çərşənbə günü, 28 oktyabr 2026
     

Avro yunanlarla birlikdə çökür

Image


Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da avro dəyər itirməkdə davam edir. Mərkəzi Bankın məlumatına əsasən, avronun məzənnəsində yenidən ucuzlaşma qeydə alınıb. Belə ki, Avropanın vahid valyutası 1,1498-dən 1,1493 manata qədər azalıb. Ekspertlər isə yunan amilinə görə avronun hələ bundan sonra daha çox dəyər itirəcəyini proqnozlaşdırır. Belə ki, Yunanıstanın avrozonadan çıxması halında avronun daha sürətlə dəyər itirməsi gözlənil.
Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Laqard isə hesab edir ki, Yunanıstanın avrozonadan çıxması mümkündür. O, Yunanıstanın avrozonadan çıxma ehtimalını belə qiymətləndirib: «Yunanıstanın avrozonadan çıxması mümkündür. Amma bu, çox güman ki, avronun sonunu gətirməyəcək». Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda isə bir ölkənin ilk dəfə avrozonadan çıxma mərhələsinə gəldiyini və avronun artıq əvvəlki sabitliyi qoruya bilməyəcəyini açıqlayıb. Bütün bunlar fonunda dünya maliyyə bazarlarında avronun dəyər itirməsi olduqca sürətlənib. «Reuters» agentliyinə danışan mənbələr isə qeyd edir ki, Yunanıstanla kreditorları arasında keçirilən son danışıqlardan da nəticə çıxmayıb. Bu isə Yunanıstanın defolt olma ehtimalını artırır və ölkənin avrozonadan çıxışını qaçılmaz edir. Yunanıstanın bu gedişlə yeni kreditlər cəlb etmə ehtimalı da əhəmiyyətli dərəcədə azalır. Düzdür, Yunanıstan yardım müzakirələri barədə nikbinliyini qoruyur. Ölkənin daxili işlər naziri Nikos Voutsis kreditorlarla bu həftə anlaşacaqlarına inandığını deyib. Yunan mediasına müsahibə verən Voutsis razılaşmaya nail olmaq üçün öz iqtisadi proqramlarındakı bəzi hissələrin 6-12 ay təxirə salına biləcəyini qeyd edib.
Lakin «Financial Times» qəzeti bunu mümkünsüz sayır. Qəzet xatırladır ki, Yunanıstanın baş naziri Aleksis Çipras kreditorları cəfəng tələblər etməkdə günahlandıraraq razılaşmanın əldə olunmasının daha da çətinləşdiyini bəyan edib. Qəzet xatırladır ki, iyunun ilk həftəsində Afina Beynəlxalq Valyuta Fonduna 300 milyon avroluq borc geri ödəməlidir. Ay sonuna qədər ödənilməsi lazım olan borc isə 1,6 milyard avrodur. Lakin ölkənin pulu yoxdur və borclar ödənilməyəcək. Qeyri-müəyyənlik isə yunan banklarından böyük miqyaslı əmanət çıxışına səbəb olub. Ötən həftənin son iki günündə əmanət çıxışı 800 milyon avronu aşıb. Bütün bunlar avrozonanın Yunanıstandan başlayaraq dağılma ehtimalını artırır və belə vəziyyət avro üçün müsbət heç nə vəd etmir. Baş verənlər hətta ABŞ-ı da ciddi narahat edir. Yunanıstan böhranında ABŞ indiyə qədər səssiz idi və prezident Barak Obama, onun ən yüksək səviyyəli maliyyə məsləhətçiləri Yunanıstanın borc böhranı ilə bağlı yalnız bir neçə bəyanat verməklə kifayətlənmişdilər. Ancaq vəziyyət dəyişir. ABŞ-ın maliyyə naziri Yakob Lyu Yunanıstan və avropalı kreditorları arasında danışıqların çıxılmaz həddə gəlməsi ilə bağlı narahat olduqlarını dilə gətirib. Məsələ burasındadır ki, avrozonada iqtisadi durum Yunanıstanın düşdüyü böhran üzündən dərinləşərsə, bu, ABŞ-dan Avropaya məhsul ixracına da mənfi istiqamətdə ciddi təsir göstərə bilər. ABŞ-ın «Goldman Sachs» investisiya bankı da Yunanıstanın avrozonadan ayrılma risqinin xeyli artdığını bəyan edib. O da qeyd olunur ki, Yunanıstan kreditorlarla anlaşma əldə etsə belə, ölkənin ümumi daxili məhsul artımı ciddi zərbə alacaq və bu səbəbdən avrodan pul vahidi kimi istifadə imkansız olacaq. Hazırda Yunanıstan üçün növbəti addımlar arasında avronun saxlanmasından imtinaya qədər, xarici borcların ödənilməsi üçün yardımlardan yenidən istifadə etməklə birdən çox valyutanın dövriyyədə saxlanması kimi tədbirlər var. Yeni valyutanın dəstəklənməsi və istiqrazlarla BVF borcusunun saxlanması kimi məqamlar hələlik ehtiyat planda yer alır. Lakin bu plan işə düşərsə, hesab edilir ki, Yunanıstanda ikinci iqtisadi böhran başlayacaq. Belə vəziyyətdə avronun mövqeyi qlobal bazarlarda daha çox zəifləməyə başlayacaq.
Artıq məlum olduğu kimi, zəifləyən avro dünyada yeni problemlərə yol açır və bu, ölkəmizə də təsirsiz ötüşmür. Çünki həm Neft Fondunun, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarının bir hissəsi avro ilə saxlanır. Avronun ucuzlaşması bu valyuta ilə saxlanan vəsaitlərin də dəyər itirməsinə səbəb olur. Artıq valyuta ehtiyatlarının tərkibində avronun payının azalması vacib sayılır. Avronun ucuzlaşmasının ölkəmiz üçün digər bir ziyanlı cəhəti odur ki, Azərbaycanın Avropaya ixrac etdiyi qeyri-neft məhsulları bahalaşa bilər. Düzdür, bu məhsulların həcmi o qədər də çox deyil. Ancaq bu, ölkə iqtisadiyyatına təsir edə bilər. Avro dəyər itirməkdə davam edərsə, Azərbaycan mallarının Avropa bazarında rəqabətə davamlılığı zəifləyəcək. Lakin bu, ölkəmizə Avropadan gətirilən məhsulların, o cümlədən avtomobillərin qiymətlərinin aşağı düşməsinə də səbəb olacaq. Xüsusən də qarşıdakı aylarda bu tendensiya özünü qabarıq göstərə bilər.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ