Türkiyə polisi keçirdiyi xüsusi əməliyyat nəticəsində “İslam dövləti” terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən 448 nəfəri saxlayıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Ankaranın Sincan, Çubuk, Yeniməhəllə və Mamak rayonlarında aparılan əməliyyatda 60 nəfər gözaltına alınıb.Onların əksəriyyəti əcnəbidir. Tutulanlar arasında xeyli sayda həddi-büluğa çatmamış yeniyetmə də var ki, onların milliyyəti açıqlanmır.
Reydlər həmçinin Qaziantep, Bursa, Konya, Adana və İzmir şəhərlərində keçirilib. Ən genişmiqyaslı əməliyyat isə Şanlıurfada keçirilib və burada 100-dən çox şəxs İŞİD-lə əlaqələrdə şübhəli bilinərək saxlanıb.