çərşənbə günü, 28 oktyabr 2026
     

Problemli kreditlər: Ağ yalanlar və real rəqəmlər...

Image


Problemli kreditlər həmişə olub, bu gün də var, sabah da olacaq... Son günlər mətbuatın aktual mövzularından birinə çevrilmiş mövzu ətrafında "əli qələm” tutan hər kəs yazır... Yazsınlar, kim nə deyir ki, ancaq mövcud reallıqları şişirdib onlardan siyasi oyunbazlıq etmək üçün istifadə etməsinlər... Belə olanda yazılan mövzunun mahiyyəti bir kənara atılır, ortada ancaq diqqəti cəlb edə biləcək pafoslu fikirlər qalır.

Təcrübə göstərir ki, özünü cəmiyyətə iqtisadçı qismində təqdim edən, əslində bu sahədən tamamilə uzaq olan adamlarda yalan danışmaq, əsassız iddialar irəli sürmək və havadan rəqəmlər uydurub ictimaiyyətə təqdim etmək artıq vərdiş halını alıb. Bundan əvvəlki yazılarımızda belə adamların "təhlillərini” ifşa etsək də, bundan nəticə çıxardıqlarını hələ ki, müşahidə etmirik. Qəribə qaydadır: - Danışdığın yalan konkret faktlarla ifşa oluna və sən buna görə cavab vermək əvəzinə, yalanlarını davam etdirəsən. Özü də bu adamlar danışdıqları yalanlarla sosial şəbəkələrin qəhrəmanlarına çevriliblər. Havadan götürülmüş bir rəqəm səsləndirirlər, iqtisadiyyatdan, maliyyə sistemindən, mühasibatlıqdan təsəvvürü olmayan insanlar da başlayırlar onlara tərif yağdırmağa. Güya ki, bu adamlar böyük cəsarət göstərib heç kəsin tapa bilməyəcəyi rəqəmləri üzə çıxarıblar. Əslində isə həmin bu "qəhrəman iqtisadçılar” bəzilərinin, necə deyərlər, zəif damarını tutaraq cəfəng fikirlər səsləndirir, mənbəsi, istinad nöqtəsi olmayan rəqəmlərlə insanların həm də ictimai-siyasi ruhuna təsir göstərməyə çalışırlar. Belə "qabiliyyət” sahibləri az deyil.

Əgər sərt tənqidlər və ağ yalanların ifşa olunması belə bu adamları öz yollarından döndərə bilmirsə, deməli, problem halını almış bu məsələnin həllinin başqa yollarını axtarıb tapmaq lazımdır. Fikrimizcə, burada söhbət yalnız məsələnin hüquqi yolla tənzimlənməsindən gedə bilər. Mövcud Cinayət Məcəlləsində yalan informasiya ilə bağlı müəyyən məqamlar təbii ki, var. Lakin apardığımız araşdırmalar göstərir ki, onların hər dəfə bu cür situasiyaların nizamlanması məqsədilə istifadə olunması mexanizmi kifayət qədər çevik və işlək deyil. Burada söhbət konkret olaraq heç bir mənbəyə söykənmədən "havadan götürülmuş” məlumatların və ya mövcud rəsmi mənbədəki informasiyaların ciddi şəkildə təhrif olunaraq cəmiyyətə ötürülməsindən gedir. Təəssüf ki, bu fəaliyyət növünə üstünlük verənlər bəzi hallarda öz məqsədlərinə çata bilirlər. Bəs bu vəziyyətin nizamlanmasının hansı yolları ola bilər? Fikrimizcə, mövcud Qanuna cəmiyyətə yalan informasiyalar təqdim edən və bu yolla insanlar arasında çaşqınlıq yaradaraq dövlətə bu və ya digər formada zərər vurmağa çalışanların əməllərinə hüquqi qiymət verən əlavələr olunmalı və yaxud bununla bağlı yeni qanunvericilik aktı qəbul edilməlidir. Bu sənəd hər kəsin mətbuat vasitəsilə cəmiyyətə ötürdüyü fikirlərin məsuliyyətini müəyyən etməlidir. Bax, onda yalan informasiyaları cəmiyyətə sırımaqla reytinq qazanmaq istəyənlər yazdıqlarının, dediklərinin fərqinə varacaqlar...

Qayıdaq problemli kreditləri cəmiyyətə təqdim edən "ekspertlərin” apardıqları araşdırmalarda bilərəkdən yol verdikləri yalnışlıqlara.

"Azadlıq” qəzeti 14 may 2015 "Əhali kredit borclarını qaytara bilmir” başlıqlı yazıdan: "2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb”.

Faktiki vəziyyət: 2014-cü ilin mart ayı ilə müqaisədə verilmiş kreditlərin sayı cəmi 16,9% artıb... Burada müəllif rəsmi rəqəmi 15,1% şişirdərək cəmiyyətə təqdim edir...

Həmin yazıdan: "Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb. Bu da təxminən 7 milyard manata yaxın edir.”

Faktiki vəziyyət: Müəllifin müqaisə etdiyi dövrdə verilən kreditlərin həcmi 32% deyil, cəmi 16,9% artdığını yuxarıda qeyd etdik. Bu dövrdə kreditlərin artımı isə müəllifin göstərdiyi kimi 7 milyard manat deyil cəmisi 4,7 milyard manat olub. Deməli bu yazar üçün faktiki rəqəmi 49% şişirtmək heç bir çətinlik yaratmır.

Yenə həmin yazıdan: "Ümumi kredit portfelinin isə 32 faizini problemli kreditlər təşkil edib. Bu isə o deməkdir ki, qısamüddətli kreditlərin, demək olar, hamısını problemli kreditlər təşkil edib və ya uzunmüddətli kreditlərin ödənişində də problemlər yaranmağa başlayıb. Yəni qısamüddətli kreditlər 5 milyard manat, ancaq problemli kreditlər 7 milyard manat təşkil edib”.

Faktiki vəziyyət: Müəllif burada verilən kreditlərin həcmində 32%-lik artım yalanını (yuxarıda göstərdik ki, bu artım real 16,9% olub) bu dəfə ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisi kimi təqdim edir və sonradan belə qənaətə gəlir ki, qısamüddətli kreditlər 5 milyard manat, problemli kreditlər 7 milyard manat təşkil edib. Bəs bu məsələdə həqiqət nədən ibarətdir? Əvvəla qısamüddətli kreditlərin həcmı bu gün 5 milyard manat deyil 4,5 milyard manatdan bir qədər artıqdır. O burada rəqəmi 0,5 milyard manata qədər şişirdir. İkincisi, qısamüddətli kreditlərin hamısının pis kreditlər olduğunu iddia etmək heç bir məntiqə sığmir. Belə çıxır ki, yüz minlərlə kredit götürən fiziki şəxslərdən bir nəfər də götürdüyü krediti vaxtında ödəmir. Bu, absurddur. Problemli kreditləri 7 milyard göstərən müəllifə hesab dərsi kimi bildirir ki, bu rəqəm cəmi 1,2 milyard manatdır. Amma o, bu rəqəmi də 5,8 dəfə şişirdərək cəmiyyətə təqdim edir.

Başqa müəlliflər isə havadan götürdükləri məlumatlarla bu gün bəzi banklarda kredit portfelində problemli kreditlərin az qala 50% təşkil etdiyini, banklar üzrə verilən ümümi kreditlərin 20%-nin problemli kreditlər olduğunu yazırlar. Haradan götürülür bu rəqəmlər? Hansısa bankda deyək ki, doğrudan da problemli kreditlər o bankın ümumi kredit qoyluşunun 50%-nə bərabərdir. Amma bu informasiyanın həmin müəlliflər tərəfindən əldə olunması mümkün deyil. Çünkü bank belə informasiyanı Mərkəzi Bankdan başqa heç kimə verməz.

Bu qəbildən olan faktların – yəni "ekspertlərin” cəmiyyətə sırımaq istədiyi yalanların sayı-hesabı yoxdur. Onlar heç bir məsuliyyət daşımadan cəmiyyəti aldadır və bunu da özlərinə çoxdan peşə seçiblər. Hesab edirik ki, diqqət yönəltdiyimiz bu problemi sözügedən sahəni əhatə edən qanunvericilik bazasının təkmilləşdirmək və sözün məsuliyyətini yaradacaq digər hüququ sənədlər qəbul etməklə aradan qaldırmaq olar. Vəziyyət belə davam edərsə, bu gün Facebookda heç bir mənbəyə söykənməyən statuslar paylaşanlar getdikcə özlərini Adam Smitdən də dahi iqtisadçı hesab edib daha böyük auditoriyalara "dərs” keçmək iddiasına düşəcəklər.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ