Amerikanın CNN telekompaniyası Rusiya dövlət başçısı Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının şənbə günü baş tutacağı barədə xəbər yayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbər telekompaniyanın saytına cümə axşamı yerləşdirilib. CNN bildirir ki, xəbəri administrasiyadakı mənbə də təsdiqləyib. Ağ Ev hələlik xəbərə münasibət bildirməyib.
Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, ABŞ və Rusiya prezidentlərinin nümayəndələri arasında prezidentlərin telefon görüşməsinin vaxtı barədə razılıq əldə olunmayıb və bu tarix hələlik bəlli deyil.
Xatırladaq ki, daha öncə Peskov iki ölkə başçısı arasında danışıqların ABŞ prezidenti Donald Trampın inauqurasiyasından sonra baş tutacağını bildirmişdi. Qeyd etmişdi ki, bu danışıqlar həm də təbrik xarakteri daşıyacaq.
Onu da qeyd edək ki, Trampın inauqurasiyası 20 yanvar tarixində baş tutub.