Z.Orucun sözlərinə görə, ABB-də dövlətin iştirak payı 51,07 faiz təşkil edir, bankın aktivləri isə 8 milyard manatı keçib: "Məsələn, sərəncamında yalnız 1 milyard manat olan Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti büdcə prosesində müzakirə edilir. Fərqin 8 dəfə olmasına baxmayaraq, ABB-nin xərcləri haqqında hesabat parlamentin müzakirəsinə təqdim edilmir. Təklif edirəm ki, bankın fəaliyyət hesabatı hökumətin hesabatına daxil edilsin və ya ABB nümayəndələri iclaslarımızda iştirak etsin”.