çərşənbə günü, 28 oktyabr 2026
     

Davos Forumu Prezident İlham Əliyevin məqaləsini saytına yerləşdirdi...

Image


Prezident İlham Əliyevin “2017-ci il üçün Azərbaycanın iqtisadi prioritetləri” adlı məqaləsi Davos Forumunun saytına yerləşdirilib.

 Baki-xeber.com-un APA-ya istinadən xəbərinə görə, məqalədə bildirilir ki, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən enerji sahəsində qlobal şəkildə əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi Azərbaycanı nəinki güclü edir, həmçinin regional və beynəlxalq əməkdaşlığı asanlaşdırır: “Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi vasitəsi ilə Azərbaycan qazının dünya bazarına çıxarılması Avropanın enerji təhlükəsizliyinə davamlı təkan verəcək. Bu layihə çərçivəsində “Şahdəniz-2” qaz kondensat yatağının işlənməsi ilə bağlı işin 87 faizi, Cənub Qafqaz boru xəttinin genişləndirilməsi ilə bağlı işin 72 faizi, TANAP layihəsinin tikintisinin 60 faizi, TAP layihəsi ilə bağlı işlərin isə 30 faizi başa çatıb. Qeyd etmək lazımdır ki. “Şahdəniz” 1,2 trilyon kub metr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir”.

 Azərbaycan prezidenti məqaləsində Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində də böyük layihələrə başlandığını qeyd edib: “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi Çindən Avropaya məhsulların daşınmasını 25-30 gündən 12-15 günədək azaldacaq. Bununla yanaşı Şimal-cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmentində tikinti işləri ötən il başa çatıb. Bununla da Azərbaycan aparıcı nəqliyyat mərkəzinə çevrilir. Bu gün iqtisadiyyat üzrə prioritetlərimiz iqtisadiyyatın gələcək diversifikasiyası, eyni zamanda qeyri-neft sektorunun inkişaf etdirilməsidir”.

 Məqalədə bildirib ki, sənaye sektorunun inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda sənaye parkları və zonalarının tikintisi davam etdirilir. “2018-ci ildə təxminən 2 milyard dollar investisiya ilə Sumqayıt Kimyəvi Sənaye Parkında bir sıra zavodlar açılacaq. Pambıq, tütün, fındıq, barama və digər ixrac məhsullarının istehsalı inkişaf etdiriləcək, aqro-parkların və geniş fermaların sayı artırılacaq. İnformasiya sektorunun inkişaf etdirilməsi məqsədi ilə xidmətlərin keyfiyyəti və informasiya tranzit dəhlizi kimi ölkənin potensialı gələcəkdə də inkişaf edəcək. Elektron viza təşəbbüsü və “Tax-free” sisteminin təqdim edilməsi, o cümlədən Avropa Oyunları, “Formula 1” kimi geniş miqyaslı tədbirlərə ev sahibliyinin edilməsi ölkədə turizmin inkişafını əhəmiyyətli dərəcədə artırır”.

 Məqalədə qeyd olunub ki, Azərbaycanın nailiyyətləri hiss olunur, lakin ölkə çətinliklərlə də üzləşir: “Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsir edib, gəlirlərin azalmasına və ötən il milli valyutanın 10,1 faiz devalvasiyasına səbəb olub. Buna baxmayaraq, müvafiq tədbirlər görməklə, uğurlu şəkildə bu çətinliklərin öhdəsindən gəlirik. Daha dayanıqlı inkişafı təmin etmək üçün Strateji Yol Xəritəsi qəbul olunub, hərtərəfli strukturlu, institusional, maliyyə, pul və digər islahatlar davam etdirilib, vergi və gömrük idarəçiliyi inkişaf etdirilib, bütün sahələrdə şəffaflıq təmin edilib. Buna misal olaraq ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük yığımları 53 faiz artıb”.

 Məqalədə o da vurğulanıb ki, Azərbaycan gücü tək onun iqtisadiyyatında deyil, Azərbaycan həm də  multi-etnik ölkədir: “Müxtəlif etnik və dini  qruplar burada əsrlər boyu sülh şəraitində, qarşılıqlı anlaşma və dialoq şəklində yaşayırlar. Tolerantlıq ruhu ölkəmizdə hər zaman üstün olub. Hətta 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bizim ölkəmiz sivilizasiyalararası, dinlər və mədəniyyətlərarası dialoq üzrə vacib tədbirlərin keçirildiyi məkana çevrilib. BMT Sivilizasiyalararası Alyansın 7-ci forumunun Bakıda keçirilməsi buna yaxşı misaldır və Azərbaycanın multikulturalizm ruhuna dünyanın münasibətinin parlaq təzahürüdür. Roma Papası Fransiskin ötən il Azərbaycana səfəri xüsusilə əhəmiyyətlidir. Tarixi səfər zamanı Roma Katolik Kilsəsinin rəhbəri dünyaya çox açıq mesaj verib. Onun Azərbaycandakı multikulturalizmlə bağlı dəyərli fikirləri nəinki Azərbaycan reallıqlarını əks etdirir, həmçinin dünya katoliklərinin buna hörmətini əks etdirir”.

 Məqalədə Azərbaycanın idman sahəsində də çox uğurla nail olduğu da qeyd edilib: “Azərbaycanın paytaxtı və regionlarda ən modern olimpiya idman kompleksləri və digər müvafiq strukturlar istifadəyə verilib. Ölkənin dəstəyi və modern infrastruktur gənclərin idmana marağını əhəmiyyətli dərəcədə artırıb. İdmançılarımızın böyük idman tədbirlərindəki nailiyyətləri artıq ənənə halını alıb və idmançılarımız bunu yenidən Rio Olimpiadasında da sübut ediblər. Bizim idmançılarımız 18 medal qazanıblar, bununla da dünya reytinq cədvəlində 14-cü, Avropa üzrə 7-ci, postsovet ölkələri arasında 2-ci, müsəlman ölkələri arasında isə birinci yerdə qərarlaşıblar. Azərbaycan bu sahədə həmçinin yaxşı ev sahibi ölkəsidir. 2015-ci ildə Avropa Oyunları, 2016-ci ildə isə 500 milyon nəfərin izlədiyi “Formula 1 Gran Pri”si Bakıda keçirilib. Dünya idman icmasının diqqəti yenidən bu il Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına yönələcək. İdman sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməklə yanaşı, bu tədbirlər Azərbaycana gələcək turistlərin sayını əhəmiyyətli dərəcədə artıracaq və bununla da turizm sektorunun inkişafına töhfə verəcək. Əminəm ki, 2017-ci il Azərbaycanda iqtisadi inkişaf ili olacaq. Biz effektli iqtisadi islahatları davam etdirəcəyik. Eyni zamanda sosial təşəbbüslərə də xərclərimizi artıracağıq. İqtisadiyyatımızın diversifikasiyası demək olar ki, başa çatıb. Hazırda Ümumi Daxili Məhsulun (ÜDM) 50 faizi qeyri-neft sektorunun payına düşür. Bizim bu gün əsas hədəfimiz ixracın diversifikasiyasıdır. 2016-cı ildə görülmüş tədbirlər bu məqsədlərin həyata keçirilməsinə yol açacaq. Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik indeksində 37-ci (MDB-də birinci) yerdə qərarlaşıb və biz bu inkişafı möhkəmləndirməkdə tam qərarlıyıq”.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ