1 fevral tarixində axşam saatlarında Ermənistan ordusu cəbhə xəttində daha bir təxribat törətməyə cəhd edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” saytı Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Xəbərə görə, erməni ordusu mövqelərimizi avtomat silahlardan atəşə tutub. Lakin Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını alıb. Atışma nəticəsində müddətdən artıq hərbi xidmətdə olan serjant Rauf İsayevin yaralandığı, lakin durumunun stabil olduğu və həyati təhlükəsinin olmadığı bildirilir.