02/06/2020 05:30
728 x 90

Banklar istehlak və biznes kreditlərinin verilişini niyə dayandırıb…

Əkrəm Həsənov: “Bankların kredit vermək üçün imkanları da var, sadəcə, indiki halda, kredit vermək istəmirlər”

img

Son günlər Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırması haqqında məlumat yayılıb. Müştərilər hansı banka müraciət ediblərsə, onlara ayın sonunadək kredit verilməsinin dayandırılması cavabı verilib.

Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən cavab olaraq bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və bundan irəli gələrək qlobal əmtəə bazarlarında baş verən kəskin dalğalanmalar, digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün də ciddi təhdidlər yaratmaqdadır: “Pandemiyanın sahibkarlıq subyektlərinin və əhalinin kredit qabiliyyətinə təsir ehtimalları nəzərə alınmaqla, bir sıra banklar tərəfindən müxtəlif bank xidmətləri üzrə müştərilər üçün optimallaşdırıcı tədbirlər təklif olunur, kredit ödənişləri üzrə güzəşt imkanları nəzərdən keçirilir. Hazırda banklar ölkədə pandemiyanın fəsadları ilə mübarizə aparılmasında ümumi səylərə həmrəylik nümayiş etdirərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər. Banklar bütün bank xidmətlərini, o cümlədən, əmanət qəbulunu, istehlak və biznes kreditləşməsini davam etdirməkdədirlər. Bununla belə, mövcud situasiya və potensial risqlər nəzərə alınaraq, banklar tərəfindən öz kredit siyasətlərinə əsasən yeni kreditlərin verilməsində, habelə əmanət qəbulunda daha ehtiyatlı davranış nümayiş etdirilə bilər. Sözügedən meyllər əksər dünya ölkəsinin maliyyə-bank sistemində də müşahidə olunmaqdadır".

  • “…qorxurlar vətəndaşlar milli valyutanı dollara dəyişərlər”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bildirdi ki, kredit verilişi son aylar doğrudan da aşağı düşüb: “Çünki karantin rejimidir. Hər kəsin başı koronavirusla mübarizəyə qarışıb. Amma Mərkəzi Bank kreditlərin verilməsini dayandıra bilməz. Bankların kredit vermək üçün imkanları da var. Sadəcə, banklar, indiki halda, kredit vermək istəmirlər. Qorxurlar ki, vətəndaşlar milli valyutanı dollara dəyişərlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar ianə fəaliyyəti ilə məşğul ola bilməzlər: “Bu, qanuna ziddir. Qanuna görə, banklar ancaq faizlə kredit verməlidirlər”.        

Günel CƏLİLOVA

Son xəbərlər