çərşənbə günü, 28 oktyabr 2026
     

Problemli kreditlər bankların öz günahı üzündən arta-arta gedir

Image


Bank sektoru üçün hələ də ciddi baş ağrısına çevrilən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Belə kreditlərin miqdarının artmasının hansı təhlükələr doğurması barədə edilən xəbərdarlıqların sayının artmasına rəğmən, məsələ həllini tapmır. Əksinə, problemli kreditlərin miqdarı artan xətt üzrə inkişaf edir və bunu Dövlət Statistika Komitəsinin məlumatları da təsdiq edir.
Açıqlanan rəqəmlərdən belə məlum olur ki, mart ayının 1-ə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat kredit ayırıblar. Verilmiş kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % artıb, onun 78,2% və ya 16,2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 %-nin ödəmə vaxtı keçib. Halbuki, fevralın 1-nə olan məlumata görə, banklara qaytarılmayan kreditlərin həcmi 1 milyard 30 milyon manat idi. İndi bu rəqəm bir ayda daha 70 milyon manat artıb. Ekspertlər isə belə artımı təhlükəli hal sayır və artımın çox sürətlə getdiyini bildirir.
Ekspertlər hesab edir ki, budəfəki artım manat islahatından sonra bankların əvvəlki dollar kreditlərini 33 faiz artırmaqları ilə bağlıdır.
Ümumiyyətlə, son dövrlərdə problemli kreditlərin artımı artıq tendensiyaya çevrilib. Maraqlıdır ki, istehlak kreditlərinin verilməsi şərtlərinin ağırlaşdırılması ilə bağlı qaydaların tətbiq edilməsinə baxmayaraq, problemli kreditlər azalmır. Hazırda ölkəmizdə problemli kreditlərin həcmi kifayət qədər yüksək hesab olunur. İndiyə kimi Mərkəzi Bank kredit şərtlərini sərtləşdirməklə problemli kreditlərin qarşısını almağa çalışıb. Belə ki, Mərkəzi Bankın göstərişinə əsasən, banklara arayışsız kredit vermək qadağan edilib. Lakin problemli kreditlər arasında istehlak kreditlərinin hələ də üstünlük təşkil etdiyi sirr deyil. Bunun qarşısını almaq üçün xeyli müddətdir Mərkəzi Bank istehlak kreditləri ilə bağlı şərtləri daha da sərtləşdirməyə hazırlaşır. Burada əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaq. Bu tələbin tətbiqindən sonra hər bir şəxs sənədlə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək. Lakin prosedurun nə vaxt həyata keçiriləcəyi hələ bəlli deyil. Daha əvvəl qəbul olunmuş qərara əsasən isə, kommersiya banklarının girovsuz kreditlərdə müştərinin rəsmi gəlirini təsdiq edən sənədi olmadan kredit verməsi mümkün deyil. Bank kartı ilə məvacib alanlar isə bankdan son 6 ayda çıxardığı əməkhaqqının hesabatını təqdim etməlidir. Bütün bunlarda əsas məqsəd məhz artan istehlak kreditlərinin qarşısını almaqdır. Lakin yuxarıda problemli kreditlərlə bağlı səslənən rəqəm onu göstərir ki, indiki qabaqlayıcı tədbirlər problemli kredit məsələsinin çözümü üçün yetərli deyil.
Banklar tərəfindən müştərilərin gələcək gəlirliliyi ilə bağlı düzgün proqnozlaşdırma aparılmadığından vəziyyət daha da pisləşir. Ekspertlərin fikrincə, problemli kreditlərin artımı bank sektorunun likvidliyinin azalmasına, kredit portfelinin gəlirsizliyinin yaranmasına gətirib çıxara bilər. Hazırda çoxsaylı təkliflər səslənir ki, problemli kreditlərin artmasının qarşısını almaq üçün birbaşa ciddi dövlət nəzarəti lazımdır. Eləcə də burada faiz məsələsinə də xüsusi diqqət yetirilməsi önəmli sayılır. Qeyd edək ki, hazırda Avropa ölkələrində istehlak kreditləri 1 rəqəmlə ifadə olunur. Bundan başqa, Qərb ölkələrində banklar kredit verən zaman müştəri üzərində hərtərəfli araşdırma aparır. Analoji təcrübənin ölkəmizdə də tətbiqi vacib sayılır. Onu da xatırladaq ki, Mərkəzi Bank kreditlərin verilməsi ilə bağlı sistemi elektronlaşdırıb. Hər bir kommersiya bankı həmin sistemə daxil olaraq, orada olan məlumat əsasında kredit vermək barədə qərar qəbul edir. Lakin ölkəmizdə kommersiya banklarında bu prinsiplər gözlənilmədiyi üçün kreditin qaytarılması ilə bağlı çətinlik və problem yaranır. O da maraqlıdır ki, problemli kreditlərin sürətlə artmasına baxmayaraq, banklar müştərilərinə güzəştə getmir. Yüksək faizlərlə yüklənən bəzi müştərilər isə kreditləri ödəməkdə çətinlik çəkir. Elə problemli kreditlərin artmasının başlıca səbəbi də faizlərin həddən artıq yüksək olmasıdır. Hesab olunur ki, kredit faizləri nə qədər yüksək olacaqsa, problemli kredit məsələsi aktual olaraq qalacaq.
Ekspertlərin fikrincə, hazırda problemli kreditlərin həcminin artma səbəblərindən biri də odur ki, bəzi kreditlər daha çox gəlirsiz məqsədlə istifadə edildiyindən, biznes xarakteri daşımadığından onların geri qaytarılmasında ciddi problemlər yaranır. Həmçinin, insanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıb. Hazırda hətta bir çox kredit istifadəçisi bir kreditini bağlamaq üçün digər kreditə müraciət edir. Beləliklə, borclar zəncirvari şəkildə daha da artır. Bütün hallarda, bu problemdən çıxış yolu tapılmalıdır.
Əks halda, ölkənin bank-maliyyə sektoru üçün ciddi problemlər yarana bilər. Yuxarıda qeyd olunduğu kimi, Mərkəzi Bankın bu vaxta kimi gördüyü tədbirlər istənilən nəticəni vermir. Bu səbəbdən məsələyə fərqli metodlarla müdaxilə zəruri sayılır. Çünki əks halda bundan həm bank sektoru, həm də istehlakçılar əziyyət çəkəcək.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ