"Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib.
Baki-xeber.com-un xəbərinə görə, SOCAR-dakı mənbələr bunun səbəbini həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsilə izah edib. Şirkətdən verilən məlumata görə, "Aİ-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Belə ki, bu qiymət dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
Qeyd edək ki, hazırda "Aİ-95 Premium" markalı benzinin qiyməti 0.95 qəpikdən artaraq hazırda 1,05 AZN təşkil edir. "Aİ-92" markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.