Cümə axşamı günü, 15 oktyabr 2026
     

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlandı

Image


Məlumat verildiyi kimi, koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib.

Trend xəbər verir ki, bununla əlaqədar aprelin 25-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir. Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər.

Nazir qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-üzə qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb.

Vurğulanıb ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir.

M.Cabbarov bildirib ki, ilk növbədə sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Bu baxımdan Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən aprelin 4-də təsdiq edilmiş Tədbirlər Planında iqtisadiyyata, məşğulluğa və sosial rifaha dəstək məqsədilə genişmiqyaslı tədbirlər əksini tapıb. Tədbirlər Planına uyğun olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərilir. Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

İqtisadiyyat naziri virusun yayılmasının qarşısının alınmasının mümkünlüyünü, bunun üçün isə hər bir vətəndaşın, hər bir sahibkarın bu prosesə öz töhfəsini verməli və pandemiyaya qarşı mübarizənin ümumxalq xarakterini anlamalı olduğunu vurğulayıb: "Biz birlikdə güclüyük!".

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

  • Sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir

M.Cabbarov bildirib ki, növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir. Nazirin sözlərinə görə, koronavirusdan zərər çəkən sahibkarlar üçün vergi güzəştləri, sosial sığıorta ödənişləri sahəsində olan paket Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Növbəti günlər ərzində onun qəbulu gözlənilir.

Koronavrusla mübarizə üçün ianələr verən sahibkarlara təşəkkür edən nazir əlavə edib ki, ölkəmizdə koronavirusla mübarizə sahəsində vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilib: "Çox ümid etmək istəyirəm ki, karantin qaydalarının yumşaldılması davamlı olacaq. Başlıca mesajımız ondan ibarətdir ki, yeni iqtisadi həyat tərzinə öyrəşməliyik. Bunun əsas səbəbi odur ki, bu gün mövcud olan elmi məlumata görə, pandemiyanın müddətini proqnozlaşdırmaq mümkün deyil. Onun nə zamana qədər uzanacağı insanların qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Sahibkarların biznesinin nə dərəcədə uğurlu olması da onların yeni qaydaları necə tətbiq etməsindən asılıdır".

M.Cabbarov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi təmin edilib. Bütün addımlar atıldı ki, iqtisadiyyatın strukturu qorunsun, məşğulluğun azalmasına yol verilməsin, Azərbaycan iqtisadiyatı öz rəqabətliliyini qoruya bilsin".

  • Tövsiyə olunur ki, mümkün olan sahələrdə minimal sayda işçi işə cəlb edilsin

“Tövsiyələrdən biri ondan ibarətdir ki, mümkün olan sahələrdə minimal sayda işçi işə cəlb edilsin. Nəzərə almaq lazımdır ki, aprelin 27-dən fəaliyyət tam şəkildə bərpa edilmir” – deyən M.Cabbarovun sözlərinə görə, bu, sahibkarların işinə də təsir göstərəcək: "Dövlət tərəfindən verilən dəstək həm aprel, həm may ayı üçün nəzərdə tutulub. Çünki karantin dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək. Prezident tərəfindən də tövsiyə verilərkən məhz bu variantlar nəzərə alınıb".

M.Cabbarov əlavə edib ki, dövlətin dəstəyi yeganə alət deyil. Sahibkarlar da bir vətəndaş kimi bu işə öz töhfəsini verməlidirlər.

Nazirin sözlərinə görə, dəstək proqramlarından biri sahibkarlara həm mövcud kreditlər, həm də yeni kreditlər üçün dövlət tərəfindən müəyyən faizlərin qarşılanmasıdır: "Bu alətlər kifayət qədər çoxşaxəlidir. Azərbaycanda tətbiq edilən dəstək proqramları aparıcı təcrübələrə tam uyğundur. Biz hər zaman çalışırıq ki, iqtisadiyyatın nəbzini izləyək. Bu iş yalnız İqtisadiyyat Nazirliyi tərəfindən deyil, digər müvafiq qurumlar da tərəfindən həyata keçirilir. Əlavə dəstəyə ehtiyac olduqda əlavə arayışlar təqdim ediləcək".

  • Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri məşğulluğun qorunmasıdır

M.Cabbarov bildirib ki, maliyyə dəstəyinin verildiyi ilk gündən İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar bu istiqamət üzrə fəaliyyət göstərir və nəzarət tədbirlərini həyata keçirir.

Onun sözlərinə görə, bu proses davamlı olacaq: "Əminəm ki, istədiyimiz effektə nail olacağıq".

Çap mediasına dövlət dəstəyinin nəzərdə tutulub-tutulması ilə bağlı məsələyə münasibət bildirən Dövlət Vergi Xidmətinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, pandemiyadan zərər çəkən müəssisələr sırasına poliqrafiya və çap sahələri də daxil edilib:

"Dövlət dəstəyi almaq üçün onlar sistemə müraciət etməlidirlər. Müraciətə çox qısa müddətə baxılacaq və təhlil apardıqdan sonra maliyyələşmə aparılacaq".

  • Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan...

Nazir koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyanı da açıqlayıb. Nazir bildirib ki, vergi güzəştləri paketində fərqli bölmələr mövcuddur: "Pandemiyadan zərərçəkən vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyaları üçün vergi güzəştlərinin tətbiqi fərqlidir. Ötən il Azərbaycanda 11 152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olsa da, hazırda iş adamlarına verilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum isə 5 000 manatdır. Qeyri-neft sektoru üzrə pandemiyadan zərərçəkən vergi ödəyicilərinin vergi ödəmələrindəki payı 46,4 faizdir".

Nazir qeyd edib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub.

Bu rəqəmləri tam dəqiq hesablamağın çətin olduğunu qeyd edən M.Cabbarov əlavə edib ki, gündəlik itkilərin məbləği 120-150 milyon manatdır.

  • Sosial müavinətlərin verilməsi meyarları arasında fərdin VÖEN-in olmaması əhəmiyyət daşımır

M.Cabbarov bildirib ki, sosial müavinətlərin verilməsi meyarları arasında fərdin VÖEN-in olmaması əhəmiyyət daşımır. İqtisadiyyat naziri Dövlət Vergi Xidmətinin bir necə gün əvvəl passiv VÖEN-i olan işsiz şəxslərə də 190 manat məbləğində birdəfəlik ödəmənin təyin edilməsinin mümkünlüyü ilə bağlı verdiyi açıqlamadan sonra belə şəxslərə müavinətin alınması üçün imtina cavabının verilməsinə münasibət bildirib.

M.Cabbarov əlavə edib ki, 190 manat məbləğində birdəfəlik müavinətin alınması üçün bir sıra zəruri meyarlar müəyyən edilib: "Bu meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb. Bu meyarlara uyğun olaraq, bütün müraciətlərə baxılır və ödənişlər həyata keçirilir. Bu meyarlar arasında fərdin VÖEN-in olub-olmaması əhəmiyyət daşımır.

Ola bilsin ki, imtina cavabı verilən şəxslərin bu məsələ ilə bağlı narahatlığına aydınlıq gətirildikdən sonra fərdi müraciətin taleyinin nədən ibarət olduğu aidiyyəti qurumlara ünvanlanmalıdır".

  • Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur

“Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur”. Bunu isə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, 190 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı çox söz-söhbətlər var.

Nazir müavini qeyd edib ki, bu məsələ ilə bağlı aprelin 23-də Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirinin müavini ilə danışıb: "Biz tam olaraq, razılaşmışıq. VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Nömrə burada əsas rol oynamır. Amma ola bilsin ki, kimlərsə həqiqətən hələ də ona imtina cavabının verilməsindən narazılıq edir. Nəzərə almaq lazımdır ki, 2 gün əvvəl imtina cavabı alan insanlar da bu gün narazılıq edə bilərlər. Burada başqa məsələlər də ola bilər. Düşünürəm ki, bununla bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur. Amma ortaya bir sual çıxarsa, onda o araşdırılmalı və aidiyyəti qurumlar bu sualın cavabını verməlidir".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ