İstanbulda erməni heroqlifli qadın çantaları satışa çıxarılıb.
Baki-xeber.con-un xəbərinə görə, çantaların üzərində erməni əlifbasının hərfləri naxış qismində yerləşdirilib. Xatırladaq ki, çantaların istehsalçısı olan “Aras” firması bundan öncə məktəbli dəftərlərini erməni hərflərilə “bəzəyərək” satışa çıxarmışdı. Firmanın saytında yer alan xəbərdə bildirilir ki, quş şəkilləri formasında erməni heroqliflərinin əks olunduğu çantaların qiyməti 10 türk lirəsi təşkil edir.