ASALA terror təşkilatının ideoloji və maliyyə təminatçısı olan rasist ANCA lobbi təşkilatının saxta məlumatlarla "Trend" İnformasiya Agentliyinə qarşı hücumları həqiqətə, söz və mətbuat azadlığına qarşı hücumdur.
Bunu "Trend"-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib: "ANCA ənənələrinə sadiq qalaraq bu yolla öz yalanlarını ört - basdır etmək və Amerika ictimaiyyətini aldatmaq və manipulyasiya etmək kimi çirkin məqsədlər güdür. Ermənistan XİN rəsmilərinin bu "kampaniyanı" dəstəkləməkəri təxribatın haradan qaynaqlandığını açıq şəkildə göstərir. ANCA -nın Trend agentliyinə və onun jurnalistlərinə qarşı saxta və təxribatçı hücumlarına ATƏT-in media azadlığı üzrə nümayəndəsi ofisi və digər aidiyyəti beynəlxalq təsisatlar laqeyd qalmamalıdırlar".
ABŞ-dakı erməni lobbisi "Trend" İnformasiya Agentliyinə müharibə elan etdi Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi Trend agentliyinin müəllifinin "Trump puts end to Armenian lobby’s influence on US" adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb. Komitə Twitter-dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin “Mayn Kamf” kitabındakı sitatla müqayisə edib.