Cümə axşamı günü, 26 noyabr 2026
     

Qanunsuz məşğulluq iqtisadiyyatı hələ də söküb dağıdır...

Image


Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı, ilkin məlumatlara əsasən, 1 milyon 733,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 830,6 min nəfər təşkil edib.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) ölkədə ötən ilin sonuna muzdlu işçilərin sayı və əmək haqları barədə açıqladığı göstəricilərdə yer alıb. Muzdlu işçi deyərkən, işəgötürənlə müqavilə bağlayaraq işini əməkhaqqı qarşılığında yerinə yetirən şəxslər nəzərdə tutulur.

Yuxarıda qeyd olunduğu kimi rəsmi göstəricilərə görə, bu ilin əvvəlinə ölkədə muzdlu işçilərin sayı 1 milyon 734 min nəfər olub. Bir il öncə bu rəqəm 1 milyon 709 min nəfər idi. Deməli, ötən il boyunca Azərbaycanda muzdlu işçilərin sayı 25 min nəfər artıb. Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfəri aşır. Bu isə o deməkdir ki, iqtisadi fəal insanların təxminən 30 faizə yaxını muzdlu işçidir. Beləliklə, Azərbaycanın əmək bazarında ən çox diqqət çəkən göstəricilərdən biri muzdlu işçi sayının azlığıdır. Buna təsir göstərən amil hələ ölkədə qanunsuz məşğulluq payının çox olmasıdır. Araşdırmalar göstərir ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qanunsuz məşğulluq faktları mövcuddur. Belə faktlara daha çox tikinti, nəqliyyat, ticarət və digər belə sahələrdə rast gəlinir. Bu, həmin sahələrdə intensiv işçi axını və qısamüddətli əmək müqavilələrinin olması ilə əlaqədardır. Bu vəziyyətə nəzarət etmək çətindir. Ona görə də sözügedən sahələrdə əmək müqaviləsinin imzalanmasından yayınma halları olur.  Ümumiyyətlə, ölkədə məşğulluğun təmin olunması ilə bağlı siyasətin həyata keçirilməsinə ciddi problem yaradan mühüm amil ölkədə gizli əmək bazarında və ya qeyri-formal sektorda çalışan işçilərin sayının yüksək həddə olmasıdır. Belə halın mövcudluğu məşğulluq siyasətinin düzgün müəyyən olunmasına ciddi əngəl yaratmaqla bağlı həmçinin insan hüquqlarının ciddi surətdə pozulmasına gətirib çıxarır. Ekspertlərə görə, “kölgə” əmək bazarının mövcudluğu əmək hüquqlarının kütləvi pozulmasına şərait yaradan əsas amillərdəndir. Hər hansı rəsmi və ya qeyri-rəsmi statistika olmasa da, ehtimallara görə rəsmi əmək münasibətlərinə girmədən əmək fəaliyyəti ilə məşğul olanların sayı, rəsmi əmək münasibətlərinə girərək fəaliyyət göstərən işçilərdən az deyil. Yüzminlərlə insanın qeyri - rəsmi əmək münasibətində olaraq əmək fəaliyyəti ilə məşğul olması o deməkdir ki, bu insanlara münasibətdə əmək qanunvericiliyi tətbiq olunmur. Belə işçilərin əmək fəaliyyəti həm dövlət, həm də həmkarlar ittifaqlarının nəzarətindən kənardadır. Bu məələnin mümükn qədər tez həllini tapması zəruri hesab olunur. Daha bir nüans odur ki,  son məlumatlara görə, ölkədəki muzdlu işçilərin 52 faizi iqtisadiyyatın dövlət sektorunda, yerdə qalan 48 faizi özəl sektorda çalışır.  Beləliklə,  Azərbaycanda dövlətdən maaş alanların sayı özəl sektordan maaş alanların sayını üstələyir. Son bir ilin göstəricilərinin analizindən aydın olur ki, ötən il dövlət sektorundakı işçi sayı azalıb və 906 min nəfərdən 903 min nəfərə enib. Özəl sektorda çalışanların sayı isə, əksinə, 803 min nəfərdən 830 min nəfərə yüksəlib. Bu tendensiyanın davam etməsi gözlənilir. Ölkədəki iş yerlərinin böyük əksəriyyətinin Bakıda yerləşməsini də unutmaq olmaz. Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1 milyon 734 min nəfər muzdlu işçinin 898 min nəfəri, yəni 52 faizi Bakıda çalışır. Yerdə qalan 836 min nəfər ölkənin bütün digər rayon və şəhərlərinin payına düşür. Regionlardakı muzdlu işçilərin böyük bölümü dövlət qurumunda çalışanlardır. Bu baxımdan aydın olur ki, ölkə iqtisadiyyatında enerji sektorundan kənar sahələrin zəif inkişafı özəlliklə regionlarda iş yerlərinin sayca azlığına ciddi təsir göstərir. Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin təxminən 60 faizi Bakıda çalışır.

Əmək ehtiyatlarının əsas hissəsinin paytaxt Bakıda və Abşeron yarmadasında cəmlənməsi həm ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir, həm də regionların inkişafını əngəlləyir. Daha bir məsələ əlilliyi olan insanlardır. Əlilliyi olan insanların əmək bazarına çıxışı üçün mövcud olan məhdudiyyətlər çoxdur və bu baxımdan yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil. Dövlətin tabeçiliyində olan müəssisələrdə əlilliyi olan insanlar üçün şərait yaradılmadığı halda, bazar münasibətləri şəraitində hər hansı sahibkardan müəssisədə işçi üçün xüsusi lift quraşdıracağı, panduslar və sanitar qovşaq hazırlayacağı real hesab olunur. Ona gərə də bu məsələnin həllinin tapılmasə zəruri hesab olunur. Əməkhaqları ilə bağlı da qeyri-bərabərlik diqqətdən ayyənmır. İqtisadi fəaliyyət növləri üzrə Azərbaycanda ən yüksək əməkhaqqı ötən ildə də mədənçıxarma sektorunda qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq maaşları “Azadlıq” radiosunun məlumatına əsasən, 3 min 285 manatdır. Özəl sektorda çalışanlar üçün bu rəqəm daha yüksək – 3 min 960 manatdır. Dövlətə məxsus enerji şirkətlərində çalışanların orta maaşı 2 min 122 manat civarındadır. Ancaq enerji sektorunda çalışanların sayı muzdlu işçilərin 2 faizə yaxınıdır. Ölkədə bu sahədə çalışanların toplam sayı 33 min 187 nəfərdir. Mədənçıxarma sektorundan sonra ölkədə ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta sektorundadır. Bu sahədə çalışanların orta aylıq əmək haqları bu ilin əvvəlinə 2 min 70 manat olub. Adıçəkilən sektorda çalışanlar da muzdlu işçilərin çox kiçik bir bölümüdür. Ötən ilin sonuna ölkədə həmin sahədə çalışanların toplam sayı cəmi 35 min nəfər olub. Orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycanda üçüncü yeri peşə, elmi və texniki fəaliyyət istiqaməti üzrə çalışanlar tutur. Onların orta aylıq maaşı 1 min 417 manatdır. Bu fəaliyyət istiqaməti üzrə çalışanlara hüquqşünas və mühasiblər, mərkəzi ofislərin idarəetməsində çalışanlar, memarlar, elmi tədqiqatçılar, eləcə də reklam sahəsində çalışanlar və baytarlar daxildir. Fəaliyyət istiqaməti üzrə orta aylıq əməkhaqqı ölkə miqyasında yüksək sayılsa da, bu istiqamətə daxil peşələr üzrə maaşlar arasında ciddi fərqlər var. Məsələn, mərkəzi ofislərin idarəetməsi və reklam fəaliyyəti ilə bağlı çalışanların orta aylıq maaşları 2 min manatı ötdüyü halda, elmi tədqiqatçıların maaşı 798 manat, baytarlarınkı isə 570 manatdır. Qeyd edilən istiqamətlərdə çalışanların toplam sayı 60 min 556 nəfərdir. İnformasiya və rabitə sahəsində çalışanlar da ölkədə ən yüksək orta aylıq əməkhaqqı alanlar sırasındadır. Onların orta aylıq maaşı 1 min 348 manatdır. Özəlliklə proqramlaşdırma yönündə fəaliyyət göstərənlərin maaşı yüksəkliyi ilə seçilir. Həmin sahədə çalışanların orta aylıq gəlirləri 1 min 759 manatdır.Bu dörd istiqamət ötən illərdə də orta aylıq əməkhaqqının min manatdan çox olduğu sahələr arasında idi. 2022-ci ildən bəri daha üç fəaliyyət istiqamətində orta aylıq maaş min manatı ötüb. Bunlar dövlət idarəetməsi və müdafiə (1 min 250 manat), nəqliyyat (1 min 120) və tikinti (1 min manat) sahələridir. Ötən ilin yekunlarına görə, ölkədə ən aşağı əməkhaqqı alan işçilər inzibati və yardımçı xidmətlərdə çalışanlardır. Bu istiqamətdə çalışanların sayı 87 min nəfər, orta aylıq maaşları 489 manatdır. Orta aylıq əməkhaqqının ən aşağı olduğu ikinci fəaliyyət istiqaməti kənd təsərrüfatıdır. Bu istiqamətdə muzdla çalışan işçilərin orta maaşı cəmi 515 manatdır. Ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu üçüncü fəaliyyət istiqaməti ticarət sektorudur. Bu sahədə çalışan maaşlı işçilərin orta aylıq gəliri 575 manatdır. Əməkhaqqının azlığı baxımından diqqətçəkən daha bir sahə təhsil sektorudur. Azərbaycanda ötən il təhsil sektorundakı orta aylıq maaş 630 manat olub. Beləcə, təhsil sektoru 20 fəaliyyət istiqaməti arasında ən aşağı maaşın qeydə alındığı dördüncü istiqamətdir. Bunlara paralrl olaraq toxunulması vacib daha bir məsələ həm daxili miqrasiyanın yüksək səviyyəsi, həm də son dövrlərdə ölkəyə əsasən qeyri-leqal yolla ucuz işçi qüvvəsinin daxil olması da ölkənin məşğulluq problemlərinin həllində mənfi rol oynamaqdadır. Bunun da həllinin tezliklə tapılması mühüm hesab edilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ