Kanadanın fransızdilli əyalət partaxtı Kvebekdə İslam Mədəniyyət Mərkəzinə silahlı hücum nəticəsində 5 nəfər həlak olub, yaralananlar var.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, hücum bazar günü axşam namazı zamanı edilib. Belə ki, 3 nəfər silahlı naməlum şəxs 40 nəfər dindarın namaz qıldığı binaya girərək “Allahu əkbər” sözlərilə onlara atəş açıb. Mərkəzin rəhbəri Məhəmməd Yanginin sözlərinə görə, atışma əvvəlcə birinci mərtəbədə yaşanıb. Sonra isə silahlılar ikinci mərtəbəyə də qalxmağa nail olub. Yaralıların xəstəxanaya qaldırıldığını deyən mərkəz rəhbəri onların dəqiq sayını söyləməkdə çətinlik çəkib.
“Huffington Post Québec” artıq iki nəfərin şübhəli şəxs qismində saxlandığını yazır.
Qeyd edək ki, Kvebekdəki İslam Mədəniyyət Mərkəzi eyni zamanda “böyük məscid” adlanır.