Cümə günü, 09 oktyabr 2026
     

İqtisadiyyatın liberal inkişafı Azərbaycanı daha qüdrətli ölkəyə çevirir

Image


Liberal iqtisadiyyatın inkişafına zəmin yaradan ölkələr bu gün daha böyük nailiyyətlərin müəkkifləri kimi çıxış edirlər. Bunun ən uğurlu nümunələrindən biri kimi müasir Azərbaycanı göstərmək olar.

Ölkə iqtisadiyyatının liberal müstəvidə inkişafı Azərbaycanı qüdrətli ölkələrdən birinə çevirib. Bundan sonra da liberal iqtisadiyyat Azərbaycana çoxsaylı nailiyyətlər qazandıracaq.

  • İqtisadiyyatda sahibkarın payı və rolu artırılır

Qeyd edək ki, əvvəlcə liberalizm Qərbdə monarx və zadəganların, dünyəvi hakimiyyətin inhisarını inkar edən ideologiya kimi yaranıb. Maarifçilik dövrünün liberallarının yanaşmasına əsasən, liberal cəmiyyət elə bir cəmiyyətdir ki, burada müxtəlif yurisdiksiyalar və güc institutları mövcuddur, onların heç biri başqaları üzərində total, iyerarxik hakimiyyət formasına malik deyil. Buna uyğun olaraq, nəyi və necə istehsal etməyi, sonra harada və hansı qiymətə satmağı dövlət deyil, azad bazar və bazar rəqabəti müəyyən etməlidir.

Mühafizəkarlar bu fonda hesab edirdilər ki, yalnız seçilmiş insanların dar dairəsi dövləti idarə etmək, sosial dəyərləri müəyyən etmək və iqtisadi prosesləri tənzimləmək iqtidarındadır. Əks təqdirdə, onların fikrincə, icazəliliyin çılğın elementi yolundakı hər şeyi süpürür. Amma bu yanaşmanın yanlış olduğunu tarix üzə çıxardı.  Cəmiyyətlər dəyişdi, liberalizm və mühafizəkarlıq haqqında təsəvvürlər dəyişdi. Əgər əvvəlcə liberalizm gücsüz çoxluğun hər şeyə qadir olan azlığın tiranlığından müdafiəsi idisə, bu gün inkişaf etmiş ölkələrdə vətəndaş hüquqlarının təntənəsi dövründə liberalizm imkansız və gücsüz azlığın müdafiəsində dayanır. Mühafizəkarlar isə mövcud status-kvonun saxlanmasının tərəfdarıdır, çoxluğun hüquq və imkanlarında üstünlükləri müdafiə edirlər. İlk liberallar azad bazarları, aşağı vergiləri və dövlət tənzimlənməsinə qarşı çıxış edirdilər. Müasir liberallar varlılara və korporasiyalara yüksək vergilərin qoyulmasını və dövlət tənzimləməsinin ictimai malların varlı çoxluqdan əlverişsiz azlığa yenidən bölüşdürülməsini müdafiə edirlər. İlk mühafizəkarlar güclü azlıq üçün müxtəlif imtiyazların, çoxluq üçün isə yüksək vergilərin saxlanmasının tərəfdarı olaraq bazar azadlığına qarşı çıxırdılar. Müasir mühafizəkarlar azad bazarları, minimal dövlət tənzimlənməsini və aşağı vergiləri müdafiə edirlər.

Bu gün əsl seçim liberalizmlə mühafizəkarlıq arasında deyil, sosial arxaizmlə liberalizmin qorunması arasındadır. Bu mənada Azərbaycanın ötən əsrin son dekadasında düşdüyü vəziyyət xüsusi qeyd edilməlidir. SSRİ-nin dağılmasından sonra  müxtəlif dövrlərdə müxtəlif ölkələr fərqli qərarlar qəbul etdilər: bəziləri cəmiyyəti modernləşdirməyə, digərləri isə mövcud sosial münasibətləri qorumağa çalışdılar. Azərbaycan 1993-cü ildən etibarən liberal iqtisadiyyat sıçrayışlı keçid etdi.  Dövlətin iqtisadiyyata müdaxiləsinin minumumlaşdırılması bu gün də davam edir. Düzdür, dövlət müəyyən funksiyaları saxlayır və onları  yerinə yetirir, digər tərəfdən isə xüsusən də bazarın liberallaşdırılması həyata keçirilir. Azərbaycan növbəti dövrlərdə iqtisadiyyatda sahibkarın payının və rolunun artırılmasına nail olmaq niyyətindədir. Bu baxımdan bazarın tamamilə liberallaşması, monopoliyanın tamamilə minumumlaşdırlması, dövlət satınalmalarının təkmilləşdirilməsi və rəqabətin təmin edilməsi çox vacibdir. Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu üçün atılan addımlar da bunu təsdiq edir.  Xatırladaq ki, ölkə prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Məcəllə 12 fəsil 84 maddədən ibarətdir. Sözügedən məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq. Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. 

  • İndi tarixin əsas hərəkətverici qüvvəsi dövlətlər arasında rəqabətdir

Dövlətin rolunun azalması ilə bağlı proqnozlara baxmayaraq, aydındır ki, XXI əsrdə suveren ölkələr qlobal prosesin əsas oyunçuları olaraq qalırlar. Başqa sözlə, tarixin əsas hərəkətverici qüvvəsi dövlətlər arasında rəqabətdir. Düzdür,dünya iqtisadiyyatında mahiyyətcə inkişaf etmiş ölkələrin milli şirkətləri olan transmilli korporasiyaların  mövqe və maraqları üstünlük təşkil edir. Bu günə qədər onlar qlobal sənaye istehsalının yarısına nəzarət edirlər. Onların fərqləndirici xüsusiyyətləri bunlardır: qlobal miqyasda bazarlara və rəqabətə planetar baxış; dünya bazarlarının bölünməsi; şirkətlərin maraqlarını təşviq etmək üçün müxtəlif faktorlardan istifadə etmək.

Böyük dövlətlər öz transmilli korporasiyalarını fəal şəkildə dəstəkləyirlər, bu da öz növbəsində onların beynəlxalq fəaliyyətinə gətirib çıxarır. Hazırda dünya iqtisadiyyatının əsasını transmilli korporasiyalar təşkil edir. Onların fəaliyyətinin mənfi təsirlərinə qarşı çıxmaq üçün Azərbaycan kimi əhalisi az olan ölkələrdə yerli şirkətlər milli iqtisadiyyatın miqyasına uyğun fəaliyyət qura bilməlidirlər. Bu, o deməkdir ki, dövlət onları idarə etməkdən, fəaliyyətlərini tənzimləməkdən geri çəkilə bilməz.       Hər bir maliyyə-sənaye qrupu və ya iri korporasiya üçün dövlət bu biznesdə öz maraqlarının nədən ibarət olduğunu, onun mülkiyyət payı və ayrılmış vəsaitlərin necə istifadə olunduğuna qərar verməlidir. Milli məqsədlərin həyata keçirilməsində iştirak edən maliyyə sənaye qrupları bu qruplarda mövcud olan dövlət mülkiyyətinin payına əsaslanaraq dövlətin himayəsi və nəzarəti altında olmalıdır. Gələcəkdə dövlət yüksək texnologiyalar sahəsində maliyyə və sənaye qruplarının inkişafına kömək etməlidir. Yerli maliyyə və sənaye qruplarından qabaqcıl texnologiyalara və müasir idarəetməyə malik real transmilli korporasiyalar yaratmaq lazımdır. Öz maliyyə sənaye qruplarını hər cür formada başqa ölkələrin bazarlarına çıxarmaqla, xarici iqtisadi siyasətini daim buna yönəltməklə dövlət öz təsir dairəsini genişləndirə və dünya iqtisadiyyatında əhəmiyyətini artıra biləcək. Azərbaycan bu istiqamətdə addımlar atır və SOCAR bunun ən yaxşı nümunəərindən biridir. Beləliklə, tarixin yeni mərhələsində bəzi hallarda dövləti iqtisadiyyatın əsas sahələrinə qaytarmaq lazımdır. Lakin bu, sovet tipli sosialist dövlətin deyil, həm ölkə daxilində, həm də xaricdə bazar şəraitində rəqabət apara bilən dövlətin qayıdışı olmalıdır. Qloballaşma şəraitində qapalı iqtisadiyyat yaratmaq qeyri-mümkün və lazımsızdır. Bu o deməkdir ki, yerli müəssisələr həm ölkə daxilində, həm də xaricdə xarici şirkətlərlə rəqabət aparmalıdır. Eyni zamanda qloballaşma və informasiya texnologiyalarının inkişafı bizə qlobal bazarda işləmək imkanı verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ