02/06/2020 05:19
728 x 90

Koronavirusla mübarizə dövründə sosial paketlərin davamlılığına daha bir fakt – ipoteka kreditlərinə əlavə 90 milyon manat…

Vüqar Bayramov: “Vətəndaşlar güzəştli ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər”

img

Bu ilin aprel ayında Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) veriləcək 500 milyon manat məbləğində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) əlavə 20 milyon manat ayrılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Bundan başqa, güzəştli ipoteka kreditlərinin verilməsi üçün by ay İKZF-yə əlavə 90 milyon manatın ayrılması nəzərdə tutulub.

  • “Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq”

Güzəştli ipoteka kredtinin verilməsi üçün 90 milyon manatın ayrılmasının əhəmiyyəti barəsində danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, İpoteka və Kredit Zəmanət Fondunun formalaşdırılması daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eləcə də kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur: “Subsidiyalaşdırma, nəticə etibarilə, faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. Bu istiqamətdə 20 milyon manat vəsait ayrılacaq. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq. Vətəndaşlar güzəştli ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər”.

Günel CƏLİLOVA

Son xəbərlər