çərşənbə günü, 28 oktyabr 2026
     

Milli Məclisdə Azərbaycanın yeni özəlləşdirmə çeklərinin buraxılması təklif edildi

Image


Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov parlamentin dünən keçirilən iclasında çıxış edib.

Deputat bildirib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq.

Y.Mahmudov qeyd edib ki, 9 min kv.km torpaq ermənilərə müəyyən şərtlərlə verilmişdi: “Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Şərtlərə əsasən, həmin torpaqlarda azərbaycanlıların yaşamağa davam etməsi təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağıl müvafiq addım atmalıyıq”.

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, bu, çox ciddi bir məsələdir və Milli Məclis bu məsələni müzakirəyə çıxarıb müvafiq qərar qəbul etməlidir.

Milli Məclis Ermənistandan şəhid əsgərimizin nəşini qaytarmağı tələb etdi

Milli Məclisin iclasında Ermənistandan ötən ilin sonlarında şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşinin qaytarılması da tələb edilib. Deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərinə əməl etməli və əsgərimizin nəşini Azərbaycana verməlidir: “Biz Ermənistandan Azərbaycan əsgərinin nəşini qaytarmağı tələb edirik”.

A.Mirzəzadə bildirib ki, Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, onun üçün bir o qədər yaxşı olar: “1991-ci ildə Azərbaycanın 7 milyon, Ermənistanın isə 4 milyon əhalisi var idisə, indi Ermənistanda əhalinin sayı 2 milyondur, ancaq Azərbaycanda əhalinin sayı artıq 10 milyona çatıb. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq və regional layihələrin təşəbbüskarı kimi çıxış edir. Ancaq Ermənistan kiçik kreditlər üçün Avropa ölkələrinin qapılarında qalıb. Biz Ermənistana öz taleyini düşünməyi məsləhət görürük. Ümid etmək istəyirəm ki, Ermənistan nəhayət, normal bir təfəkkürə qayıdacaq”.

Deputat Qənirə Paşayeva da şəhid əsgərimiz Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən hələ də geri qaytarılmamasına diqqət çəkib və Ermənistanın şəhid əsgərimizin nəşinin qaytarmalı olduğunu bildirib.

Əflatun Amaşov internet medianın hüquqi statusunun müəyyənləşdirilməsini yenidən qaldırdı

"Bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. Bu, gələcəkdə problemlərə yol açacaq”.  APA-nın məlumatına görə, bunu isə Milli Məclisin iclasında millət vəkili Musa Quliyev deyib. Millət vəkili problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik təklif edib: “Yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir ki, insanlar bu problemlə rastlaşmasınlar”.

M. Quliyev deyib ki, artıq ikinci və üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır: “Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə internet medianın problemlərindən danışıb: "Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.

“Azərbaycan Dağlıq Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarının səfərini təşkil etməlidir”

“Azərbaycan Lapşin adlı bloqgerin ölkəyə ekstradisiyası haqqında məsələ qaldırıb. Belarus məhkəməsi də bununla bağlı müvafiq qərar verib. Bu qərar Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağ getməyin hüquqi nəticələr doğurduğu barədə xarici dövlətlərin vətəndaşlarına bir xəbərdarlıqdır”. Bu sözləri isə millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarının səfərini təşkil etməlidir: “Ermənilər onları təmas xəttindən Qarabağa buraxmayanda o insanlar məhz Ermənistandan narazı qalacaq”.

Z. Oruc Qafqaz Universiteti və digər universitetlərin bağlanmasına da toxunub: “Kimsə deyə bilər ki, tələbələrin köçürüldüyü ali məktəblər daha prestijlidir. Ancaq vətəndaşların bu sahədə problemləri məhkəmə müstəvisinə çıxarmaq imkanı olmalıdır. Bunun üçün “Ali təhsil haqqında” qanun qəbul edilməlidir”.

Z. Oruc Azərbaycanın beynəlxalq səviyyədə maraqlarını qorumaq üçün dövlət büdcəsində xüsusi büdcə ayırmasını da təklif edib: “ABŞ Azərbaycanda UNİCEF-in xətti ilə 12 milyon dollar xərcləyib. Biz beynəlxalq maraqlarımızı qorumaq üçün müstəqil dövlət kimi bu barədə qərar verməliyik”.

Özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklifi...

Milli Məclisdə özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi də təklif olunub. Bu təkliflə Zahid Oruc çıxış edib. Z. Oruc deyib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: “Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq. Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır”.

Millət vəkili Vahid Əhmədov strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb: “Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?”

Spiker Oqtay Əsədov “Hesablama Palatası haqqında” qanun layihəsinin hazır olduğunu və gündəmə salınacağını bildirib: “Rəqabət Məcəlləsi iki dəfə müzakirə olunub və qəbul edilib. Üçüncü oxunuşa gəlincə, qanuni layihəsinin təşəbbüskarı var. 2008-ci ilə yaranan böhrandan sonra yeni tələblərə uyğun olaraq qanun layihəsi üzərində yenidən işləməyə ehtiyac yaranıb. “Maliyyə nəzarəti haqqında” qanun üzərində də isə iş gedir”.

“Kimin əmlakı sökülübsə, əvəzi verilib”

“XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər reaksiya verməlidir”. Bunu isə millət vəkili Qüdrət Həsənquliyev söyləyib. Millət vəkili qeyd edib ki, mülkiyyət hüquqlarının pozulması barədə məsələlərə həssas yanaşılmalıdır.

Spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: “Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına fikir verməyin”. 

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ