Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dövlət bu dəfə həm vətəndaşları, həm də bankları xilas edəcək – yeni sosial güzəşt paketi gündəmdə...

Image


Koronavirus pandemiyasının yaratdığı böhranın fəsadlarını aradan qaldırmaq üçün dövlətlər tərəfindən müxtəlif addımlar atılır. Amma o da faktdır ki, bu gün hətta ən çox inkişaf etmiş ölkələr belə yaranmış çətinliklər qarşısında çətin duruma düşüb. ABŞ-da, Avropada baş verənlər fonunda bunun real mənzərəsini indi daha aydın görmək olar. Bunlarla müqayisədə bir sıra ölkələrin, o cümlədən Azərbaycanın gördüyü qabaqlayıcı tədbirlər kifayət qədər effektiv olub, həm xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir, həm də onun iqtisadi fəsadlarını minimal həddə endirir.

Burada, təbii ki, genişmiqyaslı sosial dəstək tədbirləri barədə ayrıca bəhs etmək lazım gəlir. Məsələn, məlumdur ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Dövlət tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə elə bir neçə gün əvvəl 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Ümumilikdə, iqtisadi dəstək məqsədilə dövlət tərəfindən ayrılan vəsaitin miqdarının 3,5 milyard manata çatması gözlənir. Bu xüsusda dövlətin atacağı mühüm addımlardan biri isə kreditlərlə bağlı olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə qeyd edib ki, Azərbaycanda bank kreditləri ilə bağlı tənzimləyici tədbirlərin yumşaldılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu addım banklara kredit ödənişləri məsələsində yumşaq davranmağa, vətəndaşlara verilən borcları restrukturizasiya etməyə imkan verəcək. Məsələ parlamentdə də diqqət mərkəzində olub və burada xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib. Mərkəzi Bank sədri Elman Rüstəmov isə bu məsələnin hazırda müzakirə edildiyini bildirir. Elman Rüstəmov qeyd edir ki, bank kreditləri ilə bağlı hazırda işlər gedir:“Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da bu xüsusda maraqlı açıqlamalar verib: "Koronavirus pandemiyası dövründə banklara kreditin qaytarılması ilə bağlı güzəştin edilməsi məsələsi müzakirə olunur. Ümumiyyətlə, kreditlərlə bağlı dövlət bir neçə istiqamətdə dəstək paketi hazırlayıb. Yaxın günlərdə buna aydınlıq gətiriləcək". Onun sözlərinə görə, müzakirələrin nəticəsində hansı qərarın qəbul olunması bilinəcək: "İstehlak kreditləri ilə bağlı Mərkəzi Bank sədri də dedi ki, məsələyə baxılır. İstehlak kreditləri alanlar işləyən insanlardır. İşləmirsinizsə, sizə heç kim kredit verə bilməz. Kredit götürən sahibkarlara isə dövlət dəstəyini göstərir. Sahibkarlara güzəştli kreditlər verilir, onların faizlərinin bir qismini dövlət öz üzərinə götürüb. Müqavilə əsasında işləyənlərin əməkhaqqı fonduna dövlət dəstək olur. Bu tədbirlər imkan verəcək ki, onlar öz kreditlərini ödəsinlər. Görülən tədbirlər nəticəsində kreditlər yumşaldılacaq, əlavə kreditlər veriləcək. Verilən kreditlərin bir hissəsini də dövlət üzərinə götürəcək".

Ekspertlər indiki vaxtda bütün bunları olduqca vacib amil sayır. “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair son hesabatında da deyilir ki, Azərbaycan dövləti tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır. Bu hal olduqca vacib sayılır. Ən azı o baxımdan ki, koronavirus pandemiyası dövründə bank sektoru üçün böyük risqlər yaranıb. Vətəndaşların kredit qaytarmaq imkanları zəifləyib. Amma dövlət dəstəyi bu sahədə həm bankları, həm də vətəndaşları xilas edəcək. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, burada banklar özləri də dövlətə kömək etməlidir. Ekspert bildirib ki, bir sıra ölkələrdə banklar elə öz hesabına kredit tətili elan edir:"Yəni vətəndaşlara deyirlər ki, bir neçə ay ərzində kredit ödənişi etməyin, sonra ödəniş edərsiniz. Beləcə, banklar öz hesablarına vətəndaşlara güzəşt edirlər. Əksər ölkələrdə isə dövlət bu xərcləri öz üzərinə götürüb, banklar öz hesabına bunu etmir. Yəni dövlət banklara təminat verib ki, kredit tətili elan edin və itkiləriniz qarşılanacaq". Onun sözlərinə görə, dövlət vətəndaşların banklara aylıq ödəməli olduğu faizləri öz üzərinə götürməlidir, kredit üzrə əsas borcu yox:"Çünki bu aylarda bankların itirdiyi əsas borc deyil, ancaq faizdir. Məsələn, vətəndaş ayda 200 manat banka kredit ödənişi edir, bunun 150 manatı əsas borcdur, 50 manatı isə faizdir. İndi 3 ay kredit tətili elan edilsə, vətəndaş 3 ay ödəniş etməsə, bankın itirəcəyi faizlər 150 manat olacaq. Yəni 3 ay ərzində əsas borc (450 manat) qalır, bank yalnız 150 manat itirir. Vətəndaş əsas borcu sonra verəcək və bankın burada itkisi yoxdur, amma faiz bank üçün itkidir. Bank hər aya görə gərək faiz alsın, çünki bank da öz növbəsində götürdüyü kreditlərə, əmanətlərə görə faiz ödəməlidir. Ona görə də dövlət həmin vətəndaşın cəmi 150 manatını, yəni faizini banka ödəməlidir".

Ümumiyyətlə, hesab edilir ki, indiki məqamda banklar da kredit məsələsində dövlətə və vətndaşlara imkan daxilində yardım etməlidir. Ən azı o baxımdan ki, bankların çətin günündə dövlət onlara yardım edib.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ