Cümə günü, 09 oktyabr 2026
     

Qlobal iqtisadiyyat daha kövrək duruma düşdü...

Image


Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənlik yüksək olaraq qalır və maliyyə sabitliyi risqləri artıb.

Qurumun rəhbəri “2023 - Çin İnkişaf Forumu”nda çıxışında deyib: “Borc səviyyələrinin getdikcə artdığı bir dövrdə inflyasiya ilə mübarizə üçün zəruri olan və uzun müddət davam edən aşağı faiz dərəcələrindən daha yüksək dərəcələrə sürətli keçid qaçılmaz olaraq streslər və zəifliklər yaradır. Siyasətçilər maliyyə sabitliyi risklərinə cavab olaraq qətiyyətlə hərəkət etdilər və qabaqcıl iqtisadiyyatın mərkəzi bankları ABŞ dolları likvidliyinin təminatını artırdılar. Bu tədbirlər bazar stresini müəyyən dərəcədə azaldıb, lakin qeyri-müəyyənlik yüksəkdir ki, bu da sayıqlığı zəruri edir".

K.Georgiyeva vurğulayıb ki, dünyanın rəqib iqtisadi bloklara bölünməsinə səbəb ola biləcək geoiqtisadi parçalanma prosesi əlavə gərginlik yaradır. Onun sözlərinə görə, belə bir bölünmə insanları daha yoxsul və təhlükəli vəziyyətə sala bilər: “Bu səbəbdən qlobal iqtisadiyyat ortamüddətli perspektivdə zəif qalacaq”. Fondun rəhbəri bildirib ki, BVF bu il qlobal iqtisadi artımın 3 faizdən aşağı düşəcəyini gözləyir, çünki dünya üzrə bir çox mərkəzi bankların monetar sərtləşdirmələri iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Onun sözlərinə görə, 2024-cü ilin daha yaxşı perspektivə malik olmasına baxmayaraq, gələn il qlobal artımın orta tarixi göstəricidən - 3,8 faizdən aşağı qalacağı proqnozlaşdırılır. Qlobal iqtisadiyyatda baş verənlər Azərbaycanda da xüsusi diqqətlə izlənilir. Amma real mənzərə göstərir ki, Azərbaycan iqtisadiyyatı bir çox ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir. Məsələn, Dünya Bankının proqnozlarına əsasən, bu il Azərbaycanda iqtisadi artım 2,8% olacaq. Bu isə bankın qlobal iqtisadiyyat üzrə proqnozdan 1,1 faiz bəndi, Avropa və Mərkəzi Asiya ilə müqayisədə isə 2,7 faiz bəndi çoxdur. Bundan əlavə, Azərbaycan 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionunda ÜDM-in real artım dinamikasına görə ilk 4 ölkədən biridir. Asiya İnkişaf Bankının Azərbaycanın 2023-cü il üçün iqtisadi perspektivləri ilə bağlı gözləntiləri də eynidir, 2,8% səviyyəsindədir. Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycanda ÜDM-in artım tempini 2,5% səviyyəsində proqnozlaşdırırlar. Azərbaycan hökuməti isə 2023-cü ildə ÜDM artımını 2,7%, 2024-cü ildə 4,1% səviyyəsində proqnozlaşdırır. Bundan başqa, ABŞ dollarının likvidliyi ilə bağlı baş verənlər də Azərbyacan üçün hansısa ciddi təhdid yaratmır. Elə dolların güclənməsii də Azərbaycanın maliyyə durumuna təsiri minimal həddədir. Halbuki, hazırda dünyanın bir çox ölkələri, elə Azərbaycanın qonşuları dolların məzənnə artımından əziyyət çəkirlər. Çünki ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsinin 4.75 faizdən 5 faizədək artırılması ilə bağlı qərar qəbul edib. Birləşmiş Ştatlarda uçot dərəcəsi 2007-ci ildən bəri ən yüksək həddədir. FES artım qərarını ABŞ-da inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib. Belə vəziyyətdə dolların yenidən məzənnə artımı müşahidə edilir. Lakin Azərbaycanda vəziyyət sabitdir.

Qarşıdakı müddət ərzində dolların yenə güclənməsi gözlənilir. Ancaq bunun yenə də Azərbaycana təsirigözlənilmir. Qeyd edək ki, Birləşmiş Ştatlarda illik 6 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FES-in hədəflədiyi 2 faizlik intervaldan hələ də xeyli uzaqdır. Bununla yanaşı, FES-in ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sektoruna neqativ təsir göstərməkdədir. Amma FES istehlak qiymətləri stabilləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir. Son artımla ABŞ-də borclanma faizinin yenidən yüksələcəyi gözlənilir və bütövlükdə son 1 ildə Birləşmış Ştatlarda kredit faizlərində kəskin artımlar müşahidə olunur. Belə ki, son 1 ildə avtomobil kreditləri üzrə faizlər 3.86 faizdən 6.48 faizə, kredit kartları üzrə illik faiz dərəcəsi 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3.73 faizdən 4.99 faizədək yüksəlib. Göründüyü kimi, istehlak bazarında stabilliyə nail olmağı hədəfləyən FES-in uçot dərəcəsi ilə bağlı qəbul etdiyi qərarlar əslində ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb. İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsir edir: “Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir”.  Xatırladaq ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq. Amma indiki halda manatın sabitliyi Azərbaycanın maliyyə manevr imkanlarını artırır və bu da iqtisadi ikiaşf üçün daha əlverişli vəziyyət yaradır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ