çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycan İnvestisiya Sammiti: Neftdən kənar real iqtisadiyyatın qurulması

Image


Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları "The Economist Events” tərəfindən "Ölkə iqtisadiyyatının neftdən kənar inkişafı” mövzusunda təşkil olunan Azərbaycan İnvestisiya Sammitində iştirak etmək üçün Bakıda toplaşıblar.

Sürətlə dəyişən geosiyasi təmayüllər ona gətirib çıxarıb ki, Azərbaycan kənardan olan təzyiq və bir çox təsirlərə məruz qalan regionun mərkəzində yer alıb. Bununla belə, dövlət müstəqil iqtisadi və siyasi mövqelərini qoruyub saxlaya bilib. Ölkə hökuməti diqqətini iqtisadiyyatın diversifikasiyasına yönəldib və regional tərəfdaşlarla əməkdaşlığa açıqdır.

"The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçirilən Azərbaycan İnvestisiya Sammitində keçid iqtisadiyyatı olan dövlətin qarşısında duran əsas perspektiv, imkanlar və çağırışlar müzakirə olunub. Sammit Azərbaycanın neft iqtisadiyyatının diversifikasiyası imkanları və ölkənin idman, təhsil və incəsənət sahələrində regional mərkəzə çevrilməsi yolları üzrə aparıcı dövlət xadimlərinin məruzələri ilə işə başlayıb.

Dünyada və regionda neft iqtisadiyyatının diversifikasiyası ilə bağlı həyata keçirilən tədbirləri qısa şərh edən C. Endryus qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb. "Hazırda bir çox ölkələr iqtisadiyyatın neft sektorundan asılılığını azaltmağa çalışır və Azərbaycan bu baxımdan istisna deyil”, - deyə C. Endryus sammitin 180-dən çox iştirakçısının qarşısında çıxış edib.

Tədbirdə çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib: "İKT sahəsi iqtisadiyyatın neft sektorundan asılılığını azaltmağa yardım edə bilər. Azərbaycan informasiya texnologiyalarının inkişafına görə inkişafda olan və inkişaf etmiş ölkələr arasında yer alır. Bu istiqamətdə əsas məsələlər sırasına 2018-ci ilədək ölkə ərazisinin 85%-ni genişzolaqlı intertenlə təmin etmək, e-xidmətlərin tam avtomatlaşdırmaq və s. daxildir. Qeyd etmək lazımdır ki, son 5 il ərzində Azərbaycan ölkənin informasiya texnologiyaları sahəsinə 2 mlrd. ABŞ dolları investisiya yatırıb”.

Öz növbəsində sammitdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib ki, neft kapitalının insan kapitalı ilə əvəz olunmasında təhsil sahəsinin özünəməxsus rolu var: "İlk növbədə təhsil sahəsi həm iqtisadiyyat, həm sosial həyat, həm də elm üçün kadrların hazırlanmasında müsbət rol oynayır. Təhsil sahəsinə dövlət kapitalı ilə yanaşı, özəl kapitalın cəlb olunması üçün şəraitin yaradılması əsas məqsədlərdəndir”.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkədə son 10 il ərzində sənayenin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan iqtisadiyyatı real ifadədə 3, dövlət büdcəsi – 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunun da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib: "Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”.

Sammit çərçivəsində Bakıda keçiriləcək iri idman hadisəsinə – Avropa Oyunları 2015, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahiblik edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Avropa Oyunları-2015-in icraçı direktoru Saymon Kleq (Simon Clegg) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.

Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edib. Sammitdə "Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”; "Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”; "İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”; "Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”; "Milli artımı təmin etmək üçün təhsil və tədris”; "İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və "Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması” mövzuları ətrafında müzakirələr aparılıb.

"The Economist Events” – strateji məsələlərin həlli üçün yeni ideya axtarışında olan yüksəkvəzifəli rəhbərlərin iştirakı ilə beynəlxalq tədbirlərin aparıcı təşkilatçısıdır. Tədbirlərin siyahısına müəyyən sahələrə aid olan mətbuat konfransları, idarə edənlər üçün və bütün dünya hökumətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar daxildir. "The Economist Group”a daxil olan və 162 illik tarixə və qüsursuz ada malik olan "The Economist Events” mühüm nailiyyətlər və müstəqil mövqe hesabına tanınmış və nüfuzlu brend hesab edilir. "The Economist Events” tərəfindən təşkil olunmuş hər bir layihə hadisələrin obyektiv və doğru təhlilini təmin edir. Şirkətin tədbirləri yüksək səviyyədə təşkil olunur və yüksəkvəzifəli rəhbərləri müzakirə olunan məsələ ilə bağlı əlavə məlumatla təmin edir, həmçinin fikir mübadiləsi və strateji yanaşmaları müqayisə etmək imkanını yaradır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ