Cümə günü, 10 iyul 2026
     

Avro ölüm həddindən sürətlə çıxır

Image


Dünya birjalarında, eləcə də Azərbaycanda avronun məzənnəsinin tez-tez dəyişməsinin səbəbləri ekspertlər, araşdırma mərkəzlərinin getdikcə daha çox diqqətini cəlb etməkdədir. Çünki avronun ucuzlaşması və ya bahalaşması çox qısa müddət ərzində baş verir. Bu istiqamətdə son vəziyyətin təhlili isə avronun bundan sonra məzənnəsinin yüksəlməkdə olacağını göstərir.
Hazırda dünya bazarında avronun məzənnəsi 1,1270 dollar təşkil edib ki, bu onun xeyli möhkəmlənməsi deməkdir. Avronun möhkəmlənməsində əsas səbəb avrozonada inflyasiyanın may ayında 0,3% artması olub. Halbuki, ekspertlər inflyasiyanın 0,2% artacağını proqnozlaşdırırdılar. İnflyasiyanın gözləntilərdən çox olması investorlar tərəfindən avrozonada iqtisadi artımın sürətlənəcəyinin ilkin göstəricisi kimi qəbul edilib. Bu səbəbdən avro digər valyutalara, xüsusilə də ABŞ dollarına nəzərən kəskin möhkəmlənib. Qeyd edək ki, iyunun 2-də 1,0913 dollar səviyyəsində olan məzənnə həmin gün axşam saatlarında 2,6% artaraq 1,1194 dollar qədər yüksəlib. Daha sonra məzənnə bir qədər də artaraq 1,1270 dollara çatıb və onun daha da möhkəmlənməsi gözlənir. Məzənnənin avro lehinə yüksəlməsinə digər bir səbəb isə bu həftə avrozona ölkələrinin siyasi və maliyyə liderləri tərəfindən Yunanıstan probleminin həll olunması istiqamətində keçirdikləri görüşlərdir. Qeyd edək ki, ekspertlər bu görüşlərdən müsbət həll variantı gözləyir. Görüşlərin nəticəsi bu həftənin sonuna qədər bilinəcək. Analitiklər qeyd edir ki, Yunanıstana Avropa İttifaqı, BVF və Avropa Mərkəzi Bankı tərəfindən qısamüddətli maliyyə dəstəyi verilsə də, uzunmüddətli perspektivdə problemlərin davam edəcəyi gözlənir.
Nəticə etibarilə avro qısa və orta müddətdə möhkəmlənmə kursunu davam etdirəcək. Bunun davam etməsinə digər səbəb Amerika Federal Ehtiyat Sisteminin qərarı və ABŞ-da iqtisadi göstəricilərin zəifliyi olacaq. Hesab edilir ki, Federal Ehtiyat Sisteminin sentyabrda və ya 2016-cı ilin əvvəlində uçot dərəcəsini artırması müvəqqəti hal olacaq. Uçot dərəcəsinin əsaslı şəkildə artırılması ABŞ iqtisadiyyatı 4%-dək artım əldə edəcəyi təqdirdə baş verə bilər. Bu artımın isə yaxın 3-5 il ərzində olacağı gözlənilmir. Bütün bunlar avronun kursuna təsirsiz ötüşməyəcək. Bu arada Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqinin monetar genişlənmə proqramının real iqtisadiyyatda əks olunduğunu və rəhbəri olduğu qurumun istiqraz alışı planının davam edəcəyini söyləməsi də avronu dollar qarşısında bahalaşdırır. Eyni zamanda, Avropa Mərkəzi Bankının ötən ay üzrə açıqlamasında avrozona iqtisadiyyatının aprel ayında 1 faiz artdığı bildirildi. Bu isə sözügedən zonada rüblük 0.4 faiz artıma nail olunması deməkdir. Avropa iqtisadiyyatı üçün tam rəqəmli artım indiki məqamda olduqca arzuolunan hesab edilə bilər. Bu, eyni zamanda, Avropanın vahid valyutasının məzənnəsinə müsbət təsir göstərməkdədir. İngiltərə Bankının avrozonadan kənarda qalan Böyük Britaniya üçün açıqladığı nikbin rəqəmlər də dünya bazarında dollara təzyiqi artırır. Bununla yanaşı, uzun müddət möhkəm qalan dolların ABŞ üçün "baş ağrısına" çevrildiyi şübhəsizdir. Buna görə də güman olunur ki, Vaşinqton dolların mərhələli zəifləməsində maraqlı olacaq və avro daha da bahalaşacaq.
Təbii ki, proses Azərbaycanda da özünü göstərir. Məsələ burasındadır ki, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əskinə, dollarla müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Belə vəziyyət həm də Mərkəzi Bankın, çevik valyuta siyasətinə keçərək, valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi, həmçinin, Avropa pulunun durumundan asılı olacaq. Avrozonada milli valyuta möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq.
Belə hesab edilir ki dünya iqtisadiyyatının 25 faizinə malik olan Avropa İttifaqının valyutasının uzun müddət kəskin düşməsi mümkün deyildi. Digər tərəfdən, spekulyativ faktorlar da tədricən aradan qalxır. Spekulyativ faktorlar ondan ibarət idi ki, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilər. Bununla belə, ekspertlərin fikrincə, həmin faktorlar uzun müddət fəaliyyət göstərə bilməz. Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənir. Qeyd olunduğu kimi, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Əvvəla bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadəsinin artmasına səbəb olur. Digər tərəfdən, avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Lakin bu hal Azərbaycandan Avropaya ixracı da artıra bilər. Düzdür, indiki durumda avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətini artırmaq üçün kifayət deyil. Çünki hələ də avro ilə manatın məzənnəsində kəskin dəyişiklik yoxdur. Lakin bu dəyişiklik davam etdikcə ölkəmizdən Avropaya daha çox məhsul ixrac olunacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
“Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ