Cümə günü, 09 oktyabr 2026
     

Bahalaşma dünya iqtisadiyyatını yenidən silkələdi...

Image


Dünya iqtisadiyyatında yenidən özünü qabarıq şəkildə büruzə verən əsas problemlərdən biri qiymət artımı ilə bağlıdır. Hazırda ən güclü iqtisadiyyata malik ölkələr belə bundan əziyyət çəkir. ABŞ-da və Avropada baş verənlər bunun təsdiqidir.

Məsələn, İsveçdə ərzaq məhsullarının qiymətləri ötən il 20 faizdən çox artıb ki, bu da son 70 ilin ən yüksək göstəricisidir. İsveç Statistika qurumunun hesabatında bildirilir ki, 2022-ci ilin fevralından 2023-cü ilin fevralına qədər olan dövrdə ərzaq və alkoqolsuz içkilər 20,95 faiz bahalaşıb. Beləliklə, krallıqda son onilliklərdə ərzaq qiymətlərində ən böyük illik artım qeydə alınıb. Sonuncu dəfə 1951-ci ildə ərzaq qiymətləri il ərzində 20 faizdən çox artmışdı.

Almaniya Federal Statistika İdarəsi də ölkədə istehlak qiymətlərinin yeni dinamika ilə növbəti dəfə artmasını qeydə alıb. Yanvar ayında əmtəə və xidmətlərin əsas növlərinin qiymətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 8,7 faiz artıb. Digər Avropa ölkələrində də eyni vəziyyət müşahidə edilir. ABŞ-ın maliyyə naziri Canet Yellen isə Amerikada da qiymət artımının artan xətt üzrə inkişaf etdiyini bildirir: “ABŞ-da yüksək inflyasiyanın bir çox səbəbi var. Əmtəə qiymətlərinin qalxması ölkə iqtisadiyyatı üçün bir nömrəli problemdir”. Yaxın perspektivdə Qərb dünyasının, digər ölkələrin böyük əksəriyyətinin qiymət artımı problemi ilə mübarizəni davam etdirəcəkləri proqnozlaşdırılır. Bu fonda Avropada hökumətlər, əsasən, enerji qiymətlərini aşağı salmağa və bu qiymətlərin əhaliyə təsirini azaltmağa çalışır. İş burasındadır ki, Rusiyadan ciddi enerji asılılığı olan qitə Ukraynada müharibə başlayandan bəri ciddi problemlər yaşayır. Rusiyadan təbii qaz idxalının azalması dünya bazarlarında bu enerjidaşıyıcının qiymətində rekord bahalaşma yaradıb. Bu qiymət artımlarının təsirinin azaltmaq üçün bir çox Avropa ölkəsi tavan qiymət mexanizmi tətbiq edib və enerji şirkətləri hökumətin müəyyənləşdirdiyi həddən yüksək qiymətə satış apara bilməz. Bu addım enerji qiymətləri ilə bağlı potensial qiymət artımlarının önünü kəsməyə yönəlib. Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyada da əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ayrıca proqramlar gerçəkləşdirilib. Bu il yanvarın 1-də qüvvəyə minən qaydalara görə, əməkqabiliyyətli yaşda olan və tək yaşayan və ya tək valideyn olaraq uşaq böyüdən işsiz şəxslər “vətəndaşlıq pulu” adlanan yardımdan yararlana biləcək. Həmin yardımın məbləği ayda 502 avro və ya təxminən 910 manatdır. Aztəminatlı ailələrdə yaşayan uşaqlara da yardım nəzərdə tutulub. Həmin yardımın məbləği 14-17 yaşlı uşaqlar üçün 420 avro və ya 760 manat, 6-13 yaşlı uşaqlar üçün 348 avro və ya 630 manat, 6 yaşdan kiçik uşaqlar üçün 318 avro və ya 576 manatdır. Almaniyada sosial müdafiə tədbirlərinə “vətəndaşlıq pulu” ilə yanaşı, kirayədə yaşayanlara və yanacaq ödənişlərinə dəstəklər də daxildir. Bu yardımlardan işsizlər, eləcə də işləsə də, gəliri yetərsiz şəxslər faydalana bilər. Sadalanan yardım mexanizmləri yalnız Almaniya vətəndaşlarına nəzərdə tutulmayıb, bu ölkədə çalışmaq icazəsi olanlar da həmin yardımlar üçün üz tuta bilər. Hökumətin hesablamalarına görə, toplam 5 milyon 300 min insan həmin mexanizmlərdən yararlanacaq. Lakin Avropa ölkələrinin heç də hamısı belə proqramlar gerçəkləşdirə bilmir. Məsələn, Fransada əhalinin sosial durumu getdikcə pisləşir.  

Sosial rifahın yetərincə yüksək sayıldığı Şimali Amerika ölkələrində də dolanışıq çətinləşdiyindən əhaliyə maddi yardım göstərilir. ABŞ-da hökumətin dəstəkləri, əsasən, yanacaq xərcləri ilə bağlıdır. Ölkə prezidenti Co Bayden ötən ilin sonunda azgəlirli əhaliyə yardım məqsədi ilə daha 13.5 milyard dollar ayıracaqlarını açıqlamışdı. Bu yardım həmin ailələrin istilik xərclərinin azaldılmasına yönəlib.  ABŞ hökuməti inflyasiyanın azaldılmasını hədəfləyən ayrıca qanun layihəsi hazırlayıb və bu tədbirlərə toplam 433 milyard dollar ayırıb. Həmin vəsait hesabına səhiyyə, iqlim və vergi sahələrinə yatırımlar nəzərdə tutulub.ABŞ-la qonşu olan Kanada da inflyasiyadan əziyyət çəkən əhali üçün tədbirlər görülüb. Özəlliklə tələbələrə güzəştli kreditlər ayrılıb və azgəlirli əhaliyə maddi yardım göstərilib. Kanada hökuməti aztəminatlı əhali qrupuna dəstək tədbirləri üçün toplam 3.4 milyard ABŞ dolları ayırıb. Bu vəsait hesabına vergi güzəştləri, eləcə də kirayədə qalan ailələrə birdəfəlik ödənişlər nəzərdə tutulub. Yaponiya hökuməti bugünlərdə qiymət artımı ilə mübarizə tədbirlərinə daha 2 trilyon yen və ya 15.2 milyard dollar ayrılmasına dair qərar çıxarıb. Bu pulla azgəlirli ailələrə birdəfəlik müavinət şəklində 30 min yen və ya 227 dollar, uşaqlı ailələrə isə hər uşaq üçün 50 min yen və ya 380 dollar veriləcək. Hökumət, eyni zamanda, may ayından başlayaraq elektrik enerjisi və mayeləşdirilmiş təbii qaz qiymətlərinin artımını qismən kompensasiya edəcək. Böyük həcmdə elektrik enerjisindən yararlanan müəssisələrə də yardım göstəriləcək. Açıqlanan məlumatda bildirilir ki, vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq. Ancaq bütün bunlar inflyasiyanı cilovlamağa imkan vermir. Dünya iqtisadiyyatında baş verənlər Azərbaycana da təsir göstərir. Azərbaycan hökumət də əhalini inflyasiyadan qoruyan addımlar atır. Bu baxımdan, özəlliklə minimum əməkhaqqının və minimum pensiyanın artırılması qeyd edilə bilər.  İndi Azərbaycanda minimum əməkhaqqı 345 manat, minimum pensiya 280 manatdır. Hökumətin vaxtaşırı tətbiq etdiyi mexanizmlərdən biri də bəzi idxal məhsulları üçün gömrük rüsumunun götürülməsidir.  Onu da qeyd edək ki, Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artır. Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib. Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 %-dən çox olub. Beləliklə, Azərbaycandakı inflyasiya əsasən idxal edilib. Buna baxmayaraq yüksək enerji qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş qərarlar inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi də  hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı addımlar atılıb. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Bu, 2021-ci ildəki göstəricidən 18,8 % çoxdur. Ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi idxal inflaysiyasının tədricən azalmasına səbəb olur. Bu fonda cari il ərzində qiymət artımı ilə bağlı ölkədə vəziyyətin daha sürətlə sabitləşəcəyi gözlənilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ