A.Əbdülmehdi qeyd edib ki, Bakıda olduğu müddət ərzində Azərbaycanın nəinki neft və qaz, eləcə də müasirləşmə və investisiya sahələrindəki uğurlarına şahid olub. Nazir həmçinin İraqın SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib: "Ölkələrimizin rifahı naminə SOCAR ilə iş birliyini səbirsizliklə gözləyirik”.
Onun sözlərinə görə, İraqın neft-qaz sahəsində böyük potensialı var, xüsusilə, ölkə ötən ay sutkada 3,5 milyon bareldən çox neft ixrac edib və hazırda neft hasilatı sutkada 4 milyon barel səviyyəsindədir. A.Əbdülmehdi bildirib ki, xarici şirkətlərin İraqda fəaliyyəti ölkənin sabit, investisiyaların dayanıqlı olmasını sübut edir.