Vyana polisi çeçenistandan olan 22 nəfəri saxlayıb.
Baki-xeber.com-un xəbərinə görə, saxlanma zamanı həmin şəxslərdən avtomat silah, tapanşa və digər hərbi sursat aşkar edilərək götürülüb. Bu barədə Avstriyanın APA agentliyi yerli polisə istinadən xəbər verib. Xəbərə görə, kütləvi saxlanmalar dünən axşam saatlarında baş verib.