05/06/2020 07:24
728 x 90

Azərbaycanda yeni iqtisadi qurumlar - Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyası…

Nüsrət İbrahimli: “Korporasiyanın yaradılması tikinti sektorunda ümumi siyasəti formalaşdıracaq”

img

Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycanda Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyası yaradılacaq. Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsi üçün Tədbirlər Planını təsdiq edib. Plana əsasən, bu il ərzində Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Məqsəd postpandemiya dövründə tikinti sektorunda strateji layihələrin həyata keçirilməsidir.

Korporasiyanın funksiyalarına tikinti sahəsində strateji layihələrin işlənməsi; bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi; dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması; multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi daxil olacaq.

Maraqlıdır, Azərbaycanda Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyasının yaradılması qeyd olunan sahədə nəyi dəyişəcək?

  • “Şəhərsalma standartına əməl edilməsi və tikinti normalarının təkmilləşdirilməsi istiqamətində Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyasının yaradılması...

Məsələ ilə bağlı fikir bildirən Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkədəki tikinti şirkətlərinin sayı çoxluq təşkil edir. Həmin tikinti şirkətlərinin fəaliyyətini tənzimləmək və müəyyən istiqamətlər üzrə yönəltmək baxımından ötən illər ərzində çətinlik yaşanırdı: “Belə bir holdinqin yaradılması tikinti sektorunda ümumi siyasəti formalaşdıracaq. Şəhərsalma standartına əməl edilməsi və tikinti normalarının təkmilləşdirilməsi istiqamətində Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyasının yaradılması faydalı bir addım olacaq. Məlumat üçün bildirim ki, Sovet dönəmində də tikinti sektoruna nəzarət edən xüsusi bir qurum var idi. Hazırda belə korporasiyanın yaradılmasına ehtiyac var”.

Günel CƏLİLOVA

Son xəbərlər