26/05/2020 01:32
728 x 90

Koronavirusla mübarizə fonunda yaradılacaq 50 min ictimai iş yeri əhali üçün nə deməkdir…

Könül Nuriyeva: “2 ay müddətinə 50 min vətəndaşımız üçün sosial və ictimai iş yerləri yaradılacaq”

img

Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb. Onu da qeyd edək ki, hər ictimai işə görə ayda 300 manat əməkhaqqı veriləcək.

  • “...işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək”

Koronavirusla mübarizə dövründə yeni iş yerlərinin yaradılmasının əhəmiyyəti barəsində danışan iqtisadçı ekspert Könül Nuriyeva bildirdi ki, 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. “2 ay müddətinə 50 min vətəndaşımız üçün sosial və ictimai iş yerləri yaradılacaq. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər