Bazar günü günü, 10 may 2026
     

Müəllif Hüquqları Agentliyi Ermənilərin növbəti əqli mülkiyyət oğurluğuna şərh verdi

Image


Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestvie za vkusom” verilişinin 8 yanvarda efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, qurum bu iddialara cavab verib.

Agentliyin məlumatında deyilir: “Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə.Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan “Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır.

Bütün arxiv sənədlərindən də göründüyü kimi, "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.

Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanıb. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri vardır.

Bununla yanaşı lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi “yaxşı erməni musiqisi” adı altında təklif olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: “Tı ne prişla”, “Svetlovolosaya nevesta”, “Ne prişla”, “Lirika”, “Ayvovıy tsvetok” ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmədin” Azərbaycan xalq mahnılarından, “Mirzeyi” və “Heyva gülü” Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.

Ələkbər Tağıyevin vərəsəsi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C. Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib.

Ümumiyyətlə Ə. Tağıyevin “Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi “Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi “Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə.Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ