Cümə axşamı günü, 15 oktyabr 2026
     

Mərkəzi Bankın kreditlərə güzəşt paketi – bəs istehlak kreditləri...(?)

Image


Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə bank sektorunda bəzi güzəştlərə icazə verilib. Belə ki, martın 1-dən sentyabrın 30-a qədər biznes və istehlak kreditini ödəyə bilməyən vətəndaşlara cərimə faizi və dəbbə pulu hesablanmayacaq.

Qeyd edək ki, Mərkəzi Bankın qərarına əsasən, pandemiya şəraitində əhalinin və biznesin dəstəklənməsi üçün sentyabrın 30-dan sonra vətəndaşa yeni kredit tarixçəsi açılacaq. Bu müddət ərzində müştərinin ödəmədiyi əsas kredit borcu da ora əlavə ediləcək. İpoteka kreditləri ilə də bağlı güzəşt olacaq. Onu da bildirək ki, İpoteka və Kredit Zəmanət Fondu artıq bununla bağlı qaydaları açıqlayıb. Qaydalara əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər. Qeyd edək ki, güzəştlər, eyni zamanda, sığorta öhdəliyi olan vətəndaşlara da şamil ediləcək. Bu müddət ərzində Mərkəzi Bank kommersiya banklarının dəstəklənməsi və onlara müəyyən güzəştlərin edilməsini də həyata keçirəcək.

Ekspertlər hesab edirlər ki, pandemiya dövründə istehlak kreditləri ilə bağlı verilmiş qərar adekvat deyil.

  • Natiq Cəfərli: “Sentyabra kimi bütün növ kredit faizlərinin hesablanması...”

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, sentyabra kimi bütün növ kredit faizlərinin hesablanması dondurulmalı idi: “Mərkəzi Bank problemlərin dərinliyini hələ ölçə bilməyib. Çünki verilmiş qərardan əldə olunan nəticə odur ki, istehlak kreditləri ilə bağlı sentyabrın 30-na kimi faiz ödənişlərinin gecikdirilməsinə hesablanan cərimə tutulmayacaq. Bundan başqa güzəşt yoxdur. Çox təəssüf. İpoteka kreditləri ilə də bağlı eyni yanaşmadır. Sentyabra kimi kreditlərin ödənişlərinə heç bir cərimə tutulmayacaq. İpoteka kreditləri ilə bağlı yeganə üstün cəhət odur ki, biznes şərtləri ilə verilmiş ipoteka kreditlərinin təminatının 50 faizini dövlət sığortalaya bilər. Bunun üçün də yenidən müqavilələrin bağlanmasına ehtiyac yaranacaq".

  • Samir Əliyev: “Dəstək proqramı ancaq biznes və ipoteka kreditlərinə şamil edilir”

İqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, Mərkəzi Bank nəhayət ki, maliyyə sektoruna nəzərdə tutulan dəstəyin detallarını açıqladı. Bankın İdarə Heyətinin qərarı ilə 3 əsas sektora - bank, sığorta və kapital bazarı iştirakçılarına əlavə dəstəkləyici tədbirlər təsdiq edilib: “Əsas diqqəti maliyyə sektorunda böyük çəkiyə malik bank sektoruna yönəldib. Dəstəkləyici tədbirlərin detalları barədə dövri mətbuatda, o cümlədən, sosial şəbəkələrdə geniş məlumatlar verilib, ekspertlər tərəfindən rəylər bildirilib. Ona görə detallara çox da varmayacam. Sadəcə, bəzi nüansları qeyd etmək istəyirəm.

1.Banklar və kredit müştəriləri üçün 2 seçim təklif edilir. Ya kreditlər restrukturizasiya edilməli, əgər bu hansısa səbəbdən mümkün olmazsa, şərtlər qüvvədə qalır, gecikməyə görə əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə olunur.

2. Dəstək proqramı ancaq biznes və ipoteka kreditlərinə şamil edilir. Güzəştlər istehlak kreditlərinin digər növlərinə (məsələn, avtomobil, məişət texnikası və s.) tətbiq edilmir.

3. Biznes və ipoteka kreditlərinin heç də hamısı güzəştdən yararlana bilməz. Bunun üçün həmin kreditlərin keyfiyyəti qənaətbəxş olmalıdır. Yəni müştəri 2020-ci il martın 1-i tarixinə qədər kreditinin ödənişi 30 gündən çox gecikdirməməlidir.

4. Kredit faizləri və məbləğləri üzrə güzəştlər nəzərdə tutulmayıb. Güzəşt ancaq gecikməyə görə tətbiq edilməli olan əlavə cərimə faizlərinə, dəbbə pulu və digər ödənişlərə şamil edilir. Bu o deməkdir ki, müştərilər kreditlərini ödəməkdə davam etməlidirlər.

5. Müştərilər kredit borcunu gecikdirərlərsə, onların kredit tarixçələrinin pisləşməsi 30 sentyabr 2020-ci il tarixinədək dondurulur”.

İqtisadçının sözlərinə görə, sənəddə çatışmayan nüanslar var: “1. Restrukturizasiya seçimi müştərilərə verilsə də, qərarvermə hüququ banklarda qalır. Yəni burda hər şey konkret bankın subyektiv seçimindən, yanaşma tərzindən asılıdır.

2. İnsanların daha çox ehtiyacı olduğu kredit tətili tətbiq edilmir. Güzəştlər ancaq cərimə və dəbbə pullarına tətbiq edilir. Müştəri müqavilə şərtlərini dəyişdirə bilməzsə, bu halda köhnə ödəniş qrafikinə uyğun öhdəliyi yerinə yetirməyə məcburdur.

3. Depozit öhdəliyini yerinə yetirmək üçün banklara dəstək nəzərdə tutulmayıb. Krediti geri almayan banklar üçün depozit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yarana bilər. Bu məqsədlə cəlb edilmiş depozitlər üzrə məcburi ehtiyat normasını 30 sentyabr 2020-ci il tarixinə qədər 0,5%-dən (xarici valyuta üzrə 1%-dən) 0-a endirmək olar. Eyni zamanda, əmanətlərin sığortalanması üzrə haqları aşağı salmaq və ya dondurmaq olar.

4. İqtisadi akivliyin gücləndirilməsi, o cümlədən, sahibkarlıq subyektlərini ucuz pulla təmin etmək üçün Mərkəzi Bank tərəfindən bankları depozit və ya kredit şəklində aşağı faizli maliyyə resursları ilə təmin etmək”.

Ekspert hesab edir ki, Mərkəzi Bank zəif banklarla bağlı preventiv tədbirləri gücləndirməli, konsolidasiya tədbirlərini aktivləşdirməli, zərərli aktivlərin tam sağlamlaşdırılmasını təmin etməlidir. Bunun yollarından biri Mərkəzi Bankın bankların kapitalında müvəqqəti iştirakı ola bilər.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ