Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünya ərzaq böhranı dərinləşir - Azərbaycan qabaqlayıcı tədbirləri genişləndirir

Image


Dünyanın ərzaq böhranı ilə üzləşmək təhlükəsinin getdikcə artmasına dair edilən xəbərdarlıqların sayı çoxalır. Məsələyə yenidən nəzər salan məşhur “The Times” nəşri Beynəlxalq Hesablaşmalar Bankının (BIS) ekspertlərinə istinadən yazır ki, Rusiya neftindən imtina ilə qlobal ərzaq böhranı başlaya bilər.

Beynəlxalq Hesablaşmalar Bankı xəbərdarlıq edib ki, Avropa ölkələrinin Rusiyadan yanacağın tədricən ləğvi planları taxılın bioyanacaq kimi geniş istifadəsinə səbəb ola bilər. Bu da, öz növbəsində, Ukraynada xüsusi əməliyyat başlayandan sonra artan ərzaq qıtlığının daha da böyüməsinə səbəb olacaq. Həmçinin bu qərar xam neftin bahalaşması şəklində qlobal iqtisadiyyata əlavə təsir göstərəcək: “Davamlı olaraq yüksək neft qiymətləri taxıl və digər məhsulların bahalaşmasına təsir göstərə bilər. Əsas heyvan yemi olan bitkilərlə bağlı qiymət dəyişiklikləri isə tez bir zamanda digər ərzaq məhsullarının qiymətlərində də əks oluna bilər”.  Avropa statistika agentliyi olan “Eurostat”ın məlumatı da bioyanacaq kimi istifadəsi artan taxılın getdikcə bahalaşdığını göstərir. Qurum bildirir ki, Avropa İttifaqı ölkələrində çörək heç vaxt indiki qədər baha olmayıb. Belə ki, cari ilin avqust ayında ötən illə müqayisədə orta hesabla 18 faiz artım olub. “Eurostat”da inflyasiyanın səbəbi kimi Ukraynadakı vəziyyət, bu ölkənin taxılının qıtlığı və enerji böhranı göstərilir. Bildirilir ki, Avropa İttifaqında çörəyin qiymətindəki artım avqust ayında 10 faizə yüksələn inflyasiyanı keçib. Məlumata görə, Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib və bu da vəziyyətə ciddi təsir edir. bu vəziyyətdə əksər ölkələr, o cümlədən də Avropa hələ də inflyasiya əsiri olmaqda davam edir. Bu günlərdə aparılan sosioloji sorğunun nəticələrinə görə, respondentlərin yalnız 6 faizi ümumi qiymət artımını öz üzərlərində hiss etmirlər. Rəyi soruşulanların üçdəbiri etiraf ediblər ki, qiymət artımı onlara “daha güclü” zərbə vurub. Avropalıları daha çox narahat edən ərzaq məhsullarının, yanacağın və enerji daşıyıcılarının bahalaşmasıdır. Sorğuda iştirak edən dörddə üçü inflyasiyanın onların ailə büdcəsinə təsirindən narahatdır. Rəyi soruşulanların yarısı bildirib ki, onların ailələrində ümumi xərclər azaldılıb, digər 40 faiz isə bunu həyata keçirmək barədə planlarını açıqlayıblar. Respondentlərin 90 faizi endirimlər təklif edən bazarın öyrənilməsindən sonra alış-veriş etmək niyyətindədirlər. Sorğuda iştirak edənlərin üçdəbiri restoranlara, dörddəbiri isə mədəni tədbirlərə gedişi artıq azaltdıqlarını bildirib. Respondentlərin təqribən 20 faizi əlavə qazanc imkanlarını nəzərdən keçirirlər. Beynəlxalq Hesablaşmalar Bankı isə artan enerji və ərzaq qiymətlərinin Avropa ilə yanaşı, dünyanın əksər ölkələrdə rekord inflyasiyaya səbəb olduğunu bildirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı isə bildirir ki, dünyada ac insanların sayı üç il ərzində - 2019-cu ildən bəri 828 milyon nəfərə çatıb. Qurumun baş direktoru Qu Donqyun bəyan edib  ki, vəziyyət getdikcə pisləşir: “Biz hazırda ərzaq əldə etmək böhranı risqi, eləcə də önümüzdəki aylarda ərzaq mövcudluğu böhranı ilə üzləşə bilərik”. Onun sözlərinə görə, kənd təsərrüfatı sistemləri kövrəkdir və tədarük zəncirləri təzyiq altındadır: “Dünya ərzaq böhranı ilə üzləşə bilər. Qida təhlükəsizliyinin miqyası qorxuludur. Aclıq səviyyəsi qəbuledilməz dərəcədə yüksəkdir. Son iki ildə aclıq Ukrayna ətrafında baş verən hadisələr, qlobal və milli iqtisadi sarsıntılar, planetin hər küncünə təsir edən iqlim böhranı da daxil olmaqla münaqişə və sabitliyin pozulması nəticəsində kəskin şəkildə artıb”.

BMT-nin baş katibi Antoniu Quterreş də ərzaq böhranının getdikcə daha qaçılmaz olduğunu vurğulayır: “Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək. Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik”. Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir. Qeyd edək ki, hazırda hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtlərindən biri etibarlı ərzaq təminatıdır. Ölkəmizdə bu məsələ daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu da təsadüfi deyil. Azərbaycan nəzərə alır ki, son illərdə dünyada baş verən qarşıdurmalar, müharibələr, miqrant axını, enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyillər, koronavirus pandemiyasının dünyanın başı üzərini alması, əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbat daha da artıb. Eyni zamanda, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı özünü açıq şəkildə büruzə verib. Bu fonda Azərbaycan dövlətinin reallaşdırdığı siyasət ölkəmiz ərzaqla təminat sarıdan  təhlükələrlə qarşılaşmayacaq. Xüsusən də Rusiyadan sifariş verilən qədər taxıl daxil olması Azərbaycana əlavə üstünlüklər qazandırır. Bu, o deməkdir ki, əhalimizi ciddi qıtlıq gözləmir. Elə sahələr var ki, məsələn, heyvandarlıq məhsulları və quş əti ilə ölkə özünü tam təmin edir. Ərzaq təhlükəsizliyi təminatının prioritet sahə olduğunu bəyan edən dövlət bu sahəyə getdikcə daha çox diqqət yetirir. Xüsusən də  işğaldan azad edilmiş ərazilərdə bu il 50 min hektar sahədə taxıl-əkilib becərilib. Növbəti ildə 100 min hektar əkilməsi nəzərdə tutulub. Torpaqlar minalardan təmizləndikcə əkin sahələri də artırılacaq. Bu da ölkənin zəruri əraq məhsulları ilə təminatında mühüm rol oynayacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ