında yeni lokal məlumatlar şəbəkəsi istismara verilib, serverlər mərkəzi yaradılıb, korporativ məlumat şəbəkəsi qurulub. Bütün struktur vahidləri ilə məlumat mübadiləsinə imkan verən internet əlaqələri yaradılıb. Bunun nəticəsində dövlət idarəetmə orqanları və nazirliklərlə çevik məlumat mübadiləsinə nail olunub. DSK "Vahid pəncərə" qaydası əsasında sahibkarlıq subyektlərinin qeydiyyatını həyata keçirən Vergilər Nazirliyi ilə daimi qarşılıqlı məlumat mübadiləsi aparır.
1998-ci ildə hazırlanan "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində məlumat texnologiyalarının inkişafı konsepsiyası" 2005-ci ildə yenidən işlənib. Bu isə, öz növbəsində, statistikanın bütün sahələrini əhatə edən makro göstəricilər yaradılması bazasına, interaktiv rejimdə informasiyanın daxil edilməsi və təqdim olunmasına imkan yaradıb. Komitədə müasir tələblərə cavab verən və məlumat tutumu yüksək olan veb səhifə fəaliyyət göstərir. Hesabat blankları, onların tərtib olunmasına dair təlimat və hesabatların elektron formada təqdim edilə bilməsi üçün proqram vasitələri həmin səhifədə yerləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Statistikanın bütün sahələrini əhatə edən illik, rüblük və digər məcmuələrin yeni məlumatları da həmin səhifədə yer alıb. Hazırda DSK sistemində və tabeliyində hüquqi statusa malik Statistika Məlumatları Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi və yüksək ixtisaslı kadrların hazırlanması üçün Tədris Mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, 1994-cü ildə mərhum Prezident Heydər Əliyev tərəfindən "Statistika haqqında" Qanunun imzalanması ilə ölkə tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışlar, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri müəyyənləşdi. Bu qanun dövlət statistika orqanlarının nüfuzunun artmasında, hesabat intizamının yüksəlməsi və dövlət məlumatlandırma sisteminin əsas tərkib hissəsi sayılan dövlət statistika sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. DSK yanında Statistika Şurası yaradıldı.
Əvvəllər respublikamız üçün əhəmiyyətsiz sayılan, fəqət, müstəqil ölkəmiz üçün çox vacib olan xarici ticarət statistikasının yaradılması valyuta vasitələrinin hərəkəti, ixrac və idxal məhsullarının fiziki həcmi, bu məhsullar üzrə xarici və daxili qiymətlərin nisbətləri haqqında məlumatları əldə etməyə imkan verib. Hazırda ölkəmizdə xarici ticarət statistikası dünyada qəbul edilmiş qaydada-gömrük bəyannaməsi əsasında qurulub. DSK tərəfindən həyata keçirilən və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması üçün irihəcmli işlərdən biri də statistik vahidlərin dövlət registrinin yaradılmasıdır. "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" AR Prezidentinin 25.10.2007-ci il tarixli Sərəncamına müvafiq olaraq, 2008-ci il yanvar ayının 1-dən hüquqi və fiziki şəxslərin statistik vahidlərin dövlət registrinin aparılması müntəzəm həyata keçirilir.
Statistikada islahatların sistemli qaydada həyata keçirilməsində əsas yerlərdən birini statistik müşahidələrin bütün mərhələlərində iştirak edən və onları vahid kompleksdə birləşdirən təsnifatlar tutur. Bu istiqamətdə DSK xeyli iş görüb. Belə ki, beynəlxalq standartlara cavab verən "İqtisadi fəaliyyət növləri", "Məhsul növləri", "Xarici iqtisadi fəaliyyətdə xidmətlər", "Təhsil", "Məşğulluq" və digər çoxlu təsnifatlar hazırlanıb və tətbiq olunub. Bundan başqa, DSK-nın yaxından iştirakı və BVF ilə razılaşdırılan metodologiya əsasında Respublika Mərkəzi Bankı tərəfindən ölkəmizin xarici iqtisadi əlaqələrinin bütün tərəflərini əks etdirən tədiyyə balansı tərtib edilib.
Bu gün Azərbaycanda sosial, iqtisadi, demoqrafik, ekoloji və digər sahələrin vəziyyəti haqqında tam, doğru, elmi cəhətdən əsaslandırılan rəsmi statistik məlumatların əldə olunmasına və onların beynəlxalq müqayisəliliyinin təmin olunmasına tam şərait yaradılıb.
Ölkəmiz müasir statistikanın qurulması işində beynəlxalq təşkilat və xarici dövlətlərlə sıx əməkdaşlıq edir. Buna misal olaraq Avropa Statistika Bürosu, Almaniya, Hollandiya, İsveç, Finlandiya, Polşa, Türkiyə, Rusiya, İran və digər dövlətlərin müvafiq orqanları ilə sıx əməkdaşlığı göstərmək olar. Onu da qeyd edək ki, beynəlxalq əlaqələrin genişlənməsi və ölkəmizdə statistikanın inkişafında 1999-cu ildən rəsmi qüvvəyə minən Avropa İttifaqı və onun üzvü olan dövlətlərlə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişin böyük rolu olub.
Məlumdur ki, statistik məlumatların keyfiyyəti bilavasitə bu sahədə işləyən mütəxəssislərin - statistiklərin peşəkarlığından asılıdır. Bunu nəzərə alaraq BVF və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən xüsusi kurs və seminarlar keçirilib. Azərbaycan DSK-nın işindən məmnun qalan ümummilli lider Heydər Əliyev deyib: "Bizim Dövlət Statistika Komitəmiz var və o, çox düzgün statistika aparır".
Fərəhlə qeyd edirik ki, yüksək texnologiya və müasir texniki avadanlıqlarla işləyən müasir Azərbaycan statistikləri 12-15 il bundan qabaq mərhum Prezidentin onlara verdiyi qiyməti doğruldaraq yeni-yeni uğurlara imza atırlar.
Bu il ölkəmizdə statistikanın təşkilindən 169 il keçib. Rəsmi statistikamız isə 95 yaşını qeyd edir. O gün olsun ki, statistikamızın təşkilinin 170-ci ilində DSK-nın əməkdaşları işğaldan azad olunan bölgələrimizin statistikası ilə bizi sevindirsin. Ad gününüz mübarək, dostlar!
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.








VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

09.07.2026 / 22:51
“Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ