Konyak və “kompromat” Ermənistanın Qarabağla bağlı bəndin AŞPA məruzəsindən çıxarılması yönündə fəaliyyətinə yardımçı ola bilməyib.
Baki-xeber.com-un “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bu barədə AŞPA-nın Mədəniyyət, elm və təhsil Komitəsinin sədri Vladimir aryev özünün facebook səhifəsində yazıb. Xəbərə görə, böyük səs çoxluğu ilə qəbul edilən məruzə yalnız erməni nemayəndə heyətinin sərt etirazı ilə qarşılanıb. Buna səbəb isə həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərinin separatçı qüvvələrin nəzarətində olması və bu səbəbdən də KİV-in situasiya ilə bağlı monitorinq apara bilməməsinin göstərilməsi olub. Erməni nümayəndə heyəti Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq göstərildiyi bəndin sənəddən çıxarılmasını tələb edib və Aryevi azərbaycanla yaxın münasibətdə suçlayıb. Öz növbəsində Komitə sədri sözügedən sənədin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən beynəlxalq norma və prinsiplər əsasında hazırlandığını diqqətə çatdırıb. Bundan sonra erməni nümayəndə heyətinin tələbi rədd edilib və AŞPA sessiyası məruzəni olduğu kimi qəbul edib.
Məsələnin maraqlı tərəfi isə Aryevin izahatından sonra üzə çıxıb. Sən demə, səsvermədən bir gün öncə erməni nümayəndə heyəti onu “ələ almağa” çalışıb. Komitə sədri deyib ki, həmin gün nümayəndə heyətinin üzvləri “bir şüşə konyakla onun ardınca bütün şəhəri dolaşıb”. Bu cəhdləri alınmayanda isə ermənilər tipik mahiyyətlərindən istifadə etməyə başlayıblar. Belə ki, Aryevin açıqlamasına görə, Assambleyada “Aryevin nənəsi azərbaycanlıdır” yazılmış paketlər dövriyyəyə buraxılıb. Komitə sədri baş verənlərə özünəməxsus yumorla yanaşaraq, Facebook səhifəsində yazıb:”İndi mən dəqiq bilirəm, istəyirsən gülməli nəsə baş versin, Erməni parlamentindən nümayəndə heyəti çağır”...