Bazar günü günü, 10 may 2026
     

Azərbaycan Prezidenti Brüsseldə Donald Tuskla görüşüb - YENİLƏNDİ

Image


Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Tusk: “Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik”

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

D. Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.

 

“ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyirik”

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”. Bunu da Avropa İttifaqı Şurasının prezidenti deyib. O bildirib ki, görüşdə münaqişənin sülh yolu ilə həlli də müzakirə edilib: “Bu münaqişə dayanıqlı deyil. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq hüququn normalarına əsaslanan siyasi həll tələb edir”.

D. Tusk görüşdə Azərbaycanda insan haqları və fikir azadlığı daxil olmaqla, əsas fundamental azadlıqların vəziyyətinin müzakirə edildiyini də söyləyib: “Biz hesab edirik ki, açıq cəmiyyət stabillik və rifah üçün əsas qarantdır. Biz bu məsələdə də əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Bu, qonşuluğumuzda qarşılaşdığımız çağırışlar fonunda çox vacib dəyərdir”.

 

Azərbaycan Prezidenti: "Şadam ki, Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlara başlayırıq"

"Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlayırıq". Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev deyib. O bildirib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldardır və yüksək səviyyədədir: “Əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial var. Aramızda çox aktiv siyasi dialoq mövcuddur, mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”.

Dövlət başçısı Azərbaycanın Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak etdiyini qeyd edib. “Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik".

 

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Avropa İttifaqına təşəkkür edirəm

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: “Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”. 

 

Prezident İlham Əliyev: “Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açırıq”

Prezident İlham Əliyev deyib ki, Azərbaycan regionda yeni dəmir yolu xəttinin istifadəsi üçün böyük investisiya yatırıb. Dövlət başçısı bildirib ki, Asiya ilə Avropanı birləşdirən xəttin bu il istifadəyə verilməsi gözlənilir: “Bu dəmir yolu xətti “Şərq tərəfdaşlığı” və Avropa ölkələri üçün cəlbedici ola bilər.  Bu xəttin istifadəsi yüklərin daşınması baxımından zamanın qısalmasına səbəb olacaq”.

Prezident qeyd edib ki, tərəflər arasında mədəniyyətlərarası dialoq əməkdaşlığın vacib istiqamətlərindən biridir: “Azərbaycan Avropa Şurası və eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz coğrafi olaraq sivilizasiyalar arasında körpü rolunu oynayırıq. Bizim insan kapitalına və mədəniyyətlərarası dialoqa qoyduğumuz səylər öz nəticəsini verir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə artıq strateji tərəfdaşdır: “Bu, gələcək razılaşma üçün vacib bazadır. Bu gün əhəmiyyətli gündür. Biz əməkdaşlıqda yeni səhifə açırıq. Mən yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram. Ümid edirəm ki, onlar vaxt itirməyəcəklər, dərhal sabah işə başlayacaqlar və bizə tezliklə iki tərəf arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edəcəklər”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ