İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Səttar Sevginin erməni xanım ilə ikinci ailə həyatı qurması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə açıqlamanı “OLAYLAR”-a Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi verib. O, bildirib ki, bəzi media qurumları dəqiqləşdirmə aparmadan Səttar Sevgin barədə yalan məlumat yayıblar: “Mən Stokolmda olan Azərbaycan diasporasının nümayəndəsi ilə danışdım. Bildirdi ki, bu tamamilə yalan məlumatdi. Sadəcə ona qara yaxırlar”.
Cəmiyyət sədri qeyd edib ki, Stokholmda fəaliyyət göstərən Azərbaycan Diasporası bunun yalan oldugunu açıqlamalı idi.