Erməni mətbuatı cəbhənin Talış rayonu istiqamətində guya Azərbaycan tərəfinin təxribat törətdiyini, nəticədə bir nəfər əsgərimizin əsir düşdüyünü, azı bir nəfərin həlak olduğunu yazır.
Baki-xeber.com-un “lragir.am” saytından əldə etdiyi xəbərə görə, bu, əslən Bərdə rayonundan olan 1995-ci il təvəllüdlü Elnur Hüseynzadədir. Sayt hadisənin 1 fevral tarixində saat 15.00 radələrində baş verdiyini yazır və havanın dumanlı olduğunu qeyd edir.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən haqqın.az saytına verilən açıqlamada isə deyilir:”Erməni tərəfinin Azərbaycan Silahlı Qüyyələrinin cəbhə xəttində itki verməsilə bağlı yaydığı xəbər tam yalandır və həqiqətə uyğun deyil. Bildiririk ki, cəbhə xəttində heç bir aktiv hərbi fəaliyyət aparılmayıb. Elnur Hüseynzadəyə gəldikdə isə, o, hərbi xidməti dönəmində sistemli şəkildə hərbi intizamı pozduğuna, xidmətə çıxmadığına görə Silahlı Qüvvələrimizin sıralarından xaric olunub və hazırda Azərbaycan SQ sıralarında fəaliyyət göstərmir”.