Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 27-də Biləsuvar rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 213) keçiriləcək qəbulda Biləsuvar, Salyan və Cəlilabad rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula İmişli regional ədliyyə şöbəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12 a; əlaqə telefonu: (02124) 6-12-13, 050-449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.