şənbə günü, 03 oktyabr 2026
     

Banklar yenə paytaxtla regionlar arasında ayrıseçkilik edir…

Image


Cari ilin ilk rübünün yekunları, eləcə də ötən ilin nəticələri bank kreditləşmələri ilə bağlı maraqlı məqamları üzə çıxarır. 2020-ci ilin yekunları göstərir ki, Azərbaycanda banklar biznes və istehlak kreditləri üzrə portfelini, ipoteka kreditləşməsini azaldıb. Belə ki, 2020-ci il dekabrın 31-nə bankların kredit portfeli 14 milyard 157 milyon manat həcmində qiymətləndirilir, bu da 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 5% azalma deməkdir. Ötən  il ərzində banklar biznes kreditləri üzrə portefli 6,1%  və ya 8 milyard 478,3 milyon manatadək səviyyəsində azaldıb. Cari ilin ilk rübü də ötən ilin analoji dövrü ilə müqayisədə bank kreditlərinin həcmində hansısa artım olmadığını göstərir.

Kredit həcmi və faizləri baxımından isə banklar yenə regionlar və paytaxt arasında ciddi fərq qoyur. Ötən il ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 9,3 faiz dərəcəsi ilə verilib. Halbuki, Aran iqtisadi rayonu üzrə orta faiz dərəcəsi illik 20,7, Gəncə-Qazax iqtisadi rayonu üzrə 18,4 faiz, Abşeron iqtisadi rayonu üzrə 15,6 faiz, Lənkəran iqtisadi rayonu üzrə 20,1 faiz olub. Bu da regionların inkişaf proqramlarının hələ də banklar tərəfindən tam dəstəklənmədiyini göstərir. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov regionlarda yüksək faizlə kredit verilməsindən danışarkən bildirir ki, bankların regionlarda kreditləri yüksək faizlə təklif etməsi gözləniləndir: “Kredit faizi risqə bağlı olan məsələdir. Bankın risqi, xərci nə qədər çoxdursa, faiz dərəcəsi də bir o qədər çox olur".  Ekspert bildirib ki, regionlarda bankların risqləri daha çoxdur: "Çünki birincisi, bizdə regionlarda gəlir daha azdır. İkincisi, regionda götürülən girov əmlakı satmaq bank üçün çox çətindir. Üçüncüsü, krediti daim monitorinq etmək, problem yaranan zaman gedib-gəlmək əlavə xərcdir. Yəni regionda verilən kredit Bakıda verilən kreditdən daha xərcli və daha risqli prosesdir. Bu, iqtisadi, bankçılıq baxımından normal haldır, lakin sosial baxımdan problemdir. Regionların inkişafına daha çox diqqət ayrılmalıdır ki, əhalinin gəlirləri artsın, risqlər daha az olsun. Eyni zamanda, regionlara güzəştli kreditlər çox verilə bilər, yaxud regionlarda verilən kreditlərin faiz dərəcəsinin bir hissəsini dövlət kompensasiya edə bilər. Regionlarda verilən kreditin faiz dərəcəsini Bakı və Bakıətrafı regionlarda verilən kreditin faiz dərəcəsinə yaxınlaşdırmaq üçün bu addımları atmaq olar". O, “sputnik” portalına  bildirib ki, vaxtaşırı beynəlxalq reytinq agentlikləri hər bir ölkənin kredit reytinqlərini açıqlayır: "Hansı ölkənin reytinqi yüksəkdirsə, o, beynəlxalq maliyyə institutlarından və digər iri xarici banklardan daha ucuz kredit götürə bilir. Hansı ölkənin reytinqi aşağıdırsa, o ölkəyə daha yüksək faizlə kredit verirlər. Eyni məsələ burada da belədir. Belə ki, Bakıda kredit reytinqi daha yüksəkdir, regionlarda isə kredit reytinqi aşağıdır". Ekspert diqqətə çatdırıb ki, regionlarda maliyyə xidmətlərinə əlçatanlıq zəifdir: "Azərbaycanda 26 bank və xeyli sayda bank olmayan kredit təşkilatı var. Qanunvericiliklə bank olmayan kredit təşkilatlarının fəaliyyəti çox məhdudlaşdırılıb. Onlar heç nağd pul əməliyyatlarını apara bilmirlər. Qanunvericiliyə dəyişiklik edilməli və bank olmayan kredit təşkilatlarının səlahiyyətləri genişləndirilməlidir. Digər bir məsələ "Azərpoçt" ilə bağlıdır. Qanuna görə, "Azərpoçt" da bank xidmətləri göstərə bilər, amma ona bu barədə lisenziya vermək lazımdır. Bu gün Azərbaycanın ucqar kəndlərində bank xidmətləri yoxdur. Çünki orada heç bir bankın filialı yoxdur. Lakin hər bir kəndimizdə "Azərpoçt"un bölməsi var. Deməli, bunu inkişaf etdirmək lazımdır və bununla bağlı xarici təcrübə də var. Ona görə "Azərpoçt"un səlahiyyətlərini genişləndirmək lazımdır ki, həm də kredit fəaliyyəti ilə məşğul ola bilsin". Millət vəkili Vüqar Bayramov isə  bildirib ki, rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edir: "Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir. Uyğun olaraq dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır. Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəşlərin verilməsi mexanizmdən istifadə oluna bilər".

Xatırladaq ki, hökumət regionlarda kreditləşmə səviyyəsini artırmaq, yerli sahibkarların maliyyəyə çıxış imkanlarını genişləndirmək üçün bir sıra addımlar atmaqdadır. Ötən ildən etibarən Azərbaycanda aqrar istehsalçılara təminatsız dövlət mikrokreditlərinin verilməsinə başlanıb. Bu şəraitdə rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edir. Ekspertlər qeyd edir ki, maliyyə əlçatanlığının aşağı olması iqtisadiyyatın regionlara doğru şaxələndirilməsinə mənfi təsir göstərən amillərdən ən başlıcasıdır. Banklar hələ də bununla bağlı siyasətlərində dəyişiklik etməyə tələsmir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ