çərşənbə günü, 28 oktyabr 2026
     

21 milyardlıq büdcəmizin cəmi 23 milyonunun idmançılara sərf olunacağı Avropa Oyunlarının dövlətimizə verəcəyi 10 milyardlarla dollarlıq faydanı dərk etməyənlər...

Image


"Ancaq dövlətin maraqlarına qarşı çıxmaq..."
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Avropa Oyunlarını müxtəlif fantastik rəqəmlərlə şübhələr altına salmağa çalışan dairələrə maraqlı təhlillərlə, özü də hər rəqəmin real alternativini göstərməklə cavab məqaləsi yazıb.
Maraqlıdır, oxuculara da maraqlı müqayisə materialı olacağını düşündük. Beləliklə, F.Yusifovun cavabını oxuyun: "Bir neçə aydır ki, mətbuat səhifələrində Bakıda keçiriləcək I Avropa Oyunları ətrafında qara piar aparılır. Bu oyunların Azərbaycana lazım olmadığına, onunla bağlı xərclərin lüzumsuz xərclər olduğuna insanları inandırmağa çalışan qüvvələr bu mövzuda yanlış informasiyaları mətbuat səhifələrində yaymaqla məşğuldurlar. Bu kateqoriyaya aid olan müəlliflər apardıqları təbliğatın istənilən nəticə vermədiyini gördükdə "şok effekti" yaradacaq informasiyalar yaymağa başladılar. İstinad nöqtəsi olmayan məlumatlar yayan bu adamlar Avropa Oyunlarında iştirak edəcək hər bir əcnəbi idmançıya görə Azərbaycan hökumətinin 39 min manat, köməkçi heyət üzvlərinin isə hər birinə 16 min manat xərc çəkəcəyi barədə uydurmanı tirajlamaq yolunu tutdular.
Xatırlayırsınızsa, martın əvvəlində bu rəqəmlərin heç bir ciddi əsasa söykənmədiyini göstərən təhlillə çıxış etmişdik. "Avropa Oyunları indiki vaxtda Azərbaycana lazımdırmı" başlığı altında təqdim etdiyimiz həmin təhlil xarakterli yazıda bir əcnəbi idmançıya 39 min manat xərc "hesablayan" müəlliflərə suallar ünvanladıq. Haradan götürmüsünüz bu rəqəmləri? Onları necə hesablamısınız? Təbii ki, suallarımız cavabsız qaldı. Bir nəfər də olsun ortaya çıxıb bir kəlmə demədi ki, bu nə rəqəmlərdi, onları necə hesablayıblar və ya ümumiyyətlə haradan götürüblər? Susdular və həmin rəqəmləri bir daha səsləndirmədilər. Bilirsinizmi niyə? Çünki suallarımıza cavab tapa bilmədilər. Bu, siyasi motivlərə söykənən və "obıvatel"ə hesablanmış bir hay-küy idi, "bəlkə keçər" prinsipi ilə ortaya atılmışdı. Əvvəlcə bu hay-küyü yaratdılar, sonra görəndə ki onu cəmiyyətə sırımaq o qədər də asan olmayacaq, yenə qayıtdılar köhnə bayatılara, heç bir ciddi arqumentə söykənməyən ümumiləşdirilmiş ittihamlara...
Hakimiyyətə siyasi müxalifətdə dayanmaq tamamilə normal haldır. Ancaq dövlətin maraqlarına qarşı çıxmaq, onun nüfuzunu düşünməmək, "Avropa dəyərlərinə xidmət" adı altında öz ölkəsinə, xalqına qarşı az qala xəyanət yolunu tutmaq heç bir halda normal qarşılana bilməz. Bir idmançıya görə çəkiləcək xərci 10 dəfə şişirdərək cəmiyyətə təqdim etmək müxalifətçilik deyil, yalançılıqdır. Bax, əslində bu YALANlara son qoymaq lazımdır!
Gəlin, yenə də real rəqəmlərin və faktların dili ilə danışaq. Çünki əlahəzrət fakt həmişə öz sözünü deməyi bacarır. Ötən yazımızda qeyd etmişdik. Bir daha təkrar edirik ki, bir idmançının Avropanın ən ucqar ölkəsindən Azərbaycana gəlib getməsinin nəqliyyat xərci ən çoxu 1500 manatdan, bir idmançının 15 günlük yemək xərci isə maksimum 2000 manatdan artıq ola bilməz. Gələn idmançıların Olimpiya kəndində pulsuz yaşayacaqları, nəqliyyat xidmətini isə özəl bir nəqliyyat təşkilatı göstərəcəyi halda bir idmançıya çəkilən xərclərin 39 min manat olacağını deyən adamlar hansı hesablamalara söykənir? Bir idmançıya Azərbaycan hökumətinin çəkəcəyi xərcin 3500-3900 manat olduğunu bilə-bilə bu xərcləri cəmiyyətə 10 dəfə şişirdilmiş formada təqdim etmək qərəzdən xəbər vermirmi?
39 minlik iddianı ortaya atmış, bu rəqəmi əlində bayraq etmiş qəhrəmanlar aylardan bəri ilk dəfə bu ilin mart ayının 15-də keçirdikləri mitinqdə nədən bu rəqəmləri səsləndirmədilər? Görünür, özləri də dərk edirlər ki, bu böyüklükdə yalan olmaz! Bir idmançının xərci maksimum 3900 manat olsa belə (nəzərə alaq ki, yarışları uduzan idmançı həmən öz vətəninə qayıdır, ancaq biz 3900 manat xərci hər bir idmançının yarışların sonunadək qalması şərti ilə hesablamışıq) 6 min idmançıya Azərbaycan hökumətinin çəkəcəyi xərc 23,4 milyon manat edir. İndi götürün bunu 21 milyard manatdan çox olan Azərbaycan büdcəsinin xərcləri ilə müqayisə edin! Bu, 0,1%-dən bir qədər artıqdır! Azərbaycanın Avropa Oyunlarından əldə edəcəyi dividendləri nəzərə almayanlar dövlət büdcəsindən bu oyunlarla bağlı xərclərin 1,3 milyard manat təsdiq edilməsi faktını görməzdən gəlib infrastruktur layihələrinə, idman qurğularının tikintisinə ayrılan vəsaitləri də oyunların təşkilinə çəkiləcək xərc kimi göstərirlər. Görəsən bu adamlar xərclərin gah 8 milyard, gah da 4 milyard manat olacağını deyəndə heç məsuliyyət hiss etmirlərmi?
Bakıda keçiriləcək I Avropa Oyunlarını 1 milyarda qədər insan izləyə biləcək. Deməli, bu qədər insan iki həftə ərzində Azərbaycanı daha yaxından tanıya biləcək. Bu oyunları 1500-dən artıq jurnalist işıqlandıracaq. Məgər bütün bunlar Azərbaycanın dünyaya daha yaxından tanıdılması, onun son 10 ildə əldə etdiyi uğurların dünyaya göstərilməsi imkanı deyilmi? Ölkəyə xarici investisiyaları daha geniş şəkildə cəlb etmək, turizmin inkişafına təkan vermək, yerli istehsal şirkətlərini tanıtmaq üçün yaranmış fürsətdən niyə istifadə olunmamalıdır?
O ki qaldı idman qurğularının tikintisinə və bərpasına çəkilən xərclərə, bu tikintilər Azərbaycana qalacaq, bura gələn idmançılar onları söküb özləri ilə aparmayacaqlar..."






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ