Azərbaycan bankları yaxın gələcəkdə biometrik bankomatların istismarına başlaya biləcək. Bu barədə Trend-ə Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, belə nikbin proqnoza Azərbaycanın bank texnologiyaları bazarının və bank sahəsinin tendensiya inkişaf dinamikası səbəb olub: "Hər şey bankların bu texnoloji yeniliyin tətbiqinə nə dərəcədə hazır olmasından asılıdır. Belə ki, istənilən yenilik maliyyə tələb edir”.