çərşənbə günü, 28 oktyabr 2026
     

Qartal zirvədə qıy vurar...

Image


İnsan bəzən elə olur ki, hər hansı bir vacib məsələsini həll edərkən içində dolaşıb qalır, səbəb cəmiyyətdə baş alıb gedən haqsızlıqlarmıdır, insanların bir-birini dinləməməsidirmi, ya nədir? - bilmirəm. Bircə onu deyə bilərəm ki, laqeydlikdən adam həll edə biləcəyi işin içində dolaşıq kələfə dönür.  Bax, o zaman sənə məsləhət verə biləcək, səni o sıxıntıdan çıxara biləcək və nəhayət, səni dinləyə biləcək birinin ehtiyacından  olursan. Adil müəllim Xızr İlyas kimi məhz həmin zaman insanların köməyinə yetə biləcək şəxsdir; məsləhəti ilə, yol göstərməyi ilə, nəhayət, öz sözükeçərliyi ilə adama hayan olur, adamı sevindirir.
Kimdir Adil Əlyev? O, cavan yaşına baxmayaraq, uzun bir ömür yolu keçmiş gərəkli ziyalı, böyük vətəndaş, vətənsevərliyə örnək ictimai xadimdir, dünyanın müxtəlif nöqtələrindən səsi-sədası gələn idmançıdır, xeyirdə sevinən, darda dəstək olan nəcib insan, bir sözlə, min dərdə məlhəm bulan Allah adamıdır.
Və sevdiyi Allahı ona gözəl bir nemət – ailə, oğul-uşaq sahibi olmağı qismət etmişdir.
O, idmançıdır, sülh aşiqidir
Bəzən elə düşünürsən ki, vəzifəli şəxslərin idman federasiyalarındakı rəhbərliyi rəmzi xarakter daşıyır. Amma sosial şəbəkələrdə Adil Əliyevin əhatəsində daim gənclərin – idmançı gənclərin görünməsi heç də onun tutduğu ictimai vəzifəsini rəmzi mənaya aparıb çıxarmır. Özündə də idmançı forması saxlayan cavan deputatın bu sahədə də bacarıqlı, çalışqan, daim qələbəyə, yüksək kürsüyə can atdığını hiss etməyə bilmirsən. Səmimi fəaliyyətindən doğan bir yüksəliş yolu da buradan görünür. Vətənə sağlam, hazırlıqlı gənclik, əsgər yetişdirməyin ən gözəl üsullarından biri də idman sahəsidir, necə deyərlər, sülh mövqeyində Vətəni qorumağa hazırlıqdır. Adil Əliyev 14 ildir ki, Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının prezidentidir. Onun tərcümeyi halına nəzər yetirəndə bu təyinatın təsadüfi olmadığına şahid oluruq. İlk olaraq, orta məktəbi idman təmayüllü internat məktəbdə oxuması ilə rastlaşırıq. Azərbaycandakı həmin məktəb keçmiş SSRİ-də fəaliyyət göstərən 16 idman təmayüllü internat məktəbdən biri idi. Daha sonralar isə idmanı həyat tərzinə çevirən Adil Əliyevin idmandakı uğurları saysız-hesabsızdır. Nəinki özünün, hətta Federasiyaya cəlb etdiyi gənclər də idmana könüldən bağlanmışlar. Bu məhz onun təşkilatçılıq qabiliyyətinin yüksək olmasının nəticəsidir. İdman taktika və strateji addımlar üçün də məktəb rolunu oynayan sahədir. İdmanın yolu dünyanın hər nöqtəsindən keçir. Keçdiyi hər nöqtədə - hər ölkədə bir kəlmə Azərbaycan gerçəkliyindən söz açılırsa, Azərbaycanın Qarabağ dərdindən danışılırsa, Vətənə xidmətdən başqa bir şey deyil. Hər qazanılan Qələbədən sonra həmin ölkədə Azərbaycan bayrağı qaldırılırsa, möhtəşəm himnimizin sədaları hər yana dalğa-dalğa yayılırsa, Vətənə xidmət elə budur. Məqsəd ali olanda, niyyət saf olanda insan istəyinə qovuşmaqda zorluq çəkməz deyiblər. Bir sözlə, işlədiyi, çalışdığı sahələrdə daim idmançı hazırlığı köməyinə gəlib. Axı, onun millət vəkili oluncaya qədər, çalışdığı sahə polis sistemi olmuşdur. 
O, millət vəkilidir, xalq elçisidir
Deputat seçildiyi ərazidəki - Nərimanov rayonundakı 16-cı polis bölməsində rəis vəzifəsində çalışırdı. Bu rayonun 20 saylı seçki dairəsinin ərazisi Azərbaycanın idman ictimaiyyətinin cəmləşdiyi - Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına stadion, Milli Olimpiya Komitəsinin yerləşdiyi ərazidir. Eyni zamanda 1988-ci ildə Qərbi Azərbaycandan dədə-baba yurdlarından didərgin olmuş əhalinin sıx yerləşdiyi sahədir. Onların dağdan ağır dərdlərini, başa gəlməz problemlərini dinləmək, köməklərinə - haraylarına yetmək üçün ya on illərin iş təcrübəsini qazanmış olmalı idin, ya da gənclik yaşına güvənərək itizəkalı, praqmatik düşüncəli, intellektual səviyyəli şəxs olmalı idin. Çünki sənə pənah gətirənlər bütün əmlakını, yurd-yuvalarını itirsələr də, ümidlərini itirməyən ürəkləri yaralı insanlar idi, sən vəzifə daşıyıcısı olaraq onlara hayan olmalı idin. Adil Əliyev gənc idi, amma elmi, ağlı, düşüncəsi, milli dəyərlərə sayğısı, ailə tərbiyəsində qazandığı humanizmi ilə işinin – vəzifəsinin öhdəsindən gələ bildi və onu millət vəkili kürsüsünə qalxmağa şans yaratdı. Çünki ona səs verənlər köməyinə yetən insanlar oldu, haqqı tanıyana və halallığı sevənə səs vermək üçün tələsdilər. Adil Əliyev məhəbbət, ehtiram, qayğı göstərdiyi insanların səsi ilə iki çağırışdır ki, (2005-2010) Bakı şəhəri 20 saylı Nərimanov II seçki dairəsindən seçilmiş Millət vəkilidir. Bəli, o, millət vəkili mandatını haqqına qazanmışdır. Ərazi üzrə əhalidən ilk illər qazandığı hörmətini, ehtiramını birə-beşə artırmış, inanıram ki, üçüncü dəfə də o millət vəkilimiz olacaq. Mən də həmin ərazidən Adil Əliyevə səs vermişəm. Ailəmizin yaşadığı küçə qardaşımoğlu şəhid-şair Ülvi Bünyadzadənin adını daşıyır. Yadımdadır, Adil Əliyev ilk dəfə bizim ərazidən namizədliyini verəndə seçiciləri ilə görüşə gəlmişdi. Onu dinləyənlər, necə deyərlər, seçki platforması ilə tanış olanlar, “görəsən dedikləri doğrumu” - deyə fikirləşənlər də vardı, amma onlar tək-tük idi. Hər kəsi dinləyib sonra qəti qərarlarına qutuya atdıqları vərəqlərdə bildirirdilər. Adil Əliyevi istər danışıq qabiliyyəti, istərsə də inandırıcı, konkret (pafosdan xeyli uzaq-A.Ü.) təklifləri ilə onsuz da ondan razı olan əhalinin qəlbini ələ ala bilmişdi. Ömrünün 60 ilini fizika-riyaziyyat  müəllimi işləyən atam bizim ərazidə ən yaşlı insan idi. 90-na yaxın yaşı vardı, üstəlik 20 yanvar şəhidi 20 yaşlı Ülvinin babası idi, sözü keçən ziyalı idi. “Ağsaqqal, sənin fikrin nədir” - deyə soruşanlara cavabı belə olurdu: “Balam, dünya görüb-götürənlərindir, gənc olsa da, dünyagörmüş təfəkkürü, səlis, məntiqli danışığı var, sözünü deyə biləcək, sözünü yeridə biləcək adamdır, bizim deputatımız elə budur”. Bəli, seçkidə Adil Əliyevin qalib gəlməsi elə də çətin olmadı. Səslərin çox böyük hissəsi onun hesabına idi.  Atam hər dəfə ondan məsləhət alanlara deyrədi ki, Ülvi (1969, 23 sentyabr) balam Azərbaycanın müstəqilliyi üçün canını fəda etdi, eynən onun yaşıdı - ayı-günü bir olan digər bir balamızın – Adilin (1969, 25 sentyabr) vicdanına, məsləkinə, əxlaqına, etibarına özüm kimi inanıram. İnsanları sözündən, gözündən tanıyan 90 yaşlı ağsaqqala qulaq asanlar da çox oldu, o, yanılmamışdı. Adil Əliyev qalib gələndə atamın gözləri yaşardı. Bir neçə ildən sonra atamın dəfn mərasimində Adil Əliyevi görəndə heç də təəccüblənmədim. O, seçildiyi ərazidə hər ailənin xeyir-şərindən xəbərdar millət vəkilidir.
Millət vəkili olaraq, Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvüdür. Bir sözlə, işinin öhdəsindən bacarıqla gələn ictimai xadimdir. Plenar iclaslardakı çıxışları, qanunların dəstəklənməsində, onlara münasibət bildirilməsində iştirakı da diqqətimizdən qaçmır, o özünü göstərmək üçün yerli - yersiz çıxışlara qoşulmur. Bunun bir səbəbi də məsələlərə elmi, qanuni, praqmatik yanaşmasıdır.
O, elm adamıdır
Adil Əliyevin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi vardır. Bu da onun gördüyü hər işə elmi yanaşmasına növbəti bir dəstəkdir. 
Əslində Milli Məclis özü bir məktəbdir. Artıq 10 ildir ki, həmin məktəbdən faydalanan Adil Əliyev Vətən üçün daha nələr etmək lazım olduğunu gözəl bilir.
Arzular tükənməzdir, illahdakı xeyir niyyətli olanda Allah özü insanın üzünə qapıları taybatay açır.
O, kamil insandır
Adil müəllim həyatda qazandığı, görüb-götürdüyü təcrübələrinə, dünyanın tanınmış adamları ilə ünsiyyətdə olması, onlarla eyni ictimai məclislərdə fikir mübadiləsində olması, mütaliəsi, xeyirxahlığı ilə artıq kamil insan kimi özünü təsdiq etmişdir. O, Allahını sevən, ona könül verən bir insandır.
O, jurnalistlərin dostudur
Adil Əliyevin layiqli əməlləri haqqında mətbuat səhifələrində müxtəlif məqalələrlə, fikirlərlə rastlaşmaq mümkündür ki, bu da onun jurnalistlərlə ünsiyyətdə sərbəst olmasıdan irəli gəlir.  Jurnalist qələmində yazılan qeydlər, əlbəttə, ömürdə yaşanan günlərin tarixə yaddaş parçasıdır.
O, hər an seçiciləri ilə görüşmək fürsətindədir
Onun sosial şəbəkədə mütəmadi görünməsi seçiciləri üçün də böyük şans yaradır. Daha onun qəbuluna getmək lazım gəlmir. Sözünü, köməyə ehtiyac məsələni daim açıq saxladığı internet əlaqəsi ilə bildirirsən, yerindəcə cavabını alırsan. Deputatlar var ki, aylarla, illərlə seçicisindən qaçır, onu dinləmək belə istəmir, nəinki yarasına dərman tapa və ya deyə. 
Qartal zirvədə qiy vurar
Zirvə fəth etmək üçün qəlbində Vətən eşqi, Vətən qüruru döyünməlidir. Zirvəyə can atmaq sağlam düşüncədən, ali məqsəddən və nəhayət, özünəgüvəndən doğan istəkdir. Adil Əliyevin Ağrı Dağını fəth etməsini xəbərini sosial şəbəkələrdən oxudum, içimdə ani olaraq ilıq bir duyğu - “sənə yaraşan və məhz sənin fəth edə biləcəyin zirvədir” - sözləri dolandı. 2-3 il bundan əvvəl bir qrup elmi işçi Ərzurumda keçirilən elmi konfransa dəvət almışdıq. Naxçıvandan İqdıra doğru şütüyən yolla sürətlə irəliləyirdik. Sürücümüz  İqdırlı idi, düzü o yolu, o səmti ilk dəfə idi ki, görürdüm. Ağrı dağını uzaqdan görəndə qeyri-ixtiyarı heyrət sevinci yaşadım. Niyə sevindiyimi də o dəqiqə bildim. Hər dəfə üzdəniraq qonşularımızın dövlət gerblərində Ağrı Dağın şəklini gördükcə əsəbləşirdim,  amma onların bu qədər ləyaqətsizliyinə təəccüblənməmişəm. İndi Ağrı Dağını bu qədər yaxından görəndən sonra onun bir o qədər də canıma, ruhuma yaxın, doğma olduğunu duydum. Sürücünün inamla - “indiyə qədər bu dağın zirvəsinə çıxmaq hər oğula qismət olmayıb, çox qorxuludur. Sözarası da olsa bir də dedi ki, uzaqdan da olsa, bu yerləri daim içlərində izləyən ermənilər hər an təxribat, ölüm-itim  hadisəsi törədə bilərlər. Sonra da qayıtdı ki, əşi, özgə yurduna göz dikənin gözlərini ovub, içlərini də söküb qurd-quşa yem ediblər – dədə-babalarımızın belə bir sözü də var, deyilmi?” 
Elə bu söhbətdən az sonra 2011-ci ildə ermənilərin prezidenti Sarkisyanın “Biz Qarabağ bölgəsini düşmənin əlindən qurtardıq. Ağrı Dağının alınmasını isə siz gənclərə buraxdıq” – hədyan fikri Azərbaycan və Türkiyə tərəfindən cavabsız qarşılanmadı. Amma ən tutarlı cavabı 2014-cü ilin 14 iyul tarixində Adil Əliyev Ağrını fəth edərək verdi. Bəli, göründüyü kimi, Ağrı dağı simvolik məzmuna malikdir. Nəhayət, uca zirvələrə türk oğulları yaraşar, tarix boyu belə olub, belə də olacaqdır. Türkiyədə dərc olunan “Yeni Çağ Qazetası”nda “İpəkyolu ve Ağrı dağı” adlı irihəcmli məqalədə müəllif Kürşad Zorlu yazır: “Azərbaycanın Millət vəkili Adil Əliyev və Avrasiya İqtisadi Əlaqələr Dərnəyi başçısı, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmət Ərən Ağrı Dağına simvolik bir gəzinti gerçəkləşdirdilər. Ağrı dağına qalxan heyət dağın zirvə nöqtəsinə Azərbaycan,  Türkiyə və digər türk xalqlarının bayraqlarını sancaraq Ağrı dağının "Türk dünyasının birlik simvolu" olduğunu bəyan etdilər. Elə oradaca Azərbaycan millət vəkili Adil Əliyev “Qarabağ torpaqlarımızda işğalçılıq mövqeyini davam etdirən və üstəlik Ağrı dağı ilə bağlı iddia edən Ermənistanı qınayıram (el təbirincə desək, “lənətləyirəm” - A.Ü.)" demişdir. Bütün bunlar böyük cəsarət, uzaqgörənlik olduğu kimi, eyni zamanda böyük vətəndaşlıq, vətənpərvərlik mövqeyinin bəyanıdır. “Vətənə lazım olan anda onun sıravi əsgəriyəm” - deyən Adil Əliyevin bu sevgisi elə qalxdığı zirvə qədər də ucadır, halaldır.
2014.

Almaz Ülvi 

filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri

P.S.  Bu yazını 2014-cü ildə qələmə almışdım. Amma kütləvi mətbuat orqanlarında nəşr etdirmədim. Aradan 3 ilə yaxın zaman keçib. Təsadüfən kompyuterimdə bu yazı əlimə keçdi. Yenidən oxudum. Və mətbuatda dərc etdirməyə ehtiyac duydum. Səbəbini bu yazını oxuyandan sonra özün də biləcəksən: yaxşı insanlar, böyük şəxsiyyətlər nə yaxşı ki, cəmiyyətimizdə hələ də var.

2014-cü ildə bu məqaləni yazandan sonra Adil Əliyev 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 3-cü dəfə millət vəkili seçildi. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi idmandakı saysız-hesabsız uğurlarının səs-sədası dünyanın hər yerindən gəlir. Axı özü də Kikboksinq üzrə Dünya Çempionudur
 Və həmişə olduğu kimi seçicilərinin etibarlı səsidir. 
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ