Sözügedən yoldaşlıq görüşündə “Qala” taekvondo klubunun idmançıları böyük uğurlar qazanıblar.
“Qala” taekvondo klubunun rəhbəri, respublikanın əməkdar məşqçisi, 4-cü dan qara kəmər Ramil Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, həmişə olduğu kimi, bu dəfə də yetirmələri fərqlənə biliblər. O qeyd etdi ki, Gülnur Musazadə, Əsgər Həsən, İlkin Bayramov, Mirnadir Cabbarov, Fatma İsmayılova, Məryəm Namazlı, Eldar Quliyev, Abbas Qurbanlı, Məhəmməd Əliyev I, Elmin Dəmirli, Mircəfər Cabbarov, Leyla Abdullayeva, Leyla Əliyeva, Rəşad Hətəmov, Aydan Xəlilli, Aliyə Rəşidova, Azər Nəcəfov, Şamil Kazımlı II, Müslüm Həsənov, Gülnur Babalı, Yusif Həmidov, Nurlana Nusalova, Aylin Həsənli, Fərid Həsənov III yerə layiq görülüblər.
Qeyd edək ki, idmançıların məşqçiləri əməkdar məşqçi, 4-cü dan qara kəmər Ramil Həsənov və idman ustası Fatma Əliyevadır.
İradə SARIYEVA