çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

İctimai-siyasi Azərbaycan: Qarşımızdakı açıq mənzərə

Image


Rəhbərlik etdiyim "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin fəaliyyətə başlamasından bir il ötür. O qədər də böyük müddət deyil. Lakin bizim üçün ciddi nəticədir və elə bu bir ilin tamamında ənənəvi iqtisadi təhlillərimizdən kənara çıxıb Azərbaycanın ictimai-siyasi həyatına, söz və mətbuat azadlığının vəziyyətinə və ümumən vətəndaş cəmiyyətinin durumuna nəzərə salmaq istərdik. Beləliklə, vətəndaş cəmiyyətinin bir parçası olaraq ötən müddət ərzində nələri müşahidə etdik? Qarşımızda hansı həqiqətlər dayandı?

Qeyri-Hökumət Təşkilatının fəaliyyətə başlaması, onun ictimai proseslərə qoşularaq bu və ya digər layihələrdə iştirak etməsi, ən əsası isə cəmiyyətə çıxış imkalanlarının yaranması üçün sözsüz ki, təşkilatın dövlət tərəfindən rəsmi qeydiyyata alınması vacib şərtlərdən biridir. Bu prosesin Azərbaycanda olduqca sadə bir mexanizm üzərində qurulduğunu biz öz təcrübəmizdə gördük. Lakin onu da qeyd etməliyik ki, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edərkən ətrafda müəyyən söz-söhbətlər də dolaşırdı: "QHT-ləri qeydə almırlar”, "Çətin məsələdir”, "Süründürəcəklər” və s. Biz qanunvericiliyin tələb etiyi qaydalara əməl edərək Ədliyyə Nazirliyinə müraciət etdik. Söz-söhbətin tam əksinə olaraq qanunla müəyyən edilmiş müddət ərzində müraciətimizə müsbət cavab verildi və "Ekonomiks” BİAB rəsmi dövlət qeydiyyatına alındı - Süründürmədilər! Bundan sonra isə qarşımızda böyük bir ictimai fəaliyyət sahəsi açıldı və biz bu sahənin əsas və aparıcı iştirakçılarından birinə çevrilmək üçün konkret proqrama söykənən sistemli fəaliyyətə başladıq.

Artıq çoxlarına məlumdur ki, biz son bir ildə mütəmadi olaraq mətbuatda ölkənin iqtisadi vəziyyətilə bağlı təhlil və araşdırmalarla çıxış edirik. Materiallarımız ölkənin əksər KİV-lərində dərc olunur. Bununla yanaşı, xarici mediaya da çıxış imkanlarından yararlanmışıq. Materiallarımız müxtəlif yazılı və elektoron KİV nümunələrində yayımlanıb. Bakı 2015 I Avropa Oyunları ərəfəsində isə Polşada xüsusi təbliğat aksiyası təşkil etmişik. Bir sözlə, ötən bir il ərzində fəaliyyətimizdə axsamalar olmayıb, komandamız öz üzərinə düşən vəzifəni ardıcıl və nizamlı şəkildə yerinə yetirib. Mətbuata təqdim etdiyimiz yazılar isə həmişə dəyişməz prinsipə söykənib – problemləri də, uğurları da olduğu kimi göstərmək prinsipinə. Biz Azərbaycanın xüsusən son 11 il ərzində əldə etdiyi nailiyyətləri və iqtisadi uğurları göstərməklə yanaşı, müxtəlif sahələrdə gözə dəyən çatışmazlıqları da gizlətməmişik. Bir tərəfdən ölkənin üstünlüklərini, möhkəm maliyyə bazası üzərində qurulmuş sosial təminat sistemini, dünyada müşahidə olunan iqtisadi böhranın Azərbaycana sarsıdıcı zərbə vura bilməməsinin səbəblərini, neftin qiymətlərinin aşağı düşdüyü bir dövrdə ölkənin qeyri-neft sektorunda müşahidə olunan inkişaf tendensiyasını, ixracatın yüksələn xətt üzərinə gətirildiyini və bu kimi bir çox digər müsbət nümunələri göstərmişiksə, bir tərəfdən də inkişafın daha da sürətlənməsinə əngəl ola biləcək problemləri də sadalamışıq. Müvafiq sahəyə cavabdeh olan dövlət qurumlarının fəaliyyətində rast gəlinən neqativ halları və yaranmış problemlərin aradan qaldırılması istiqamətinə atılmalı olan addımları da göstərmişik. Nə yazmışıqsa hamısını olduğu kimi, necə deyərlər, nöqtəsinə, vergülünə toxunmadan dərc ediblər. Hansısa media orqanından, "Burada filan sahədəki problemi tənqid etmisiz”, "Bizim qəzetdə neqativ hallar barədə yazmaq olmaz” və sairə kimi cavablar eşitməmişik. Kimsə bizə deməyib ki, filan cümləni çıxarın, filan formada yazın. Hətta rəsmi dövlət qəzetlərinin belə hansısa məhdudiyyətlərilə rastlaşmamışıq. Onlar da konkret sahələrdəki çatışmazlıqlara dair qeydlərə toxunmadan yazılarımızı, açıqlamalarımızı və müsahibələrimizi olduğu kimi dərc ediblər. Nə sözümüzü boğan oldu, nə də özümüzü. Odur ki, tərəddüdsüz deyə bilərik: Azərbayacanda bir QHT-nin özünü təsdiq etməsi, cəmiyyətin inkişafına töhvələr verməsi, konkret və kreativ ideyalarla çıxış edərək onların həyata keçirilməsinə nail olması üçün bütün imkanlar yaradılıb - Mediaya çıxış sərbəst, söz demək, fikir yürütmək, təkliflərlə çıxış etmək vasitələri saysız-hesabsız. Kifayətdir ki, istək və işləmək həvəsi olsun.

Ötən bir il ərzində də Azərbaycanda dövləti vətəndaş cəmiyyətinə dəstəyini əsirgəmədi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xəttilə keçirilən müsabiqələrdə ölkənin əksər QHT-ləri iştirak edərək öz layihələrinə bu və ya digər dərəcədə dəstək aldılar. Burada bir məqamın altını xüsusilə cızmalıyıq. Bu maliyyələşmə dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən Azərbaycanın gəlirlərinin azaldığı bir dövrə təsadüf etdi. İqtisadi böhranın hətta inkişaf etmiş Avropa ölkələrini də tutduğu bir ərəfədə, az qala bütün dünyanın maliyyə təlatümləri yaşadığı bir vaxtda Azərbaycan dövləti vətəndaş cəmiyyətinə dəstəyini davam etdirdi və bununla bir daha göstərdi ki, bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının və onun rəhbərliyinin fəaliyyəti də vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir. Hər halda bu da səbəbsiz deyil. Şuranın nümayəndələri QHT-lərin layihə icrası zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında şəxsən iştirak edirlərsə, tədbirlərin təşkilində, sənədləşmə məsələlərinin qaydasına salınmasında öz bilik və bacarıqlarından istifadə edirlərsə, yeni fəaiyyətə başlamış QHT-lərə lazımı məsləhətlər verib onların pəşəkarlıq səviyyəsinin artırılmasına maraq göstərirlərsə, şübhəsiz ki, bütün bunlar lazımı qiymətini almalıdır. Yeri gəlmişkən, bizim də Şuraya təqdim etdiyimiz layihə qurumun dəstəyini qazanıb və bu bizdə daha həvəslə işləmək, cəmiyyətin inkişafına daha böyük töhvələr vermək üçün əlavə ruh yaradır. Bu həm də onun göstəricisidr ki, dövlət yeni-yeni addımlar atan QHT-lərin də ayaqda durması və öz yerini möhkəmlətməsində maraqlıdır, bunun üçün dəstək verməyə həmişə hazırdır.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etməsinə şərait yaradan əsas amillərdən biri, sözsüz ki, ölkədəki sabit ictimai-siyasi vəziyyətdir. Qonşu ölkələrdə müşahidə olunan gərgin siyasi mühit, müsəlman ölkələrinin qan gölündə boğulması, "demokratiyanın beşiyi”ndən güc alanların beşikdəki körpələri də terrora məruz qoyması, nüfuz savaşı aparan böyük ölkələrin bir göz qırpımındaca yüz minlərlə insanı siyası maraqlara qurban verməsi və bu bədbəxt edilmiş ölkələrin sırasını genişləndirməyə çalışanların getdikcə daha da azğınlaşması fonunda Azərbaycan dövlətinin kənar müdaxilələrə kifayət qədər ciddi təpki göstərərək öz inkişaf yolunda inamlı addımlarını davam etdirməsi təkcə bizim – vətəndaş cəmiyyətinin təmsilçilərinin yox, ümumilikdə ölkə əhalisinin də diqqətindən yayınmır və insanlar bugünkü əminamanlığın, sərbəst və azad yaşayış şəraitinin qorunub saxlanılmasında maraqlıdırlar. İnsanlar görürlər ki, Azərbaycana qarşı yönəlmiş bəyanatlar, qəbul olunan qətnamələr əslində ölkəyə kənar müdaxilələrə imkan verilməməsi faktından qaynaqlanır və yalnız ayrı-ayrı ölkələrin siyasi maraqlarına söykənir. Ölkə əhalisi aydın şəkildə müşahidə edir ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında dialoq mühiti yaranıb və təkcə 2015-ci ilin əvvəlindən bu yana müxalifət partiyalarının rəhbərləri və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov başda olmaqla hakimiyyət təmsilçilərinin iştirakı ilə bir neçə görüş keçirilib. İnsanlarımız xarici dairələrdən istiqamətlənən "ölkədə söz və mətbuat azadlığı” boğulur kimi iddiaların da əsassız olduğuna şübhə etmirlər. Çünki ortada konkret əyani nümunələr var: Azərbaycan sosial şəbəkələrdən ən çox istifadə olunan ölkələrdən biridir. Bir çox ölkələrdən fərqli olaraq burada hansısa xarici informasiya və video portallarına giriş yasaqlanmır. Qəzetlərin sayı-hesabı yoxdur. İnternet resurslarının sırası isə durmadan genişlənir. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuata davamlı şəkildə dəstək verir. Belə bir açıq mənzərəsi olan ölkədə söz və mətbuat azadlığının boğulduğunu, insan hüquq və azadlıqlarının pozulduğunu idda etmək vicdansızlıq deyilmi?.. O başqa məsələdir ki, kimlərsə QHT təmsilçisi və jurnalist adı altında ayrı-ayrı xarici ölkələrin maraqlarına xidmət edir və bu da dövlətin xüsusi xidmət orqanları tərəfindən müəyyən edilərək qanununvericiliyin tələblərinə uyğun şəkildə addımlar atılır. Dövlət nə etməlidir? İmkan verməlidir ki, ölkəni saqqal bassın? Şərait yaratmalıdır ki, minlərlə soydaşımızın qanı bahasına ucaldılmış Bayrağımızın yerində İŞİD-in qara əski parçası asılsın? Açsın qapıları ki, dünyaya "demokratiya ixrac edənlər” buraları da qana boyasınlar?.. Kim bunu istəyirsə, əmin olsun ki, arzusuna çatmayacaq. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri dövlətimizin yanındayıq və onun müstəqilliyinə qarşı fəaliyyət göstərən istənilən qüvvəylə mübarizə aparmağa həmişə hazırıq.

Qarşıdan V çağırış Azərbaycan Milli Məclisinə seçkilər gəlir. Cəmi iki gündən sonra namizədlərin rəsmi təbliğat kampaniyası start götürəcək. İnanırıq ki, imzatoplama mərhələsində olduğu kimi, əsas və deyərdik ki, həlledici mərhələ də nümunəvi və bərabərlik qaydalarına uyğun şəkildə başa vurulacaq. Əminik, Azərbaycan bu seçimlərdən, bu sınaqdan da alnıaçıq çıxacaq. Dövlətimiz və millətimiz üçün xeyirli olsun.

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ