Azərbaycana tikinti işlərinin keyfiyyətinə nəzarət etmək üçün yeni qurğular gətiriləcək. Trend-in məlumatına görə, bunu İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun Beton və dəmir-beton texnologiyalar laboratoriyasının müdiri Malik Mirzəyev deyib.
Onun sözlərinə əsasən, bu qurğular beton və armaturun keyfiyyətini, körpülərdə yaranan çatları, binaların fundamentini və s. təqdiq etməyə imkan verəcək.