Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterloo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.
Baki-xeberşcom.un prezident.az saytına istinadən xəbərinə görə, Vaterloo şəhərinin meri Floran Röter Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb. Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyub.
Qeyd edək ki, ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat yer alıb.